Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   23   24   25   26   27   28   29   30   ...   71

3.
 
Freedom 
Forum:  
http://www2.nando.net/prof/freedom/1994/freedom.html 
 The    Freedom    Forum    (FF)    (news@freedomforum.org)      öz  fəaliyyətini 
söz  azadlığı,  mətbuat  azadlığı  ,  şəxsiyyət  azadlığı  problemlərinə  həsr  edir. 
FF  jurnalist  hazırlığı  ilə  bağlı  internasional  proqramları  maliyyələşdirir, 
araşdırmalar aparır. 
4.
 
GlasNews:  http://solar.rtd.utk.edu/~aboyle/glasnews/master.html 
 Şərq  –Qərb  kommunikasiya  jurnalistikanın  bütün  aspektlərinə  aid    , 
televiziya, fotoqrafiya, ictimai rəy və reklama aid   əlaqələri işıqlandırır. 
GlasNews    şəbəkəsini  «Seattle  Post-Intelligencer»nin  redaktoru    Elan  Boyl 
kömək  edir.  GlasNews  üç  seksiyadan  ibarətdi;  iki  tematik  məqalə  və  bir 
ekspress- xronikadan. 
5.
 
Inet-News: http://www.helsinki.fi/valttdk/lists/inet-news/ 
Inet-News      qısa  yeniliklər  və  elanlardan  ibarətdir.  Burada  xüsusi  
informasiya qaynaqları haqqında məlumatlar tapa bilərsiniz. 
6.
 
http://www.newslink.org/menu.html
.
 
1800-dən 
çox 
xəbərlər 
sistemini-  Iş  və  professional  xəbərlər  də  daxil  olmaqla  –  birləşdirən 
şəbəkə. NewsLink jurnalistlər arasında ən populyar şəbəkədi. 
7.
 
CPJ-L: 
http/.hall.org/places/spj/. 
1994-cü 
ildə 
Professional 
Jurnalistlər  Jəmiyyətinin  Yeni  nformasiya  Texnologiyaları  komitəsi 
tərəfindən  yaradılıb.  ndi  onun  dünyanın  20  ölkəsində  900  yaxın 
abunəçısı  var.  Gündə15-30  məlumat  verir.  Ayda  1  meqabayt 
informasiya axını var.  
8.
 
Poynter 
Institute 
for 
Media 
Studies: 
http://www.nando.net/prof/poynter/. 
Bu,  Florida  ştatının  Sanjt-  Peterburq  şəhərində  fəaliyyət  göstərən  geyri-


kommersiya  jurnalist  məktəbidi.  Jurnalistlərə  və  təəlbələrə  informasiya 
axtarışında kömək edir. 
 
JURNAL STLƏR   NFORMAS YALANDIRMANIN D GƏ
S STEMLƏR  
 
1.
 
Brifinqlər  –  K V  işçilərinin,  dövlət  strukturlarının  bu  və  ya  digər 
məsələ ilə bağlı mövqeyi ilə tanışlığa həsr olunmuş  qısa iclası; 
2.
 
Prezentasiyalar – hansısa dövlət, ictimaiyyət, yaxud özəl strukturların 
media işçiləri üçün də təşkil olunmuş yeni məhsul, yeni məhsul və s. 
ilə bağlı təntənəli görüş: 
3.
 
Mətbuat  konfransları  –  dövlət  yaxud  ictimai  xadimlərin,  elm, 
mədəniyyət  adamlarının  hansısa  bir  aktual  məsələ  ilə  bağlı,  yaxud 
jurnalistlərin suallarına cavab vermək üçün təşkil olunmuş görüşlər; 
4.
 
Press-relizlər  –  bu  və  ya  digər    faktlarla  bağlı    media  üçün  mətbuat-
xidmətləri üçün hazırlanmış xüsusi mətnlər; 
5.
 
Xüsusi  informasiya  bülletenləri  –  korporativ  informasiya  xidmətləri 
tərəfindən hazırlanmış olaylar haqqında məlumatlar; 
6.
 
Mətbuat  katibləri,  mətbuat  xidmətləri  tərəfindən  redaksiyalara 
göndərilən təcili məlumatlar. 
              Bu sistemlərdən birinin üzərində bir qədər geniş dayanaq. 
Mətbuat konfransları 
          Xəbərçilər  çox  yazıları  üçün  materialı  görüşlərdən,  mətbuat 
konfranslardan götürürlər.   stənilən halda, reportyor öncə mətbuat konfransı 
aparan  adam  və  mövzu  haqqında  müəyyən  informasiya  toplamalıdı.  Ancaq  


bu halda o yaxşı sual verə bilər, öz oxucuları üçün maraqlı, dolğun hesabat 
hazırlaya bilər.  
UNUTMAYIN: çox vaxt mətbuat konfransında danışmanın xüsusi məqsədi 
olur.  Adam  hansısa  mesajını  media  vasitəsilə  ictimaiyyətə  çatdırır.  Yaxud 
bu,  sadəcə  hansısa  siyasi  partiyanın,  ya  biznes  məhsulunun  örtülü  formada 
topluma  “keçirilməsi”  olur.  Buna  yol  verməyin.  Siz  jurnalist  kimi 
bilməlisiniz  ki,  belə  tədbirlərdə  olayın  ancaq  bir  tərəfi  görünür. 
Danişmandan  daha  çox  informasiya  almağa,  onu  demək  istədiyindən  artıq 
danışdırmağa  çalışmalısınız.  Çox  halda  sizin  verdiyiniz  sualın  cavabı 
əvvəldən hazırlanmış bəyanatlarda olmur.  
     
Əgər 
mətbuat 
konfransda 
verilən 
məlumatlar, 
şərhlər 
mübahisəlidirsə, hazırlayacağınız materialda hökmən onun rəqibinin şərhini, 
yaxud  onun  baxış  bucağı  ilə  razı  olmayan  ekspert,  yaxud  toplum  üzvünün 
şərhlərini  əlavə  etməlisiniz.  Bu  sizə  balanslı  yazı  hazırlamağa  imkan 
verəcək.  
                                                                                                                    
YADDAŞ 
  Mətbuat  konfransının fokusu. Kim nə dedi ? 
     Mətbuat konfransdan hazırlanan yazıya bunlar daxil olmalıdı: 

 
Kim danışdı (adı, titulu,  təmsil etdiyi təşkilat); 

 
Danışan nə dedi (əsas baxış bucağı) bir-neçə güçlü sitat əlavə 
edilməklə; 

 
Mətbuat konfransı harada və nə vaxt keçirildi; 

 
Dinləyənlər  (auditoriya)  kimlər  idi  və  olanlara  onların 
reaksiyasını); 

 
Problemlə bağlı digər şərh və reaksiyaları. 


 
 
Yazının  lidində  iki önəmli  fakt  əksini tapmalıdı:    “K M ?”  “NƏ  ?” 
dedi.  
 
Mətbuatda  tez-tez  mətbuat  konfransından  olan  yazıların  lidinə, 
başlıqlarına  danışmanın  “Nə  vaxt  ?”,  “Harada  ?”,  “Kimə?”  dedikləri 
çıxarılır.    Danışmanın  əsas  nə  dediyi,  əsas  baxış  bucağı  unudulur.  Özünüz 
özünüzə  sual  verin:  “Bu  danışman  nə  ən  vacib,  yaxud  qeyri-adi  şey  dedi? 
Məsələn,  bəlkə,  danışman  problemin  tamamilə  yeni  həllini  təklif  edir? 
Bəlkə, onun şərhləri mübahisəlidi?” Bunları lidinizə yerləşdirin. 
     
Mətbuat  konfransının  harada  keçirilməsi,  auditoriya  haqqında 
informasiyanı  yazının   ikinci, ya  üçüncü    abzaslarında  yerləşdirə  bilərsiniz. 
Bu üsulla hazırladığınız material sadə və anlaşıqlı olacaq. 
     
Əsas,  baş  baxış  bucağının  yazınızın  fokusunda  saxlanıldığına  əmin 
olun.  Mətbuat  konfransında  deyilən  hər  şeyin  siyahısını  verməyin.  Sizin 
işiniz    görüşdə  səslənən  önəmli,  daha  maraqlı  baxışları  oxucunuza  
çatdırmaqdı.  
   
Bəzən çox maraqlı deyimlər uzun-uzadı nitqin sonunda deyilə bilər, 
ona  görə  də  ayıq  olun.  Deyək  ki,  nazir  hansısa  diaqnostika  mərkəzinin 
açılışında  45  dəqiqə  çıxış  edir,  son  beş  dəqiqədə  isə  mövzunu  dəyişib 
qaçqınlara  ayrılan  aylıq  pulun  artırılacağından  danışır.  Bütün  qaçqınlar, 
onların  burada  anadan  olmuş  övladları  ilə  birgə  N.  manat  dövlət  yardımı 
alacaqlar.  Əgər  nazir  tibbi  yardım  haqqında  heç  dramatik  şey  deməyibsə, 
sizin lidiniz belə olmamalıdı: 
      Yeni  diaqnostika  mərkəzinin  açılışında  cənab  nazir    ölkədə  tibbi 
yardımın səviyyəsi haqqında məlumat verib. 
    
 Lidiniz belə olmalıdı: 
    Cənab nazir qaçqın ailələrinə dövlət yardımının artırılacağını dedi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə