Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   4   5   6   7   8   9   10   11   ...   71

çevrilməklə  qəzetin  xəbər  lentinin  ardıcıllığını  kəsər  və  ingiliscə  səslənən 
adını doğruldardı: “breaking”, yəni kəsən.  
 
Hərfi  tərcümədə  “sakit,  mülayim  xəbər”  kimi  səslənən,    daha  çox 
“soyuq  xəbər”  mənasına  uyğun  gələn  “soft  news”  artıq  baş  vermiş  olay 
haqqında  yeni  bilgilərin  açıqlandığı,  daha  çox  mənbəyə  əsaslanan,  olay 
haqqında  əvvəlki  informasiyaları  xatırladaraq,  əsasən,  “Necə  ?”  sualına 
cavab  axtaran,  hisslər  soyuduqdan  sonra  yazılmış  daha  geniş  xəbərdir. 
Tərəvəzin qiyməti 50 % qalxıb” xəbəri soyuq xəbərdir.  
Aşağıdakı isti və soyuq xəbər nümunələrinə göz yetirək. 
Örnək 3. Gediş haqları donduruldu. Cəsur, “Ayna”,  6 may 2006. 
          Dünəndən  etibarən  şəhərdaxili  nəqliyyatda  gediş  haqlarının  süni 
şəkildə  artırılması  dayandırılıb.  Marşrutların  hərəkət  etdiyi  xətt  "sahib"ləri 
ilə  Nəqliyyat  Nazirliyinin  nümayəndələri  arasında  keçirilən  görüşdə  bu 
istiqamətdə razılıq əldə edilib.          
         "Ayna"ya  daxil  olan  məlumatlara  görə,  bundan  sonra  Nəqliyyat 
Nazirliyinin nümayəndələri hazırda marşrutlarda mövcud olan qanuni gediş 
haqlarının  gerçəkliyə  cavab  verib-verməməsi  ilə  bağlı  araşdırmalar 
aparacaqlar.  Məhz  bundan  sonra  qiymətin  rəsmən  artırılıb-artırılmaması 
barədə yekun qərara gəlinəcək. 
        Qeyd  edək  ki,  son  vaxtlar  şəhərdaxili  nəqliyyatda  gediş  haqları 
qanunsuz  olaraq  500  manatdan  1000  manata,  1000  manatdan  isə  1500 
manata qədər artırılıb. 
 
Örnək  4.  Bir  günlük  bayram,  yaxud  “Sumqayıt  blüzü”.  A.Bəşirli, 
“Günay”, 13 yanvar 1998. 
         “Əgər imkanınız olsa idi, hara səyahət edərdiniz ?” Bu sualı ingilis dili 


müəllimimiz  verirdi.  Təxəyyülümüz  coşurdu:  Çin,  taliya,  Amerika... 
Arzuların  bu  şirin  yerində  ömrünün  dördüncü  ilini  Bakıda  yaşayan  və  bizə 
yaxından bələd olan əcnəbi yarızarafat-yarıciddi soruşurdu: “Bəs Sumqayıta 
necə  ?”  “Pis  dostlarla  Amerikaya  getməkdənsə,  yaxşı  dostlarla  Sumqayıta 
getmək yaxşıdır”, - cavabını verəndə ağlıma da gəlməzdi ki... 
           Yanvarın  9-da  Sumqayıta  gedəsi  olduq.  Özü  də  amerikalılarla.  Bu, 
pianoçu  Con  Fergüsonun  və  saksafonçu  Pol  Viheycin  Bakıya  ikinci  gəlişi 
idi.  Onlar  həyatlarında  ilk  dəfə  qaçqınlar  üçün  konsert  verməyi  qərara 
almışdılar. 
           Musiqiçiləri  Amerikanın  Azərbaycandakı  səfirliyi,  Danimarkanın 
qaçqınlar  üzrə  şurası  və  BMT-nin  Qaçqınların  işi  üzrə  Ali  Komissarlığı 
dəstəkləyirdi. 
           Nərimanov adına mədəniyyət evinin soyuq zalı... Narahat baxışlı, bir 
yerdə  qərar  tuta  bilməyən  məktəbli  qaçqınlar,  şən  və  gülərüz  Con  ilə  Pol... 
Onlar üzlərini uşaqlara tutub iddia edirdilər ki, saksafon insana ən yaxın olan 
musiqi alətidir. Çünki onun səsi insanın səsinə bənzəyir. Elə bu vaxt işıqlar 
sönür və Polun əlacı bircə ona qalır ki, bir melodiya çalıb dediklərini sübut 
etsin.  Zal    canlanır.  ndi  Polun  saksafonu  insan  kimi  gülür.  O,  uşaqlardan 
xahiş edir ki, ingiliscə dördə qədər sayıb, dörd dəfə saksafonu güldürsünlər. 
Uşaqlar  10  dəfə  sayırlar.  Həyat  bu  balacaların  sevinc  və  gülüş  payını 
əllərindən alsa da, onlar saksafonu güldürməkdə xəsislik etmirlər.  
             şıqlar  yanır.  Pol  təzə  dostlarını  səhnəyə  çağırır.  Onlar  konsertdən 
əvvəl  tanış  olublar.  Tar  çalınır.  Gerşvini  Azərbaycan  xalq  mahnıları  əvəz 
edir.  Con  uşaqları  bir-bir  piano  arxasına  dəvət  edir,  indi  isə  hamı  birlikdə 
çalır. Pol bu qəribə musiqi nömrəsinin adını elan edir: “Sumqayıt blüzü”. 
            “Sumqayıt  blüzü”.  Bu  blüzü  ancaq  Pol,  Con,  bir  də  qaçqın  uşaqlar 


çala bilərdilər. Yer üzündə bundan kədərli melodiya ola bilməzdi. Böyüklər 
göz  yaşlarını  gizlətmirdilər.  Kiçik  ömürlərinin  çoxunu  qaçqınlıqda  keçirən, 
göz  yaşına  öyrəncəli  bu  uşaqlarsa  daha  çox  şey  görmək,  daha  çox  şey 
eşitmək  arzusunda  idilər.  Bu,  onların  xoşbəxt  günü  idi.  Bundan  sevincli, 
bundan kədərli blüz ola bilərdimi? Ömrünün 45 ilini müəllimlik etmiş, indi 
də  qaçqın  məktəbində  dərs  deyən  Cəmil  müəllim  Horadizdə  yanıb  külə 
dönmüş  evini  bu  blüzün  sədaları  altında  bir  daha  xatırlayırdı.  Məktəbin 
soyuğundan,  işıqların  tez-tez  keçməsindən,  dörd  aydan  bəri  pensiya 
almamasından gileylənirdi. Sonra da bir bayatı çağırıb “dünyanın malı gəldi-
gedərdi”, - deyib təsəlli axtarırdı Cəmil müəllim. 
            Mən  də  təsəlli  axtarıram.  Salona  baxıram.  Füzuli,  Şuşa,  Qubadlı, 
Zəngilan  qaçqınları.  “Şuşa  getdi”,  “Füzuli  getdi”  dediyimiz  günləri 
xatırlayıram. Azərbaycanı qarış-qarış itirirdik, amma Azərbaycan əldən getdi 
demirdik. Dörd ildir ki, nə Zəngilan var, nə  Füzuli, nə Şuşa, nə Qubadlı, nə 
Laçın. Dörd ildir ki, qaçqınlıq var. Özü də təkcə bu salondakılar üçün yox, 
hamımız üçün. 
             Uzaq Amerikadan Pol ilə Con gəlmişdilər. Onlar özləri ilə nə çörək, 
nə  dərman  gətirmişdilər.  Onlar  buraya  dünyanın  ən  kədərli  mahnısını 
çalmağa  gəlmişdilər.  Sən  demə,  ən  kədərli  mahnı  ilə  də  xoşbəxt  olmaq 
olarmış. Sən demə, xoşbəxtlik yer üzünə amerikalı, ya azərbaycanlı, varlı, ya 
kasıb, qaçqın, ya qeyri-qaçqın kimi gəlməkdə deyilmiş. Xoşbəxtlik bir-birini 
anlamaqda  imiş.  “Sumqayıt  blüzü”  anlaşma  idi.  Onu  ayrılıqda  nə  Pol,  nə 
Con, nə uşaqlar, nə də qeyri-qaçqınlar yaza bilərdilər. Bu blüzün müəllifi biz 
hamımız idik. Və  bu blüz bir həqiqəti pıçıldayır: “Əgər məni qələbə marşına 
dəyişmək istəyirsinizsə, onun da müəllifi siz hamınız olmalısınız”, - deyirdi.  
 
Kimin üçün yazırıq? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə