Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   18   19   20   21   22   23   24   25   ...   71

 
Qaynaqlar  olaya  yaxınlıq,  aidlik,  əhəmiyyətlilik  dərəcəsinə  görə 
ilkin və ikincili  ola bilər.  lkin qaynaqlara öz adının çəkilməsinə razı olan 
şəxslərdən bunlar daxildi: 

 
olayın iştirakçıları; 

 
olaydan zərərçəkənlər; 

 
olayın şahidləri. 
 
kincili  gaynaglara  digər  K V-lər  aiddi.  Bu  sizin  yazınızın 
zəifliyidi,  bir  də    “tənbəllər”    jurnalistikasıdı.    Çalışın  özünüz    informasiya 
tapasınız. 
 
Qaynaqlarınızla  işləyərkən  bu  qaydanı  unutmayın:  istənilən 
informasiyani biri birindən asılı olmayan ən azi iki  qaynaq  təsdiqləməlidi. 
 
Biri- birindən asılı olmayan nə deməkdi? 
1.
 
A qaynağı informasiyanı B qaynağından almayıb; 
2.
 
A və B gaynaqaları informasiyanı eyni C qaynağından almayıblar. 
UNUTMAYIN:  iki  asılı  olmayan  qaynaqdan  təsdilənməyən  informasiya 
fakt sayılmır. 
 
 
 
 
 
nformasiya qaynaqları üç yerə bölünür: 
 
 
1.
 
Kommunikativ  metodlara  ilk  növbədə  söhbət,  müsahibə  və  sorğu 
aiddir.  Bütün şəxslərarası və texniki ünsiyyət vasitələri bura daxildir. 
2.
 
Qeyri-kommunikativ  metodlar  jurnalist  işində  mümkün  olan  bütün 
informasiya  massivindən  faydalana  bilmək  çox  vacibdir.
 
Qeyd  etmə


lazımdı  ki,  çap  mediası  və  digər  media  məhsulları  ilə  tanışlıq,  olayla  bağlı 
ilkin sənədlər (kitablar, gündəliklər, məktublar, iş yaxud adi yazışmalar, əmr 
və sərəncamlar, digər sənədlər) jurnalistə material üzərində iş zamanı böyük 
informasiya  massivi  açır.  Digər  effektli  üsul  müşahidənin  instrumental 
vasitələrindən  faydalanmaqla  alınan  informasiyadı.  Özü  də  müşahidə 
(monitorinq)  xüsusi  alətlərdən  istifadə  etməyərək  tətbiq  olunanda  belə
bəzən qiymətli informasiya verir, çünki jurnalist olayı izləyir, şahidi olur.  
3.
 
Analitik  metod    kifayət  qədər  geniş  palitralı  üsuldur.  Kiçik  bir 
çeşidləmə  verək. 

 
Sistemli  analiz,    yəni  elementlərin  müəyyən  qarşılıqlı  əlaqəsi, 
iyerarxiyası, əsas funksiyalarının sistem şəklində qurulması, sistemyaradıcı, 
sistemdağıdıcı,  sistem-neytral  faktorlar.  Burada  məqsəd  faktlar  müxtəlif 
ə
lamətlərinə  görə  (xronologiya,  tematika,  əhəmiyyətlilik  dərəcəsi)    dəqiq 
sistemləşdirməkdi. 

 
Müqayisəli  analizdə  (komparativ metodika) hadisə, obyekt analoji 
hadisə  ilə  müqayisə  olunur.  Televiziya  xəbərlərini  yadınıza  salın    .Hansısa 
olay haqqında analoji hadisələr yada salınır, paralellər aparılır. 

 
Deduktiv  və  induktiv  metod  mülahizələrin  ümumidən  xüsusiyə  və 
ə
ksinə düzülməsidi. 

 
Modelləşdirmə  (kompüter,  məntiqi,  riyazi  )  bu  halda  obyektin  bəzi 
xüsusiyyətləri  modelə  köçürülür.  Bununla  bağlı  iki  çox  informativ  və 
maraqlı  metodu  qabartmaq  istərdim.  Blok-sxem  və  kontent-analiz.  Blok-
sxem  ali  riyaziyyatda  qəbul  edilən  üsuldu.  Sadəcə  metodun  prinsipini  izah 
etmək istərdim.  Olay,  yaxud bir neçə olay modelləşdirilir.  Analiz  olunur  və 
mümkün yeganə düzgün qərar verilir. “Baharın on yeddi anı” filmində sovet 
zabitini  xatırlayırsınızmı?  O,  yeganə  düzgün  cavab  tapmaq  üçün  alman 
ordusu  funksionerlərinin  şəkillərini  çəkir,  araşdırmalar    apararaq  bir-bir 


onların  üzərindən  xətt  çəkir.  Sonda  ona  lazım  olan  adamı  tapır.  Bu,  blok-
sxemin  sadə  izahıdı.  Kontent  –analiz  də  bir  neçə  elm  sahəsində
sosiologiyada,  psixologiyada,  politologiyada,  kütləvi  kommunikasiyanın 
tədqiqində istifadə olunan metoddur. 
 
    ...Daha ənənəvi və sadə təsnifat. Jurnalistlərin ənənəvi  informasiya 
qaynaqları çox  elmi ədəbiyyatda bu cür təsnif olunur:   
                   
1.
 
Müsahibə 
2.
 
Sənədlər 
3.
 
Müşahidə 
 
ÇALIŞMALAR: 
1.
 
   7-  ci  səhifəni    bir  daha  diqqətlə  oxuyun.    Daxili  şlə
Nazirliyindən informasiya verilir ki, Almadərən kəndində dövlə
ə
leyhinə  silahlı  qiyam olub. Qiyamda bir polis nəfəri yaralanıb. 
nformasiyanı  Almadərən  kəndinin  bir  polis    işçisi    təsdiqləyir. 
nformasiya      iki  qaynaqdan  təsdiqlənib.    Necə  düşünürsünüz  - 
bu faktdır?  Fikrinizi əsaslandırın. 
2.
 
Qanunsuz  kütləvi  aksiya  keçirməyə  cəhd  edərkən  tutulmuş 
müxalifətçi, buraxıldıqdan sonra bəyan edir ki,  polis işçiləri onu 
öldürəcəkləriylə  hədələyiblər.  “Yeni  dönəm”  qəzetində  də 
müxalifətçiyə  polis  tərəfindən  edilən  hədələrdən  yazılıb.  
Fikrinizcə,  bu faktdı?   Nə üçün? 
 
Ə
dəbiyyat: 
1.
 
Repkova  T.  Yeni  Dönəm:  Demokratik  cəmiyyətdə  peşəkar  qəzet 
buraxmaq yolları, Bakı, Qanun, 2006. s. 236-238. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə