Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   2   3   4   5   6   7   8   9   10   ...   71

cinayətkarlıq yuvasına çevrilməsi,  beynəlxalq terrorizmə dayaq durması 
barədə  xəbərlərə  2006-cı  ilin  yayında  meşələrin  yandırılması  xəbəri  də 
əlavə edildi.  

 
Yaxınlıq      –      Söhbət  coğrafi  yaxınlıqdan  gedir.  nsanları  daha  çox 
onların evlərinə yaxın yerdə baş verən hadisələr maraqlandırır. Məsələn, 
azərbaycanlılar  üçün,  ilk  növbədə,  respublikada,  sonra  Qafqazda  və 
MDB-də,  daha  sonra  Qərbdə  baş  verən  hadisələr  önəmli  olduğu  halda, 
sıravi  amerikalı  üçün  öz  ştatında,  sonra  qonşu  ştatda  və  ölkədə,  daha 
sonra  Avropada  baş  verən  hadisələr  maraqlıdır.  ndoneziyada  quş 
qripindən  ölüm  halının  qeydə  alınması  Azərbaycan  mətbuatında 
gündəmə  çıxarılan  bir  nömrəli  xəbər  olmadığı  halda,  Türkiyədə  və 
Gürcüstanda  eyni  hadisədən  insanlar  həyatlarını  dəyişəndə  bu, 
Azərbaycan mətbuatında bir nömrəli xəbərə çevrildi.   
Sorğu 1. Azərbaycan milli mətbuatının xəbər prioritetləri
4

 
Ayna-
Zerkalo 
Exo 
GÜN 
səhə
525-ci 
qəzet 
Yeni 
Azərbaycan  
Azadlıq 
Zamanlı 
Yenilik 
Yenilik 
Təsirli 
Yenilik 
Təsirli 
Yenilik 
Təsirli  
Sanballı 
Zamanlı 
Zamanlı 
Münaqişəli 
Təsirli 
Zamanlı 
Təsirli 
Münaqişəli 
Sanballı 
Sanballı 
Sanballı 
Sanballı 
Zamanlı 
Yenilik 
Yaxınlıq 
Yenilik 
Münaqişəli  Münaqişəli  Münaqişəli 
Sanballı 
Təsirli 
Zamanlı 
Yaxınlıq 
Yaxınlıq 
Yaxınlıq 
Yaxınlıq 
Münaqişəli 
Yaxınlıq 
 
Qaynar,  sti və Soyuq xəbərlə
 
Xəbərləri  yuxarıdakı  dəyərlərlə  qiymətləndirəndə,  yəni  universal 
xəbər  arşınının  universal  parametrləri  ilə  ölçəndə  məlum  olur ki,  Xəbərdən 
Xəbərə fərq var. Bu fərqi emosional səviyyədə duymaq çətin deyil.  
                                                  
4
 Sorğu 2006-cı ilin avqust-sentyabr aylarında keçirilib.  


 
“Exo”  qəzetinin  eyni  sayında  dərc  edilmiş  xəbərləri  emosional 
çalarlarına görə müqayisə edək.  
Bakı – Tbilisi – Ceyhan  neft kəmərinin rəsmi açılışı olub.  
Gürcüstan-Azərbaycan sərhədində zəlzələ baş verib.    
Tərəvəzin qiyməti 50 % qalxıb.  
 
Hansı xəbər daha çox narahatlıq doğurur, yaxud daha artıq emosional 
gərginlik yaradır?  
 
1-ci xəbər təntənəli rəsmi törəndir. O, xeyli vaxt idi ki, planlaşdırılırdı. 
Törən  zamanı  qeyri-adi  bir  hadisə  baş  verməyib.  Bizi  törənlə  bağlı 
ilgiləndirən əsas sual budur: Necə?  
 
2-ci  xəbər  gözlənilməzdir.  Zəlzələnin  baş  verdiyi  ərazi  bizə  coğrafi 
cəhətdən  yaxın  olmaqla  yanaşı,  hadisə  Bakı  –  Tbilisi  –  Ceyhan    neft 
kəmərinin  rəsmi  açılışı  gününə  təsadüf  edir.  Bizi  maraqlandıran  sualların 
sayı artır: Nə zaman? Harada? Necə?  
 
3-cü 
xəbər 
planlanmasa 
da, 
iqtisadiyyatdakı 
tendensiyalar 
bahalaşmanın  davamlı  olacağından  xəbər  verir.  Burada  maraq  doğuran  iki 
sual var “Niyə ?”  və “Bunun sonu necə görünür ?”  
 
Əgər  xəbərlərin  hisslərimizə  təsirini  hərarətölçənlə  ölçsə  idik, 
görəsən,  nə  alınardı?  Hərarətölçənin  civəsi  necə  dəyişərdi?  Hərarət 
məsələsini  ortaya  atmağımız  təsadüfi  deyil.  Çünki  peşəkar  xəbərçilikdə 
xəbərləri çeşidləyəndə, onları rənginə, xoş ya bəd olmasına görə deyil, məhz 
“hərarətinə” görə iki qismə ayırırlar:  sti xəbərlərə və Soyuq xəbərlərə. Qərb 
jurnalistikasında  terminologiya  uyğun  olaraq  belə  səslənir  –  “hard    news”, 
“soft  news”  .    Hərfi  tərcümədə  “ağır  xəbər”  (“hard  rok”  –  “ağır  rok” 
ifadəsini  xatırlayın)  kimi  səslənsə  də,  daha  çox  isti  xəbər  anlamına  gələn 
“hard  news”  gözlənilməz  və  önəmli  hadisələr  barəsindədir:  yanğın,  sel, 
görkəmli  şəxsiyyətin  ölümü,  yaxud  prezidentin  xalqa  müraciəti.  Qərb 


jurnalistikasında  “breaking news” (hərfi tərcümədə - “qıran, sındıran xəbər” 
anlamına  gələn,  azərbaycancaya  tərcümədə  daha  çox  “qaynar  xəbər” 
mənasını  verən)  təsnifatına  da  üstünlük  verilir.  “Breaking  news”  da 
gözlənilməz,    planlaşdırılmayan  olay  haqqındadır.  Bəzən  bu  olay 
planlaşdırılmış  başqa  bir  hadisənin  içində  baş  verir.  Məsələn,  Prezident 
Kennedinin  qətli.  ABŞ  Prezidenti  səfər  zamanı  öldürülmüşdü.  Və  yaxud 
Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  1994-cü  ilin  sentyabrında  ABŞ-a 
səfəri zamanı Azərbaycan Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov və 
Prezident  yanında  Xüsusi  darənin  rəisi  Şəmsi  Rəhimov  qətlə  yetirilmişdi. 
Bu hadisə və Prezidentin terrorla bağlı səfər zamanı verdiyi bəyanat qaynar 
xəbər idi.  
 
Qərb  jurnalistika  məktəbi  Qaynar  və  sti  xəbərləri  bir-birindən 
fərqləndirən  dəqiq  sərhədi  müəyyən  etməkdə  çətinlik  çəkir.  Daha  ümumi 
səslənən  “hard  news”  –  isti  xəbər  termininə  üstünlük  verir.  stər  “qaynar” 
adlansın, istər “isti”, bu xəbər önəmli, gözlənilməz, son hadisə barəsindədir. 
Və  o,  altı  əsas  suala  cavab  verir.  Kim?  ,  Nə?  ,  Harada?  ,  Nə  zaman?  , 
Niyə? , Necə?  
 
Yuxarıdakı misallarda “Bakı – Tbilisi – Ceyhan neft kəmərinin rəsmi 
açılışı  olub”  və  “Gürcüstan-Azərbaycan  sərhədində  zəlzələ  baş  verib” 
xəbərləri isti xəbərlərdir. Gürcüstan-Azərbaycan sərhədində zəlzələ xəbərinə 
gəldikdə  isə  onun  gözlənilmədən  baş  verməsi  bu  hadisənin  “hərarətini” 
yüksəltsə  də,  təkanların  gücünün  zəif  olması,  bir  sözlə,  zəlzələnin  heç  bir 
fəlakətə  gətirib  çıxarmaması  bu  xəbərin  qaynar  yox,  isti  xəbər  kimi 
çeşidlənməsini şərtləndirir.  Bu xəbər o  zaman  qaynar xəbərə  çevrilə  bilərdi 
ki, zəlzələ zamanı Bakı – Tbilisi – Ceyhan neft kəmərinə hər hansı bir ziyan 
dəyə, ya da kəmərdə nasazlıq yarana idi. Həmin halda xəbər qaynar xəbərə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə