Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   12   13   14   15   16   17   18   19   ...   71

        Nə qədər qəribə görünsə də, qeyri-müstəqil mətbuat daha rəngarəng və 
çoxşaxəlidir.  Təbii  ki,  belə  mətbu  orqanlar  həm  iqtisadi,  həm  də  ideoloji 
cəhətdən  asılı  vəziyyətdədir  və  elə  bu  baxımdan    da  onları  adətən,  bir 
tərəfdən  müxalifət  və  müxalifətyönlü,  digər  tərəfdən  iqtidar  və 
iqtidaryönlü  mətbuat  adlandırırlar.  Beləliklə,  qeyri-müstəqil  mətbu 
orqanların  özü  də  iki  qrupa  ayrılır.  Ən  maraqlısı  isə  odur  ki,  iş  bununla 
bitmir:  həmin qruplar da alt-qruplara bölünür. Məsələn, həm müxalifət, həm 
də iqtidar mətbuatının içində partiyalı mətbu orqanlar var. Sırf hüquqi, yəni 
təsisçilik baxımından bunu iddia etmək bir sıra hallarda çətin olsa da, əslində, 
belə  qəzetlərin  partiya  orqanı  olmasına  heç  bir  şəkk-şübhə  yoxdur 
(“Azadlıq”,  “Yeni  müsavat”,  “Səs”,  “Yeni  Azərbaycan”  və  digərləri). 
Azərbaycanda  hələ  ki  büdcədən  maliyyələşən  qəzetlər  də  az  deyil  (Milli 
Məclisin orqanı olan “Azərbaycan” qəzeti, bir sıra nazirlik və sahə qəzetləri). 
Təəssüf  ki, bu  cür  mətbu orqanlarda  söz azadlığından  çox,  söz  sərbəstliyinə 
yol  verilir,  siyasi  plüralizmin  heç  izi-tozu  da  görünmür.  Bu  yerdə  Vladimir 
Ulyanov-Leninin məşhur deyimi yada düşür: “Qəzet təbliğatçı, təşviqatçı və 
təşkilatçıdır”. Müstəqilliyimizin ilk illərində bu tərifin sonuncu “təşkilatçılıq” 
amili  əhəmiyyətini  demək  olar  ki,  itirmişdisə  də,  son  üç-dörd  ildə  partiyalı 
qəzetlər qara işlərini görüb.  ndi əminlik, eyni zamanda təəssüf hissilə demək 
olar ki, Lenini sözdə inkar etsək də, əslində, onun bu prinsiplərini əldə bayraq 
tutan  mətbu  orqanların  çəkisi  əhəmiyyətli  dərəcədə  artaraq  milli  mətbuatın 
demokratik inkişafına əngəl törədir.  
          Qəzet bolluğunun törətdiyi fəsadlardan biri də qəzet işini – biznesini və 
ümumiyyətlə,  qəzetçiliyi  möhtəkirliyə  çevirənlərin  sayının  təhlükəli  miqyas 
almasıdır. Belələrini xalq arasında “reket-jurnalist”, “reket-qəzet” adlandırır-
lar. Təcrübə və müəyyən araşdırmalar onların rüşvət almağa və verməyə ha-


zır  olan  insan  və  məmurlar  durduqca  ölməyəcəklərini  əminliklə  söyləməyə 
imkan verir. Bir məqamı da qeyd etmək lazımdır ki, bu qəbildən olan mətbu 
orqanların  başında  duran  daha  “peşəkar  və  istedadlıları”  artıq  inkişaflarının 
daha  yüksək  pilləsinə  qalxmaqla  “sarı  mətbuat”  janrına  yiyələnməkdədirlər. 
Hər halda, Qərb ölkələrindəki “sarı mətbuat” nümayəndələri heç olmasa, pe-
şəkarlığın nə olduğundan bixəbər deyillər. Daha doğrusu, Qərbin sarı mətbu-
atında diletant və möhtəkirlərə yer yoxdur, sadəcə olaraq janrın tələbləri baş-
qadır. Ən əsası isə odur ki, orada heç kim bilərəkdən qanunu pul xatirinə poz-
mağa can atmır. 
         Yazının  sonunda  yenə  də  marksizm  -  leninizm  klassiklərinə  müraciət 
etməkdən başqa əlac qalmır. Söhbət kəmiyyətin keyfiyyətə çevrilməsinin la-
büdlüyündən  gedir. Ümid  etmək  istərdik  ki,  tezliklə  Azərbaycan  media  mə-
kanındakı bolluq keyfiyyətə baş əyəcəkdir. 
Dəyişməyən xəbərçilik 
 
Dünya və Azərbaycan təcrübəsi ilə tanış olduq: o, daim dəyişir. Dəyi-
şən  jurnalistikada  dəyişməyən  nədir?  Bu  sual  nə  qədər  fəlsəfi  səslənsə  də, 
Qərb jurnalistika məktəblərinin cavabı bir o qədər dəqiq və praktikdir: dəyiş-
məyən izahı çətin Obyektivlik və hər bir jurnalistdən Dəqiq və Vicdanlı ol-
mağı tələb edən Peşə etikasıdır. 
22
 
 
Amma  bu  birmənalı  cavabı  vermək  üçün  Qərb  jurnalistikası  əvvəlcə 
daha vacib bir sualı cavablandırır: jurnalistika kimə xidmət edir? Çünki biz 
yalnız kimə xidmət etdiyimizi bildikdən sonra peşə prinsiplərimizi müəyyən 
edə bilərik. Bu sualın cavabını tapmaq isə o qədər də asan deyil. Kimə  xid-
mət edirik: hökumətə, elit qruplara, partiyalara, sahibkara, yoxsa oxuculara?  
                                                  
22
 Brooks S.B., Kennedy G., Moen R.Daryl, Ranly D. News Reporting and Writing., NY, 
Bedford/St.Martin’s, 2002. p. 12. 


 
Qərb jurnalistikasında belə bir inam var ki, media hər hansı bir parti-
yaya,  sahibkara  məxsus  olsa  belə,  o,  oxuculara  xidmət  etməlidir.  Oxucuya 
xidmət oxucunu aldatmamaq, çaşdırmamaq, ona fikirdən azad, dəqiq xəbər-
lər  çatdırmaqdır.  Çünki  yalnız  belədə  oxucu  özü  müstəqil  qərar  verə  bilər. 
Jurnalistlər bu addımla, ilk növbədə, oxucunun bir vətəndaş kimi hüquqları-
na hörmət edir. Demək, oxucu ilə qəzetin münasibətlərinin fəlsəfəsi qarşılıq-
lı inama hesablanıb. Əgər inam varsa, qəzet oxucusunu, oxucu qəzetini itir-
məyəcək.  
 
Auditoriyalar və zövqlər dəyişə, rejimlər belə bir-birini əvəz edə bilər. 
Jurnalistika bu gün müvəkkil və müxalif, sabahsa sivil, yaxud qlobal ola bi-
lər. Amma jurnalistikanın oxuculara xidmət etdiyi cəmiyyətlərdə jurnalistlər 
ilə  oxucular  arasında    inamın  yaranmasına  və  qalmasına  xidmət  edən  stan-
dartlar – universal xəbər standartları dəyişməz olaraq qalır. Niyə? Bu sualın 
cavabını xəbər standartlarının özündə axtaraq.   
Xəbər standartları 
1.
 
Faktlılıq 
Fakta  təməllilik  təsdiqlənmiş  məlumata  dayanmaq  deməkdir. 
Təsdiqlənmə formaları 3 cür ola bilər:  
1.
 
Nüfuzlu K V-də məlumatın getməsi;  
2.
 
Ən  azı  iki  müstəqil,  bir-birindən  asılı  olmayan  qaynağın  məlumatı 
təsdiqləməsi; 
3.
 
Jurnalistin şəxsən şahidliyi, olayı öz gözü ilə görməsi, izləməsi.  
 
2.
 
Dəqiqlik 
Fakta təməllilik bizdən dəqiq olmağı tələb edir. Dəqiqlik deyəndə bir 
tərəfdən  fakt  materialının  (şəxs  adları,  xüsusi  adlar,  rəqəmlər,  informasiya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə