Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   2   3   4   5   6   7   8   9   ...   71

 
FƏS L 1. XƏBƏR AXTARIŞINDA 
 
 
 
 
 
Mən əvvəlcə tapıram, sonra axtarıram.  
 
 
 
 
 
 
 
 
 
P. Pikasso 
 
Bu fəsildə  
açıqlanacaq suallar: 

 
Xəbər nədir? 

 
Xəbərin elementləri  
hansılardır? 

 
Xəbəri necə 
dəyərləndirməli? 

 
Auditoriya nə üçün 
önəmlidir? 
 
 
 
100 il əvvəl redaktorlar Xəbər barədə belə deyirdilər... 
 
“ t  insanı  qaparsa,  bu,  xəbər  deyil.  nsan  iti  qaparsa,  bu,  xəbərdir. 
Əlbəttə, qələmə alınanda”. 
Con B. Boqart, 
“Nyu York San”qəzetinin şəhər redaktoru 
 
“Mənə  orijinal,  fərqli,  dramatik,  romantik,  sarsıdıcı,  unikal,  maraqlı, 
qeyri-adi, duzlu, dildən-dilə gəzə biləcək xəbərlər gətirin”. 
                                   Cozef Pulitzer,  
“Nyu York Völd” qəzetinin naşıri 
 
  
 
Olayı xəbər edən nədir? 
 
 
Bir-birimizlə  görüşərkən  salamdan  sonra  ən  çox  soruşduğumuz  sual 
“Nə var, nə yox ?”dur. Cavabdan razı qalmayanda qayıdıb təkrar soruşuruq: 


Təzə  nə  var,  nə  yox  ?”  Bir  sözlə,  biz  olay  axtarışındayıq.  Olay  “ol” 
sözündəndir, yəni yoxdan var olan. 
 
Elə olayın məkanı da var ilə yoxun arasındadır, daha doğrusu, yox ilə 
varın  arasında.  Olay  məhz  bu  məkanda  meydana  çıxan  yenilikdir.  Sadəcə, 
“Biri  var  idi,  biri  yox  idi”  deyəndə  bu  yeni  bilgi  nağıla,  “Sabah 
respublikamızın  əksər  bölgələrində  havanın  yağmurlu  olacağı  gözlənilir” 
deyəndə bu, hava haqqında təxminə, “Bu gün Bakıda yerli vaxtla saat 12:00-
da metronun “Bakı Soveti” stansiyasında qəza baş vermişdir” deyəndə isə bu 
olay Xəbərə çevrilir.  
 
Xəbər olaydır. Amma hər olay xəbər deyil. Elə buna görə də istənilən 
olayın  xəbərə  yararlığını  aydınlaşdırana  qədər  redaktorlardan  tez-tez  bu 
sözləri  eşitməli  oluruq:  “Mənə  nağıl  söyləmə”,  “Bunu  balaca  uşaq  da  bilir, 
hətta “Hə, nə olsun ki?” 
 
Elə  isə  olayı  Xəbər  edən  nədir?  nformasiya  nə  zaman  Xəbərə 
çevrilir?  
 
Üçölçülü Xəbə
 
  stənilən olayın Xəbər ola biləcəyini yoxlamaq üçün üç əsas parametr 
mövcuddur. 
1.
 
Aidlik  və  ünvanlılıq.  nformasiyanı  alarkən  özünüzdən  soruşun:  “Bu 
informasiyanın  əhəmiyyəti  nədir?  O,  oxucuya  aiddirmi,  oxucuya 
ünvanlanıbmı?  Bu  xəbəri  mənim  oxucuma  çatdırmaq  lazımdırmı  ?” 
Məşhur  jurnalist  Nəriman  Zeynalov  deyirdi  ki,  xəbər  auditoriyaya 
hesablanmalıdır.  Həqiqətən  də,    Argentinada  prezident  seçkisinin 
nəticələri öz-özlüyündə mühüm xəbər olsa da, Azərbaycan oxucusu üçün 
yerli bələdiyyələrə seçkilərin nəticələri barədə xəbər bundan daha önəmli 


ola  bilər.  Çünki  Azərbaycanda  baş  verən  hadisələr  Azərbaycan 
oxucusunu  daha  çox  maraqlandırır.  Beləliklə,  Argentinada  prezident 
seçkisi  xəbərini  argentinalılara,  Azərbaycanda  bələdiyyə  seçkilərinin 
nəticələri xəbərini isə azərbaycanlılara ünvanlamaq daha düzgündür. 
2.
 
Lazımlılıq.  Bu  informasiya  lüzumludurmu,  yaxud  o,  oxucuya  nə  verir? 
Oxucu  informasiyadan  yararlana  bilirmi?  Bu  xəbər  ona  qərar  verməkdə 
yardımçı ola bilirmi? Argentinada kimin prezident seçilməsi Azərbaycan 
oxucusunun  qərarlarına  təsir  etmir,  amma  Ceyranbatan  bələdiyyəsinə 
kimlərin  seçilməsi  bu  rayonun  sakinlərinin  qəbul  edəcəyi  qərarlar  üçün 
önəmlidir.  
3.
 
Maraqlılıq.  Xəbərin  maraqlı  olması  yuxarıdakı  iki  parametrin 
varlığından  doğur.  Əgər  hadisə  oxucuya  hesablanmış  və  lazımlıdırsa, 
onda o, maraq doğurmalıdır.  
 
Aşağıdakı  xəbərin  bu  parametrlərə  nə  dərəcədə  cavab  verdiyini 
birlikdə aydınlaşdıraq.  
Örnək  1.  Qəbul  imtahanlarının  vaxtı  açıqlandı.  Bu  il  imtahanlarda 
105537 abituriyent iştirak edəcək. R. Manaflı, “EXO”, 14 iyul 2006. 
 
Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası  (TQDK)  Azərbaycanın  ali 
məktəblərinə qəbul imtahanlarının vaxtını açıqlayıb. Dövlət Komissiyasının 
ictimaiyyətlə  əlaqələr  sektorunun  yaydığı  press-relizə  əsasən,  imtahanlar  I 
ixtisas  qrupuna  iyulun  29-da,  III  ixtisas  qrupuna  avqustun  3-də,  II  və  V 
ixtisas qruplarına avqustun 8-də, IV ixtisas qrupuna isə avqustun 12-də Bakı 
və Naxçıvanda keçiriləcək.  
 
Ali  hərbi  məktəblərə  və  liseylərə  qəbul  imtahanı  iyulun  29-da 
keçiriləcək.   mtahanda  iştirak  etmək  üçün  abituriyentin  iki  sənədi  – 
mtahana  buraxılış  vərəqəsi  və  Abituriyent  vəsiqəsi  olmalıdır.  TQDK-nın 


press-relizində  bildirilir  ki,  bu  sənədləri  sənəd  qəbulu  komissiyalarından 
(SQK) I qrup iyulun 26-dan 28-dək, III qrup iyulun 31-dən avqustun 2-dək, 
II  və  V  qruplar  avqustun  5-dən  7-dək,  IV  ixtisas  qrupu  isə  avqustun  9-dan 
11-dək saat 9.00-dan 18.00-a kimi ala bilər. 
 
Sənədləri  almaq  üçün  abituriyentlər  şəxsiyyət  vəsiqəsini  və  sənədləri 
verdiklərini  təsdiqləyən  arayışı  təqdim  etməlidirlər.  TQDK  bildirir  ki, 
Abituriyent  vəsiqəsi  xüsusi  holoqramla  qorunur.  Press-relizdə  xəbərdarlıq 
edilir:  “Bu  sənədləri  itirmək  və  ya  korlamaq  olmaz.  Onların  əsli  əvəzinə 
dublikatları  verilmir”. 
mtahana  buraxılış  vərəqəsində  abituriyentlərə 
imtahan verəcəkləri yerin ünvanı və saatı göstəriləcəkdir. 
 
Cavab  kartını  necə  doldurmaq  və  sınaq  zamanı  özünü  necə  aparmaq 
barədə suallara ətraflı cavabları abituriyentlər  mtahana buraxılış vərəqəsi və 
Abituriyent  vəsiqəsi  ilə  birlikdə  pulsuz  alacaqları  “Abituriyentin  yaddaş 
kitabçası”ndan tapa bilərlər.  
 
 
ndi isə görək bu xəbər yuxarıdakı üç ölçüyə uyğun gəlir, ya yox. 
1.
 
“Bu  informasiyanın  əhəmiyyəti  nədədir?  O,  kimə  ünvanlanıb  ?” 
Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyasının  açıqlamasından 
göründüyü  kimi,  bu  il  abituriyentlərin  sayı  105537-dir.  Bu  rəqəmə 
onların  ailə  üzvlərini,  müəllimləri  əlavə  etsək,  xəbəri  gözləyənlərin 
sayı bir neçə dəfə artar. Minlərlə insan bu xəbəri oxuyub işlərini plan-
layır.  Demək,  informasiyanın  cəmiyyətə  ünvanlanması  şübhə 
doğurmur.  
2.
 
“Bu  informasiya  oxucuya  nə  verir?  Oxucu  ondan  yararlana 
bilirmi ?”  nformasiyanın yararlılıq dərəcəsini hesablayaq: 1. Qruplar 
üzrə imtahanların keçiriləcəyi vaxt və şəhərlər dəqiq açıqlanır. 2. Ali 
hərbi  məktəblərə  qəbul  imtahanlarının  vaxtı  bildirilir.  3.  mtahana 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə