Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   7   8   9   10   11   12   13   14   ...   71

olunur.  Bu  MK S-lər  parka  cavabdehliyi  bir-birinin  boynuna  atdılar    və 
dəqiq cavab verən olmadı. 
 
Bakı Səhər  cra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində
aldığımız  məlumata  görə,  həmin  ərazi  Nəsimi  Rayon  cra  Hakimiyyətinin 
səlahiyyətindədir. 
 
Bu  xəbəri  oxuyandan  sonra  hər  şey  bəlli  oldu.  Tələbələr  inadkarlıq 
etsələr  də,  tapşırığı  yerinə  yetirib  nə  parkın  nə  vaxt  abadlaşdırılacağını  öy-
rənmişdilər,  nə  də  onun  nəzarətsiz  olduğunu  sübut  etmişdilər.  Nəticədə,  
oxucu  xəbərsiz  qalmışdı.  Amma  tələbələr  işləmişdilər,  inadkarlıq 
göstərmişdilər. Elə isə uğursuzluğun səbəbi nədir?  nadkarlığı tərslik, başı 
divara  döymək,  iki  ayağı  bir  başmağa  soxmaq  kimi  anlamaq  olmaz. 
Reportyorun inadkarlığı onun davamlı, ardıcıl olması, yəni bir məsələni 
öyrənib  sona  çatdırması  deməkdir.  Bunun  üçünsə  düşünərək  işləmə
lazımdır.  Elə  buna  görə  də  inadkarlıq  çox  vacib  başqa  bir  keyfiyyətlə 
müşayiət olunmalıdır. Bu, həşeyi bilmək və ya hərtərəfli olmaqdır.  
 

 
Hərtərəflilik. Öyrənməkdən usanmamaq. 
 
Parkın nə vaxt abadlaşdırılacağını öyrənməli olan tələbələri yoran icra 
hakimiyyəti ( H) ilə MK S arasında telefon tələsinə düşmək idi. Onlar üstə-
lik  MK S-lərin  hansı  qurumun  tabeliyində  olduqlarını  dəqiq  bilmədikləri 
üçün  H-dən  aldıqları  informasiyanı  analiz  edərək  düzgün  nəticəyə  gəlib, 
MK S-ə ünvanlayacaqları sualları müəyyən edə bilməmişdilər. Hətta parkın 
ərazisinin  icra  hakimiyyətinin  səlahiyyətində  olduğunu  müəyyənləşdirmək 
üçün Yaşıllaşdırma Təsərrüfatı Birliyinə də üz tutmuşdular. Dövlət orqanla-
rının işi barədə dumanlı təsəvvür belə bir dumanlı xəbərin yazılmasına gəti-
rib çıxarmışdı. Demək, peşəkar reportyor daim öz üzərində çalışmalıdır. Xü-


susilə  hüquqi  biliklərini  zənginləşdirməlidir.  Çətinə  düşəndə  peşəkarlarla 
məsləhətləşməlidir.  
 
Dünyagörüşünün  geniş  olması  sizə  rəngləri  fərqləndirməyə,  hamının 
duymadıqlarını  sezməyə,  hadisələrə  daha  dərindən  varmağa  kömək edəcək. 
Bax onda yeni mövzuların təşəbbüskarı ola bilərsiniz.    
 

 
Təşəbbüskarlıq. Buna görə jurnalistikada cəza yoxdur. 
 
Belə  bir  deyim  var:  “Təşəbbüs  cəzalandırılır”.  Bu,  bir  çox  idarələrdə 
yazılmamış qanundur. Yaxşısı budur, hamı necə, sən də elə olasan. Jurnalis-
tikada isə əksinə, təşəbbüs yox, məhz təşəbbüssüzlük cəzalandırıla bilər. Bi-
zim  təşəbbüslərimiz  müxtəlif  ola  bilər:  məsələn,  bir  reportyoru  quş  qripi 
xəbərinin  gündəmdə  yer  aldığı  zaman  “gözlənilmədən”  şəhərdə  “Amerika 
toyuğu sağlamlıdır” kimi reklamın niyə peyda olması maraqlandırdığı halda, 
başqa  birisini  rəsmi  məlumatlarda  sətəlcəmdən  öldüyü  xəbər  verilən 
xəstələrin H1N5 virusuna tutulub-tutulmadığı sualı rahat buraxmaya bilər.  
 
Təşəbbüskarlıq  azdır.  Təşəbbüslərin  arxasında  dayanmağı  bacarmaq 
lazımdır. Bunu yalnız qorxmaz, cəsarətli insanlar edə bilər.  
 

 
Cəsarət. Cəzalandırıla bilər.  
 
1989-cu ildə Salatın Əsgərova körpə oğlu Ceyhunu evdə – nənə-baba-
nın yanında qoyub növbəti dəfə Qarabağa yollananda bilirdi ki, odun-alovun 
içərisinə gedir, qayıtmaya bilər.  
 
1990-cı  ildə  Elmira  Əmrah  qızı  telefon  danışığının  xərcini  ödəmək 
üçün  nişan  üzüyünü  lombarda  qoyub  “Azadlıq”  radiostansiyasına  məlumat 
verəndə bilirdi ki, onu tuta bilərlər. 
 
Çingiz Mustafayev öz ölümünü kamerası ilə çəkdi. 


 
Elmar Hüseynov bilirdi ki, hər yazısı son yazı ola bilər. Elmar yazırdı: 
“Qorxu  istənilən  normal  insana  uşaqlıqdan  məlum  olan  adi  bir  hiss  deyil. 
Qorxu böyük bir fəlsəfədir”.  
 
Cəsurluq  candan  gəlməlidir.  Reportyora  inadkarlığı,  hərtərəfli  və  tə-
şəbbüskar olmağı aşılamaq, bunları vərdişə çevirmək olar. Cəsarətə gələndə 
isə…  Burada  yeganə  çıxış  yolu  faktlı  olmağı  öyrətməkdir.  Çünki  peşəkar 
jurnalistikanın qorxuya qarşı ən güclü silahı faktdır.  
 

 
Faktlılıq. Ən güclü silah.  
 
Reportyorun işinin canı xəbəri toplamaqdır. Xəbərin canı faktdır. De-
mək, reportyor faktlı olmalıdır. T. Repkova faktlılığı belə izah edir: “Faktlı 
olmaq xəbərləri yazarkən fikirlərə deyil, faktlara üstünlük vermək deməkdir. 
Bu həm də jurnalistikanın dəqiq, səliqəli  və auentik olmaq, faktları öz qay-
dasında almaqla yanaşı, məhz gərəkli faktları əldə etmək məcburiyyətidir”.
8
  
Məs.  “Axşam  olanda  parkda göz-gözü görmür”  əvəzinə,  “Parkın 5  fənərin-
dən  biri  də  yanmır”  yazmaq  daha  təsirlidir.  Belədə  oxucuda  hisslərə  deyil, 
faktlara  əsaslanan  daha  dolğun  təəssürat  yaranır.  Faktlı  olmaq  asan  deyil. 
Bunun  üçün  ən  azı  parkı  dolaşıb,  fənərləri  saymaq  lazımdır.  Faktlı  olmaq 
daha səbirli olmaq, nəticə çıxarmağı oxucunun öhdəsinə buraxmaqdır.  Fakt-
lı  olmaq  oxucuya  hörmətin  ən  bariz  göstəricisidir.  Bu,  XX  əsr  jurnalis-
tikasının fakta münasibət fəlsəfəsidir. 
 
                                                  

Repkova  T.  Yeni  Dönəm:  Demokratik  cəmiyyətdə  peşəkar  qəzet  buraxmaq  yolları,  Bakı,  Qanun, 
2006, s. 21.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə