Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   43   44   45   46   47   48   49   50   ...   71

         Bu əsərlə mən yeni bir layihəyə başladım. Bizim tanımadığımız, ya unut-
duğumuz, dünyasını dəyişmiş məşhur azərbaycanlılar haqqında yazmaq.  
       Mən, hər şeydən əvvəl, jurnalistəm. Elə buna görə də kitab çıxarmazdan əv-
vəl yazılarımı qəzetdə dərc etdirməyi sevirəm. Yazı yazanda tələsmirəm. Yazan 
kimi onu çapa vermirəm.  sti başla yazdığımı bir neçə gündən sonra soyuq başla 
oxuyuram. Yalnız bundan sonra onu oxucuların mühakiməsinə buraxıram.    
 
Soyuq xəbərin strukturu 
 
Soyuq  xəbər  üç  hissədən  ibarətdir:  Giriş,  Əsas  hissə  (Gövdə)  və 
Sonluq.  Bu  hissələr  bir-biri  ilə  bağlıdır  və  hər  birinin  fərqli  özəlliyi  var. 
Dediklərimizi aşağıdakı xəbər əsasında incələyək.  
Örnək  1.  Qafqazdakı  hücumlar  yeni  qaçqın  dalğası  yaradır,  “Nyu 
York Tayms”, 9 aprel 1993.
  
5193 söz.
  
Murov  keçidi,  Azərbaycan.  6  aprel.  Onlar  –  9000 
futluq  dağ  keçidinin  şimal  yamacı  boyu  enən,  öz 
torpaqlarında  qaçqınlığa  məhkum  olan  üç  insan  –  qar 
dənizində qara nöqtələrə bənzəyirlər.  
 
Yaxınlaşdıqca  görürsən  ki,  üç  yox,  beş  imişlər. 
30  yaşlarında  əldən  düşmüş  kişi  və  20  yaşlarında  iki 
qadın  əli  körpəlidirlər.  Altı  günlük  yoldan  sonra 
soyuqdan  yanıb,  çaş-baş  qalan  bu  insanlar  Kəlbəcərin 
Başıbəyli  kəndindən  dağları  və  meşəni  keçərək 
gəliblər.   
Giriş.  
Lid 
oxucunun 
diqqətini 
çəkir, 
onu 
yazını 
oxumağa 
vadar 
edir.  
Burada 
– 
Cənubi 
Qafqazda 
erməni 
silahlı 
birləşmələrinin  həftənin  sonunda  Dağlıq  Qarabağı 
işğalı  nəticəsində  minlərlə  insan  öz  ev-eşiyindən 
Xüsusidə
ümumiyə keçid 
abzası. 


didərgin düşüb, bölgədə yeni, misli görünməmiş qaçqın 
böhranı başlanıb...   
 Mövzu açıqlanır. 
“Yazı nə 
barədədir?” sualına 
cavab verilir.  
Azərbaycanın tabeliyində olsa da, əhalisi, əsasən, etnik 
ermənilər olan Dağlıq Qarabağ erməni separatçıları ilə 
azərbaycanlılar  arasında  elan  edilməmiş  beş  illik 
müharibənin    mükafatıdır.   Müharibədə üç  minə yaxın 
insan həlak olub. Kəlbəcərin işğalı ermənilərə Qarabağı 
qonşu Ermənistanla şimaldan cənuba birləşdirən zolağa 
nəzarət etmək imkanı verir. 
Ə
sas  hissə,  yaxud 
gövdə.  
Hadisəni  açıqlayır. 
Onun kontekstini – 
əhatə 
və 
təsir 
dairəsini verir. 
lk  körpü  –  Laçın  ötən  il  açılmış,  ondan  Dağlıq 
Qarabağın 
təchizatında 
və 
buraya 
qoşunların  
gətirilməsində istifadə olunmuşdu.  
Döyüşlər  zamanı  Azərbaycan  Ermənistana  iqtisadi 
blokada  tətbiq  edib.  Qışda  qonşu  Gürcüstanda  qaz 
kəmərinin  partlayışından  sonra  Ermənistanın  təbii 
qazla  təchizatı  kəsilib.  Odsuz,  işıqsız  qalan  ermənilər 
böhrandan  çıxmaq  üçün  xarici  yardıma  üz  tutublar. 
Onlar  deyirlər  ki,  partlayış  azərbaycanlı  partizanların 
işidir. 
Qaynaq 
informasiya, Ön 
tarixçə.  
“Hadisənin kökləri 
hara gedib çıxır ?” 
,  
“Dünənlə bu günü 
nə birləşdirir ?” 
sualları 
cavablandırılır.
  
Həftəsonu 
döyüşlərdən 
sonra 
qaçan 
39 000 
azərbaycanlı  qaçqın  mərkəzlərindən  keçib.  Rəsmilərin 
dediyinə  görə,  5000  nəfərin  taleyi  aydın  deyil. 
Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 
15 000 insan itkin düşüb. 
Mövzuya qayıdış.
 
Hadisə incələnir.
 


“Biz  qaçanda  30  nəfər  idik.  Amma  yolda  pərən-pərən 
olduq.  Mən  bilmirəm  ki,  başqalarının  başına  nə  gəldi. 
Bəlkə də, onlar hamısı ölüblər”, –  beş nəfərdən biri – 
Səttar Tağıyev belə deyir. 
Tağıyevin  dəstəsi  ola  bilsin  ki,  Xanlardakı  qaçqın 
mərkəzinə gəlib çatan sonuncu qrupdur.   
Ev-eşiyindən qovulan 30  mindən  çox  kişi, qadın, uşaq 
mərkəzdən  gəlib  keçiblər.  Yevlaxdakı  mərkəzdən  ötən 
həftə  vertolyotlarla  gətirilmiş  3000,  Daşkəsəndəki 
mərkəzdən isə 6000 insan keçmişdir.   
Sitatlar 
BMT-nin 
Qaçqınlar 
üzrə 
Ali 
Komissarlığının 
nümayəndəsi deyir: “Bizdə olan məlumata görə, 2000-
3000  insan  Daşkəsən  keçidinin  o  biri  üzündə  qalıb. 
Onlar  təcili  olaraq  təxliyə  edilməzlərsə,  qorxuruq  ki, 
xəsarət alanların sayı qat-qat arta. Çünki onların böyük 
əksəriyyəti qocalar, qadınlar və uşaqlardır. Hətta cavan 
kişilər belə əldən düşmüş, termal şok almış vəziyyətdə 
gəlirlər”.  
Sitatlar 
Keçidi  aşanların  çoxunu  don  vurub,  40  nəfər  isə  ölüb. 
Keçə bilməyənlərin sayı isə məlum deyil. 
Qaçqın  komitəsi  keçidin  o  biri  üzündə  qalanları 
vertolyotlarla  təxliyə  etmək  istəyir.  Amma  bu  işin 
nəticə  verəcəyinə  ümid  azdır.  Azərbaycan  ordusunun 
qaçqın  və  yaralıları  daşıyan  4  vertolyotu  ötən  həftə 
qəzaya düşüb, bazar günü isə M -8 vertolyotu vurulub. 
Heyət  üzvlərindən  üçü  həlak  olub,  9  nəfər  yaralanıb. 
Detallar 


Qaçqınları  gətirməli  olan  digər  bir  vertolyotun  havaya 
qalxmağı  ilə  ermənilər  tərəfindən  atəşə  tutularaq  geri 
dönməsi bir olub. 
Xilasetmə  əməliyyatlarını  həyata  keçirməyə  ən  böyük 
maneə  siyasi  məsələdir.  Faktların  əksinə  olaraq, 
Ermənistan  hökuməti  israr  edirdi  ki,  onun  əsgərləri 
Kəlbəcəri  ələ  keçirməyiblər,  atəşkəs  danışıqları 
Bakının  tanımaqdan  imtina  etdiyi  “Dağlıq  Qarabağ 
Respublikası”nın  hökuməti  ilə  aparılmalıdır.  Sonra 
Yerevan  bildirdi  ki,  azərbaycanlıların  Kəlbəcərdən 
hücumlarına  cavab  olaraq  Qarabağ  erməniləri  bu 
rayonu  tutaraq  Ermənistana  birləşmək  üçün  ikinci 
dəhliz açıblar.  
Məsələyə 
münasibətdə fərqli 
mövqelər 
 
Təkcə  Azərbaycan  hökuməti  deyil,  Kəlbəcərin  işğalını 
gözləri  ilə  görənlər  deyirlər  ki,  Kəlbəcərə  hücum 
Ermənistandan 
başlanıb. 
Qarabağa 
aparan 
100 
kilometrlik  yeni  və  enli  şimal  dəhlizi  isə  Kəlbəcər 
regionunun de-fakto ilhaqı deməkdir.    
Sonluq  
Yazının başlanğıcı 
ilə əlaqəsi olan 
yazıya bitkinlik 
gətirən sitat, 
hadisə, yaxud 
ümumiləşdirmə. 
 
UNUTMAYIN:  Soyuq  xəbər  bədii  yazı  deyil,  o,  FAKT  jurnalistikasının 
janrıdır. Soyuq xəbərin gücü canlandırılan faktlardadır. Gəlin bu texnikanı – 
canlandırma texnikasını birlikdə öyrənək.  
 
Birinci addım: rakursu tapmalı  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə