Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   15   16   17   18   19   20   21   22   ...   71

"Baxın, Livandan sonra hədəfdə Suriya, sonra  randır. ABŞ Əfqanıstanı, 
raqı məhv edərək, indi də  srailin əli ilə Yaxın Şərqdəki xırda ölkələri 
sıradan çıxarmaqla məşğuldur. Bunların fikri heç də demokratiya, insan 
hüquqları deyil. Bunlar bölgədə yeni dünya düzəni yaradıb enerji 
resursları üzərində nəzarətlərini qəti şəkildə bərqərar etmək istəyirlər", - 
deyə H.Nuri vurğuladı. 
b. Nazir Azad Rəhimov günahlarını boynuna aldı.
 
Anar, “Ayna”, 
2 avqust 2006.  
"Dopinqə qarşı mübarizədə belə nöqsanlara yol verməməliyik" 
 Dünən gənclər və idman naziri Azad Rəhimov jurnalistləri 
maraqlandıran sualları cavablandırıb. Nazir ilk olaraq dopinq qəbul 
etməkdə ittiham olunan tanınmış ağırlıqqaldıran Nizami Paşayevlə bağlı 
məsələyə münasibətini açıqladı: "Nizami Paşayev dopinq qəbul etməyib. 
O deyib ki, boğaz ağrısına görə preparatdan istifadə edib. Amma idmançı 
bəzi dərmanların dopinq maddələri siyahısına düşə biləcəyindən xəbərdar 
olmalıydı. Məlum səbəblə bağlı atletə Avropa çempionatının qızıl 
mükafatı verilməyib”. 
Media nümayəndələri Azərbaycan Ağırlıqqaldırma Federasiyasının 
məlum məsələni gizlətməyə çalışdığından gileylənərkən A. Rəhimov 
xəbəri gizlətməyə səbəb görmədiyini və nazirliyə müraciət olunmasının 
vacibliyini qeyd etdi: "Faktlar hər zaman açıqlanmalı və 
gizlədilməməlidir”. 
A. Rəhimov məlum problemlərin yaşanmaması üçün nazirlikdə dopinq 
sektorunun formalaşdırıldığını xatırlatdı. Onun sözlərinə görə, bu 
istiqamətdə təbliğat işləri aparılır, lazımi məlumatlar idman 
federasiyaları, cəmiyyətlərinə və idmançılara çatdırılır: "Dopinqə qarşı 
mübarizəni gücləndirmək üçün laboratoriya yaratmaq istəyirik. Bu 


məqsədlə qiymətli avadanlıq sifariş olunacaq. Tibb dispanserimiz 
mövcuddur və bunlar 6 rayonda fəaliyyət göstərir. Lakin qeyd etməliyəm 
ki, həkimlərimiz kifayət qədər deyil. Hər il qadağan olunmuş 
preparatların siyahısı dəyişir və burada, hətta antibiotik, ağrıkəsici 
dərmanın adı ola bilər. Amma daim iş aparılmalıdır və çalışmalıyıq belə 
nöqsanlara yol verməyək. Statistikaya əsasən, hansısa ölkələrlə 
müqayisədə, ola bilsin ki, Azərbaycan dopinq qəbul edən dövlətlər 
siyahısında ən aşağı yerləri tutur. Ölkəmizdə bu problem ciddi olsa da, 
faciəli şəkildə deyil ". 
Sonda nazir Azərbaycan və Ermənistan futbol yığmalarının oyunlarının 
harada keçiriləcəyi ilə bağlı yenilik olmadığını nəzərə çatdıraraq UEFA-
nın qərarını gözlədiklərini söylədi.  
 
Ə
dəbiyyat:  
6.
 
Adee  K.W.,  Ault  H.  Phillip,  Emery  E.  Reporting  and  Writing  News. 
NY, Harper & Row, 1983. p. 13-35. 
7.
 
Brooks  S.B.,  Kennedy  G.,  Moen  R.Daryl,  Ranly  D.  News  Reporting 
and Writing. NY, Bedford/St.Martin’s, 2002. p. 13-49. 
8.
 
Mencher  M.  News  Reporting  and  Writing.  USA,  Brown  & 
Benchmark, 1997. p. 19, 33-52.  
9.
 
Рендалл Д., Универсальный журналист. M, ProMedia, 1996, c. 16-
23, 47-53. 
10.
 
Repkova  T.  Yeni  Dönəm:  Demokratik  cəmiyyətdə  peşəkar  qəzet 
buraxmaq yolları. Bakı, Qanun, 2006, s. 21-25. 
11.
 
Schudson  M.  Discovering  the  News.  A  Social  History  of  American 
Newspapers. US, Basic Books, 1978. p. 121-159. 


12.
 
Fichtelius E. Jurnalistikanın qızıl qaydası. Bakı, Adiloğlu, 2002, s. 11-
20.  
 
 
 
 


 
 Fəsil 3. ÇAP MED ASINDA QAYNAQLAR 
                                            
Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun jurnalistika 
fakültəsinin televiziya və radio jurnalistikası kafedrasının professoru Qulu 
Məhərrəmli (1954) 30 ilə yaxındır televiziyada çalışır. Televiziya və radio 
jurnalistikasının nəzəri problemləri ilə məşğuldur. Bir çox teleproqramların 
(“Azərbaycan dünya meridianlarında”, “7 gün”, “Təfsilat”, “Gerçəklik”), 
sənədli televiziya filmlərinin (“ stiqlal yolu”, “Əkinçi”, “Qobustan”) müəllifi 
və aparıcısıdır. O, sizinlə anonym qaynaqlarla iş təcrübəsini bölüşür: 
 
 
 
 
 
mkan verin adamlar olub-bitəni bilsin. O zaman bütün ölkə arxayın 
yaşayar.                                                                         
 
 
 
 
 
 
 
 
A. Linkoln 
                                  
                         
 
  
Bu fəsildə  
açıqlanacaq suallar: 

 
Jurnalist informasiyanı 
hansı qaynaqlardan alır? 

 
Ə
nənəvi təsnifata nə aiddir? 

 
Qeyri-ənənəvi təsnifat 
hansıdır? 

 
Qaynaqlarla işin incəlikləri 
hansılardır? 
                                                                               
                      Qaynaqların özəllikləri 
   Biz  evlər  tikmirik,  biz  atom  enerjisini  öyrənmirik,  biz  heç  yay 
kolleksiyaları  da  yaratmırıq.  Biz  üstqurumuq.  Bizim  vəzifəmiz  hamını 
xəbərdar  etmək,  oyatmaq,  ayıq  salmaq,  hirsləndirmək,  qürurlandırmaq, 
sevindirmək – yaşatmaqdı. Biz “ictimai məhkəməyik və oxucular-seyrçilər-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə