Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

 
1848-ci  ildə  ilk  dəfə  “Assoşieyted  Press”  Avropadan  xəbərləri 
müxtəlif  limanlardan  əvvəl  paroxodla,  daha  sonra  teleqraf  vasitəsilə 
toplayanda    xəbərə  verilən  tələb  dəqiqləşdi:  yığcamlıq  və  faktlılıq. 
Səbəblərdən  biri,  bəlkə  də,  birincisi  məsələnin  iqtisadi  cəhəti  idi.  Çünki 
teleqrafla göndərilən hər söz pul idi.
14
  
 
lk  reportyorların  hətta  maliyyə  uğurlarına  baxmayaraq,  XIX  əsr 
Amerikasında jurnalistika aşağı təbəqənin sənəti kimi qiymətləndirilirdi. 
 
XX əsr jurnalistikasında meyllər: Subyektiv və Obyektiv xəbərçilik 
 
Jurnalistika  XX  əsrə  qədəm  qoyanda  faktlılıq  peşəkar  xəbərçiliyin 
göstəricisi  kimi  heç  kimdə  şübhə  doğurmurdu.  Reportyorlar  hadisələrin  şa-
hidlərindən  faktları  toplayır  və  mənbələrə  istinad  edir,  bir  sözlə,  gerçəkliyi 
qələmə alırdılar.  
 
XX  əsrin  əvvəllərinə  təsadüf  edən  iki  hadisə  jurnalistikanı  çalxaladı. 
Bunlardan  birincisi  ötən  əsrin  əvvəllərində  yaranan  ictimaiyyətlə  əlaqələr 
(public relations – PR) sahəsi, digəri isə Birinci Dünya müharibəsi idi. Hər 
iki  hadisənin  sonucu  olaraq  jurnalistlər  eyni  sualla  rastlaşdılar:  faktlar 
həmişəmi həqiqəti əks etdirir?  
 
ctimaiyyətlə əlaqələrin bir sahə kimi inkişafı jurnalistlərin PR-ın əlin-
də alətə çevrilmək təhlükəsini yaratdı. Belə ki, PR öz sahibinin maraqların-
dan  çıxış  edərək  onu  jurnalistlərlə  birbaşa  təmasdan  qoruyur,  xəbəri  idarə 
edirdi.  Birinci  Dünya  müharibəsinin  təbliğat  maşını  da  jurnalistikanı 
siyasətin  alətinə  çevirmişdi.  Təsadüfi  deyil  ki,  müharibədən  sonra 
jurnalistlərə hər şey şüurlu şəkildə yaradılmış illüziya kimi gəlirdi.
15
  
                                                  
14
 
Adee K.W., Ault H. Phillip, Emery E. Reporting and Writing News, NY, Harper & Row, 1983. p.18. 
15
 Schudson M. Discovering the News. A Social History of American Newspapers. US, Basic Books, 1978. 
p. 142. 


 
Məhz belə bir şəraitdə 1930-cu illərdə jurnalistikada faktlara münasi-
bət geniş diskussiyalara səbəb oldu. Nəticədə fakta ikili münasibət yarandı: 
subyektiv və obyektiv.  
nterpretiv – izahlı jurnalistika 
 
Bir qrup  reportyor oxucuya yalnız  faktların verilməsinin  çaşdırıcı ol-
duğunu deyirdi. Onların fikrincə, oxucular hadisələrin interpretasiyasına, yə-
ni izahına ehtiyac  duyurlar. Elə buna görə  də  nterpretiv  jurnalistlər  “Kim? 
Harada? Nə vaxt ?” suallarına “Niyə?” sualını əlavə edərək oxucularına ha-
disələri  izah  etməyə  çalışırdılar.  Qəzetlər  interpretiv  –  izahlı  xəbərçilikdən 
həm  isti  xəbərlərin,  həm  də  background  –  qaynaq  informasiyanın,  ön 
tarixçənin  verilməsində  yararlanırdılar.  Bu  dövrdə  qəzetlərdə  həftə  sonu 
xəbərlərin  icmalları  geniş  yer  almağa,  onlar,  hətta  redaksiya  yazılarını 
sıxışdırmağa başladı.  
 
nterpretiv – izahlı xəbərçilik nə qədər geniş vüsət alsa da, o, subyek-
tiv idi və jurnalistlərdən faktları yorumlamağı tələb edirdi. Bunu hamı bacar-
mırdı.  nterpretiv  xəbərçilərdən  fərqli  olaraq,  ənənəvi  reportyorlar  hələ  də 
inanırdılar ki, onların işinin qiyməti yalnız faktları toplayıb çatdırmaqdadır. 
Onlar  həm  oxucuları,  həm  tənqidçiləri  öz  işlərinin  vacibliyinə  inandırmaq 
zərurəti duyur, bunu sübut etmək üçün elmi zəmin axtarırdılar. Belə bir elmi 
çərçivə tapıldı. O,  obyektivlik idi. 
 
Obyektiv – elmi jurnalistika 
 
Mişel  Şudson  məşhur  “Xəbərin  kəşfi”  kitabında  obyektivliyin  qalxa-
nışını  addım-addım  izləyərək  maraqlı  nəticələrə  gəlir.  XX  əsrin  30-cu  illə-
rində jurnalistikanın obyektivliyə üz tutmasının səbəblərindən biri də jurna-
listlərin  öz  sənətlərinin  nüfuzunu  artırmaq  istəkləri  idi.  Bu  cəhdlər  hələ 
1903-cü ildə Cozef Pulitzer Kolumbiya Universitetinin nəzdində jurnalistika 


fakültəsini açmaq üçün vəsait ayıranda başlanmışdı. C. Pulitzer jurnalistlərin 
də  həkimlər  və  hüquqşünaslar  kimi  maddi  maraqlardan  asılı  olmayan  peşə 
həmrəyliyi  yaratmalarını  arzulayaraq  yazırdı:  “mənim  konsepsiyama  görə, 
bu jurnalistika məktəbi nəinki kommersial olmamalıdır, o hətta antikommer-
sial olmalıdır”.
16
  
 
Jurnalistikanın  digər  elm  sahələri  ilə  bir  sırada  durması  üçün  o,  sub-
yektiv yox, elmi, yəni obyektiv kateqoriyalara əsaslanmalı idi. Məşhur kom-
munikativist  U.  Lipman  jurnalistikanın  bütün  bəlalarına  bir  əlac  irəli 
sürürdü. Bu, elm idi. O inanırdı ki, jurnalistikanın elmi  metodlardan bəhrə-
lənməsi mətbuatı daha peşəkar və daha liberal edəcəkdir. Beləliklə, Lipman 
obyektivliyi jurnalistikanın idealı kimi irəli sürürdü.  
 
Obyektivlik  həqiqətdir,  yaxud  həqiqəti  deməkdir.  Sözün  mənşəyi  la-
tıncadan gəlir, mənası bizim şüurumuzdan asılı olmayaraq mövcud olan de-
məkdir.
17
 Obyektivlik deyəndə müşahidə olunan faktlara istinad etməklə ya-
naşı,  həm  də  metodoloji  cəhətdən  hadisənin nəqlində  faktın  fikir və rəydən 
ayrılması nəzərdə tutulur.  
 
Şudson  yazır:  “Jurnalistlər  obyektivliyə  inandılar.  Çünki  onlar  inan-
maq istəyirdilər, bunun ehtiyacında idilər və onlar ən adi insan kimi öz fərdi 
inanclarının  və  şübhələrinin  əsarətindən  qurtarmaq  üçün  obyektivliyə  təşnə 
idilər”.
18
  
 
Beləcə obyektivlik dəyərə, həqiqətin meyarına çevrildi. 
                                                  
16
 Schudson M. Discovering the News. A Social History of American Newspapers. US, Basic Books, 1978. 
p. 155. 
17
 Словарь иностранных слов. M., Русский язык. 1981, c. 350. 
 
18
 Schudson M. Discovering the News. A Social History of American Newspapers. US, Basic Books, 1978. 
p. 159. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə