Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   2   3   4   5   6   7   8   9   ...   71

buraxılış vərəqəsi və Abituriyent vəsiqəsini necə, harada və nə zaman 
almaq  açıqlanır.  4.  mtahana  buraxılış  vərəqəsi,  Abituriyent  vəsiqəsi, 
“Abituriyentin  yaddaş  kitabçası”  barədə  yararlı  informasiya  verilir. 
Sənəd  qəbulu  ilə  bağlı  bir  sıra  vacib  suallar  cavablanır.  Demək, 
informasiyanın yararlılıq dərəcəsi yüksəkdir.  
3.
 
“ nformasiya  maraqlıdırmı  ?”  Bu  xəbəri  gözləyənlər  üçün 
birmənalı  olaraq  maraqlıdır.  Hətta  xəbəri  gözləməyənlər  üçün  belə 
maraqlı  məqamlar  var:  abituriyent  vəsiqəsi  xüsusi  holoqramla 
qorunur, o və  mtahana buraxılış vərəqəsi itsə, yaxud korlansa, onların 
dublikatları verilmir. 
 
Araşdırdığımız  informasiya  xəbərin  dəyərlərinə  cavab  verir.  Demək, 
qəzetdə ona yer ayırmaq olar.  
 
Bəzən  qəzetdə  oxucunun  yararlanmadığı,  amma  ona  maraqlı  gələ 
biləcək xəbərlər də dərc olunur. Aşağıdakı misalda olduğu kimi.  
Örnək  2.  Əkiz  bacılar  –  biri  ağ,  biri  qara,  “GÜN  səhər”,  20-28  aprel 
2006, (ixtisarla). 
            ngiltərənin  Notingem  şəhərində  19  yaşlı  Kayli  və  onun  17  yaşlı  əri 
Reminin  əkiz  qızları  doğulub.  Təbii  ki,  əkizlərin  anadan  olmasında  qəribə 
heç  nə  yoxdu.  Maraqlısı  odur  ki,  uşaqların  dərilərinin  rəngi  müxtəlifdir: 
qızlardan biri ağ bənizli, göy gözlü olduğu halda, onun əkiz bacısı qara qaşlı, 
qara  gözlü  əsl  zənci  balasıdır.  Həkimlərin  dediyinə  görə,  bu  hadisə  gənc 
valideynlərin qarışıq genlərin daşıyıcıları olması ucbatından baş verib. Belə 
ki onların hər ikisinin anaları ağ dərili, ataları isə zəncidir. Əkizlərdən birinə 
ağ  dərili  nənələrinin  genləri  qismət  olub,  digəri  isə  babalarının  rəngini 
götürüb.  
           Uşaqları  ilk  dəfə  analarına göstərəndə  Kayli  gözlərinə  inanmayıb.  O 


indiyə kimi belə maraqlı hadisə ilə üzləşmədiyini deyib.     
 
 
Bu  da  xəbərdir.  Düzdür,  o,  insanların  həyatına,  qəbul  edəcəkləri 
qərarlara birbaşa təsir etmir.  nsanlar ondan yararlanmırlar da. Amma qeyri-
adi olduğu üçün onların diqqətini çəkir. Bu informasiyanın seçilərək xəbərə 
çevrilməsini  şərtləndirən  cəhət  insanın  təbiətidir,  onun  qeyri-adi  hadisələrə 
əbədi marağıdır.  
 
Yuxarıdakı  misalları  ümumiləşdirərək  xəbər  barədə  iki  əsas  nəticəyə 
gəlmək olar: 

 
Xəbər hadisələrin normal axınını pozan, fərqli bir informasiyadır. 

 
Xəbər  insanlara  öz  həyatları  barədə  sağlam  qərarlar  çıxarmağa 
imkan verən informasiyadır.
2
 
 
Xəbərin digər elementləri 
 
Sadalanan  üç  təməl  parametrlə  yanaşı,  xəbərə  verilən  digər  tələblər 
aşağıdakılardır: 

 
Təsirli      –  
Xəbərin  təsir  dairəsi  nə  qədərdir?  Yəni  xəbər  nə  qədər 
insana  təsir göstərə bilər?  “ANS”-in  “Xəbərçi”sinin hər buraxılışının  ilk 
xəbərinin  davamlı  olaraq  cəbhə  xəttindən  verilməsini  şərtləndirən  cəhət 
bu xəbərin təsir dairəsidir.  

 
Zamanlı    –   Xəbər təzə olmalıdır. O, köhnəlibsə, demək, xəbərlikdən 
çıxıb.  “Nyu  York  Tayms”ın  sabiq  redaktoru  Törner  Katlecin  təbirincə 
desək, “Xəbər dünən bilmədiyin, bu günsə bildiyin hər şeydir”.   

 
Münaqişəli        –        Münaqişə  təkcə  xəbərə  deyil,  istənilən  ədəbi 
nümunəyə,  istər  nağıl  olsun,  istər  dram  əsəri,  irəli  sürülən  vacib 
                                                  
2
 Mencher M. News Reporting and Writing. USA, Brown & Benchmark, 1997. p. 58. 


tələblərdən  biridir.  Qruplar  və  insanlar  arasında  narazılıqdan, 
toqquşmadan bəhs edən xəbər daha çox maraq doğurur.  

 
Yenilik        –      Xəbərdə  mütləq  təzə  nəsə  olmalıdır.  Xəbər  təkrar  ola 
bilməz.  “Azadlıq”  qəzetinin  əməkdaşı  Mirzə  Sakit  Bayıl  həbsxanasına 
köçürülüb”  xəbərində  yeni  olan  Mirzə  Sakitin  həbsi  deyil,  onun  Bayıl 
həbsxanasına köçürülməsidir. 

 
Qeyri-adilik      –      Gündəlik  yaşam  tərzini,  cəmiyyətin  qəbul  etdiyi 
normaları,  yazılmış və yazılmamış  qanunları  pozan  bir  hadisə. Məsələn, 
paytaxtın  mərkəzində  göydələn  ucaltmaq  üçün  qədim  yaşayış 
binalarından  biri  sökülür.  Bu  binadan  köçürülən  sakinlərdən  biri 
kompensasiyanın  az  olması  barədə  məhkəməyə  iddia  ərizəsi  verir  və 
onun iddiası təmin edilir.   

 
Sanballı    –   Xəbəri xəbər edən insanlar, özü də məşhur insanlardır. Adi 
insanlar deyil, məhz məşhurlar xəbərin çəkisini artırır. Bir sözlə, xəbərin 
çəkisi  insanların  çəkisi  ilə  düz  mütənasibdir.  Məsələn,  paytaxt 
küçələrində  natəmizlik,  polietilen  torbaların  uçuşması  adi  sakinlər  üçün 
adi  hadisəyə  çevrildiyi  halda,  Prezident  lham  Əliyev:  “Özüm  gedirəm, 
vəziyyətlə  tanış  oluram  və  bəzi  hallarda  görürəm  ki,  ora  zibilxana,  bura 
zibilxana,  magistral  yolların  sağında,  solunda  polietilen  torbalar.  Bu, 
dəhşətli bir mənzərədir”, - deyəndə bu, xəbərə çevrilir. 
3
 

 
Dövrilik    –    Barəsində zaman-zaman danışılan, xəbər dövriyyəsindən 
çıxmayan  xəbərlər.  Onlar  haqqında  hər  gün  danışılmasa  da,  mövzu 
vaxtaşırı  yada  salınır.  Məsələn,  ermənilərin  işğal  olunmuş  ərazilərdə 
törətdikləri  cinayətlər.  Atəşkəsdən  sonrakı  dövrdə  tarixi  abidələrin 
məhvi,  bu  ərazinin  narkotiklərin  yetişdirildiyi  zonaya  və  mütəşəkkil 
                                                  
3
 Gün (səhər) , 8-14 iyul, 2006-cı il. M. Qasxanlı. Konsul olayı niyə indi? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə