Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   11   12   13   14   15   16   17   18   ...   71

  
 Bəs bu həqiqətin özünə necə çatmalı? Obyektivliyə necə nail olmalı? 
Resept  çox  sadədir:  faktı  rəydən  ayırmalı.  Nə  qədər  asan  görünsə  də,  ona 
əməl etmək, son nəticədə obyektiv olmaq bir o qədər çətindir. 
 
Elə buna görə də jurnalistikada obyektivlik həqiqətin özü qədər əzəli, 
əbədi, əlçatmaz, hər zaman dildədir.  
 
Yeni jurnalistika 
 
Ötən  əsrin  60-cı  illərində  obyektivlik  yenidən  mübahisə  mövzusuna 
çevrildi.  Səbəb  medianın  Vyetnam  müharibəsinin  sonlarında  Amerika 
ictimai  rəyinə  təsiri  idi.  Bu  illərdə  jurnalistikanın  cəmiyyətdə  hansı  rolu 
oynaması  elmi  mübahisələrin  mərkəzində  durur.  Nəticədə  “Yeni 
jurnalistika”  anlayışı  yaranır.  Yeni  jurnalistikanın  tərəfdarları  ənənəvi 
jurnalistikadan  imtina  edərək  belə  bir  iddiada  bulunurdular  ki,  jurnalistlər 
rəsmi  informasiya  kanalı  rolunu  oynadıqları  üçün  söz  azadlığını  həyata 
keçirə  bilməzlər.  Yeni  jurnalistikanın  hadisələrə  yanaşma  tərzini  müvəkkil 
və müxalif jurnalistika bölüşürdü.  

 
Müvəkkil  jurnalistikanın  tərəfdarları  obyektivliyin  əlçatmaz 
olduğunu söyləyir, həmkarlarını obyektivliyə cəhd göstərməkdən belə 
çəkindirirlər. CNN reportyoru Kristin Amanpur müvəkkil jurnalistika-
nı  belə  izah  edir:  “Obyektivliyin  klassik təyinatı neytrallıq deməkdir. 
Bir sıra hallarda neytrallıq göstərmək şərə müttəfiqlik etməyə bərabər 
tutula bilər”.
19
 

 
Müxalif jurnalistika siyasi lider və institutlar, xüsusilə də prezident-
liklə daim müxalifətdədir. Müxalif jurnalistika mətbuatın muxtariyyəti 
məsələsini  gündəmə  çıxardığı  üçün  Amerika  jurnalistikasında  özünə 
xeyli ardıcıl tapsa da, bir müddətdən sonra o,  elə jurnalistlərin özləri-
                                                  
19 Ricchairdi S. “Over the Line?” // American Journalism Review, 1996, V.18, p. 28.. 


nin tənqidinə məruz qaldı. Amerika Qəzet Redaktorları Cəmiyyətinin 
sədri M.O’Nil 1982-ci ildə bu cərəyana münasibətini bildirərək yazır-
dı: “Biz hökumətlə sülh bağlamalıyıq. Biz düşmən olmamalıyıq... Biz 
iştirakçı və əbədi müxalifət deyil, müşahidəçi olmalıyıq”.
20
 
 
Ötən  əsrin  sonlarında  jurnalistikaya  baxışlar  yenidən  dəyişməyə 
başladı.  Bu  dəfə  mübahisələrin  mərkəzində  bir məsələ  dururdu:  jurnalistika 
sağlam demokratiyanın varlığı üçün nə dərəcədə önəmlidir. “ ctimai” və ya 
“Sivil  jurnalistika”  adlanan  bu  ən  yeni  jurnalistika  iki  ideya  üzərində  quru-
lub.  Birincisi,  cəmiyyətdə  demokratiya  lazım  olduğu  səviyyədə  deyil. 
kincisi, jurnalistika bu məsələnin həllində məsuldur, o, nəsə etməlidir. 

 
ctimai və ya sivil jurnalistikanı ənənəvi jurnalistikadan fərqləndirən 
iki  əsas  cəhət  var.  Sivil  jurnalistikaya  görə,  ictimai  həyat  öz  sözünü 
deməlidir. Onun varlığında, yaşayıb işləməsində jurnalistikanın öz ro-
lu  var.  Ənənəvi  jurnalistikanın  fikrincə,  ictimai  həyatın  mövcudluğu 
gözəl  olsa  da,  onun  yaşaması  üçün  jurnalistlərin  cəhd  göstərmələrini  
düşünmək  belə təhlükəlidir.  Sivil  jurnalistika düşünür ki,  cəmiyyətdə 
nəsə mühüm bir dəyişiklik baş verməlidir, çünki jurnalistika hal-hazır-
da işləmir. Ənənəvi jurnalistika fərqli düşünür: jurnalistikanın ənənə-
ləri gözəldir. Yalnız təcrübənin bir qədər təkmilləşməyə ehtiyacı var.
21
   
   
Bəs müasir Azərbaycan jurnalistikasının inkişaf meylləri hansılardır? 
 
                                                  
20 Davis R. The Press and American Politics: the New Mediator. New Jersey: Prentice Hall, 1998, 358 p. 
79.  
21
 Brooks S.B., Kennedy G., Moen R.Daryl, Ranly D. News Reporting and Writing., NY, 
Bedford/St.Martin’s, 2002. p. 11. 


 
Təcrübəni bölüşənlər  
          Elçin  Şıxlı  (1957)  Dillər  Universitetini  bitirib.  Peşəkar  jurnalist 
fəaliyyətinə 
1989-cu 
ildə
başlayıb. 
“Ayna”–“Zerkalo” 
qəzetinin 
yaradıcılarındandır.  2001-ci  ildən  bu  qəzetin  baş  redaktoru,  2006-cı  ildə
Azərbaycan  Jurnalistlər  Birliyinin  sədridir.  E.  Şıxlı  müasir  Azərbaycan 
mətbuatının inkişaf meylləri barədə mülahizələrini bölüşür: 
        Müasir  Azərbaycan  mətbuatının  inkişaf  meylləri  haqqında  söz  açmaq 
üçün ilk növbədə onun kəmiyyət göstəricilərinə nəzər salmaq lazımdır. Hal-
hazırda  Azərbaycanda  3  mindən  artıq  K V  qeydə  alınmışdır.  8  milyonluq 
Azərbaycan üçün bu rəqəmin çox olduğunu söyləsək, zənnimcə, yanılmarıq.  
Bununla  yanaşı,  onu  da  söyləmək  olar  ki,  bu  qədər  çap  məhsulunun  varlığı 
ölkədə  fikir  rəngarəngliyi  və  plüralizminə  dəlalət  edir.  Bu  fikrin  nə  qədər 
doğru olub-olmamasını qəbul etmək üçün müəyyən araşdırmalar və müqayi-
sələrə müraciət etmək lazım gələcək.  
        Gəlin  “Azərbaycan  mətbuatı  nədir  ?”  sualına  cavab  vermək  üçün  onun 
təqribi  təsnifatını  aparmağa  cəhd  edək.  Zənnimcə,  müasir  mətbuatımızı  bir 
neçə  qrupa  ayırmaq  mümkündür.  Əvvəlcə  mətbu  orqanları  müstəqil  və 
qeyri-müstəqil qruplara bölək. Müstəqil deyəndə heç kimdən iqtisadi və ide-
oloji cəhətdən asılı olmayan nəşrlər nəzərdə tutulur. Belələri barmaqla sayıla-
caq dərəcədə az olsa da, xoşbəxtlikdən hələ tam məhv olub getməyiblər. Bu 
nəşrlərin  əsas  prinsipi  söz  azadlığını  söz  sərbəstliyinə  qurban  verməmək 
şərtilə  fikir  plüralizmini  qoruyub  saxlamaqdır.  Onların  qəzet  işinə  yanaşma 
tərzinin bir özəlliyi də gördükləri işin, sözün əsil mənasında, bir biznes növü 
olduğuna  əminlikdir.  Bu,  bütün  mədəni  ölkələrdə  mövcud  olan  jurnalistika-
nın təməl prinsipidir: söz azadlığı və fikir plüralizmi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə