Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   19   20   21   22   23   24   25   26   ...   71

2.
 
Brooks S.B., Kennedy G., Moen R.Daryl, Ranly D. News Reporting 
and Writing., NY, Bedford/St.Martin’s, 2002. p.50- 118.  
3.
 
Rgndall D. Universalğnıy jurnalist, M., RroMedia, 1996. s. 30-39.  
4.
 
Şostak M. .  Reporter: professionalizm i gtika, M., «R P –xoldinq», 
2002. s 44- 49. 
5.
 
Spravoçnik  dlə  jurnalistov  stran  Üentralğnoy  i  Vostoçnoy  Evropı,  
M.,  zd. “PPP”, 1993. s. 12-14. 
        6.   Məmmədli Z. K V-də anonim qaynaqlardan istifadə özəlliklər. 
“Jurnalistika-dünən, bu gün, sabah”   jurnalı,   2002.    
                               
 
 
 
 
  
 


F
Ə
S L 4.   MÜSAH B
Ə
 
 
Sən,  Sokrat, o qədər yaxşı 
soruşursan ki, yaxşı   
soruşanlara yaxşı cavab vermə
mənə də xoş olur.                                                                               
                                                                                                                               
Platon 
                        
 
  
Bu fəsildə  
açıqlanacaq suallar: 

 
Müsahibəni necə aparmalı? 

 
Müsahibə texnikası nədir? 

 
Sualları necə qurmalı? 

 
ctimai maraq nədir? 

 
Müsahibənin mərhələləri 
 
 
BAŞLIQ 
    Başqa bir ağıllı adam, virtouz  siyasətçi Teodor Ruzveltsə:  “ Uğurun 
ən dəqiq formulu adamlarla dil tapmaği öyrənməkdi,”- deyirdi. 
       Yaxşı jurnalist olmağın formulunda da adamlarla dil tapmaq punktu 
var.  Müsahibə  aparmaq  -  insanlarla  söhbət  etmək  bacarığı,  yaxşı  müsahib 
olmaq  jurnalistin  ikinci  naturasıdı.  nformasiya  jurnalist  üçün  əmtəədi.  Bu 
əmtəənin bəzisi sənədlərdən, bəzisi müşahidələrdən, ən çoxu və ən önəmlisi 
isə  üzbəüz söhbətlərdən toplanır. Buna görə də hər jurnalist müsahibə almaq 
vərdişlərinə  yiyələnməlidi.  Müsahibədən  əldə  etdiyiniz  informasiya 
natamamdı,  ona  görə  də  əldə  etdiyiniz  informasiyanı  digər  qaynaqlarla 
tutuşdurun. 


Amma həmişə xatırlayın – adamlar yalan deyə bilər, adamlar nəyi isə 
unuda bilər, adamlar sadəcə yorula bilərlər. Adamlar adamdılar. Üzbəüz 
söhbət zamanı bunu unutmayın. Hər bir qaynaq kimi insan qaynağından da  
yanlış informasiya gələ  bilər. Nəyisə səhv deyə bilər. Ona görə də həmişə 
yoxlayın. 
     Psixologiyada müsahibə ilə bağlı  “uğur kvadratı “ adlanan anlayış 
var. Müsahibənin uğuru bu kvadratın hər dörd tərəfini təşkil edən 
elementlərin  eyni dərəcədə yaxşı olmasından asılıdı. 
Söhbətin məqsədi 
Söhbətin predmeti 
Müsahibi öncədən 
öyrənmə 
Müsahibənin texnikası 
 
 Birincisi,  söhbətin  məqsədi.  Məzmununa  görə,  biz  müsahibə  sual 
verərkən onun           professional bilgiləri haqqında ( məs. pediatrdan uşaq 
xəstəlikləri  haqqında),  yaxud  onun  fikri,  rəyi  haqqında  (məs.,  Hacıbala 
Abutalıbov şəhərimizdəki çoxmərtəbələr haqqında nə düşünür), yaxud onun  
bildiyi  faktlar  haqqında    (  məs.  təhsil  naziri  Misir  Mərdanov  bu  il  11-ci 
sinifdə oxuyan şagirdlərin sayından)  informasiya əldə edirik.  
  Kvadratın  ikinci  tərəfi  –  söhbətin  predmeti,  yaxud  müsahibənin 
tematikasıdı.  Jurnalist  söhbət  edəcəyi  mövzudan  nə  dərəcədə  xəbərdar 
olmalıdı?  Burada  jurnalist  situasiyadan  asılı  olaraq,  ya    heç  nədən  xəbəri 
olmayan  “maymaq”, ya da  təcrübəli  “dəniz qurdu” rolunda çıxış edə bilər. 


Amma  söhbətin  predmetindən  bilgili  olmaq  sizə  heç  bir  vəziyyətdə  ziyan 
verməz.  Bilgili adamla manipulyasiya etmək imkanları da daralır.  
Müsahibəyə  hazırlığın  üçüncü  tərəfi  müsahibi  öncədən  öyrənməkdi
Təcrübəli  jurnalistlər  belə  məlumatlara  çox  önəm  verirlər.  Onlar  gələcək 
müsahiblərinin  şəxsiyyəti,  xarakteri,  vərdişləri,  jurnalistlərə  münasibəti 
haqqında,  öz  işlədikləri  mətbu  orqana  müsahibin  münasibəti  haqqında 
mümkün  qədər  çox  informasiya  toplayırlar.  Əgər  imkan  varsa,  siz 
müsahibinizin  sevdiyi  və  onun  üçün  tabu  olan  mövzuları  belə  öyrənin.  Bu 
məlumatlar  sizə  müsahibə  haqqında  vədləşməyə,  sonra  müsahibənin 
partiturasını qurmağa, söhbəti effektli qurmağa kömək edər. 
 Kvadratın  sonuncu  tərəfi  söhbətin  yönümünü,  müsahibənin 
texnikasını  fikirləşməkdir.
   
Hər  jurnalist  müsahibəyə  öz  metodu  ilə 
hazırlaşır  –  kimsə  gələcək  söhbətin  əsas  yerlərini  fikirləşir,  kimsə  verəcəyi 
sualların  siyahısını  tərtib  edir.  Bu,  jurnalistin  xarakterindən,  vərdişlərindən 
asılıdı.  
Müsahibə aparma texnikaları ilə bağlı 
peşə  incəlikləri 
1.
 
Cəlbetmə 
 
Danışana  imkan  yaradın  özü  danışsın,  ancaq  arabir  söhbətə  qarışın, 
yumşaq formada sizə lazım istiqamətə yönəldin. Danışana “köklənin”. Onun 
nə  düşündüyünü  anlamağa  çalışın.  Ona  öz  vəziyyətinin  ,  dediklərinin  gizli 
mənasını anlamağa kömək edin.  
2.
 
ntriqa (paradoksal metod) 
 
Daxilən  müsahibinizlə  diskussiya  aparmağa  hazır  olun.  Sakit, 
ironiyasız, atmacalarsız müsahibinizlə mübahisə edin, bütün vaxt onun bu və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə