Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   9   10   11   12   13   14   15   16   ...   71


 
Ailə üzvlərinizin işlədiyi şirkət və təşkilatlar barədə yazmayın.
10
 
 
Yaddaş:  Reportyor daha nələri bilməlidir? 

 
Sərlövhələr.  Sizin  sərlövhədə  xəbərdən  nəyi  seçərək  vurğulamağınız 
qəzetinizin mövqeyinin göstəricisi ola bilər. 

 
Yaxşı maneralar. Jurnalistin özünü necə aparması, tövrü və ədaları onun 
təmsil etdiyi qəzet haqqında rəy yaradır. 

 
Həssaslıq.  Yazıların  sonucları  barədə  düşünün.  Əgər  yazdıqlarınız  adi 
insanların şəxsi həyatına toxuna, təsir edə bilərsə, onda yaxşısı budur ki, 
onu  dərc  etməyin.  Həmişə  bu  tipli  yazılar  yazanda  özünüz-özünüzdən 
soruşun:  bu  hadisənin  qəhrəmanı  mən,  yaxud  mənim  ailə  üzvlərim  olsa 
idi, onun dərcinə çalışardımmı? 

 
Ə
lçatanlıq.  Siz  oxucularınız  üçün  əlçatan  olmalısınız.  Redaktor  və 
jurnalist  öz  imtiyazlarından  istifadə  edərək  oxucudan  gizlənməməli, 
əksinə,  oxucunun  mövqeyi  redaksiyanın  mövqeyi  ilə  düz  gəlməyəndə 
oxucunun fikrinin dərc edilməsinə imkan yaratmalıdır. 

 
Gözətçi  it  funksiyası.  Bilin  ki,  oxucular  öz  qəzetlərini  ümumi  rifahın 
ayıq-sayıq gözətçi iti kimi görmək arzusundadırlar. Onlar ümid edirlər ki, 
qəzet əzilənləri müdafiə edəcək, rəsmilərin səhvlərini yazacaq, bir sözlə, 
adi insanların xidmətində duracaqdır. 

 
Etika.  Xəbərçilər  ən  yüksək  peşə  və  etika  standartlarına  malik 
olmalıdırlar. Bu isə o deməkdir ki, onlar vicdanlı, tərəfsiz, dəqiq, bitkin, 
faktlı, peşəkar və həssas olmalıdırlar
11
  
                                                  
10
 Yaddaş vərəqinin müəllifi Mişel Fulçerdir.  
11
 Yaddaş vərəqinin müəllifi Lawrence K. Beaupredir.      


Reportyora sonuncu öyüd: fikrini dolğun və çatımlı ifadə et.  
 
Reportyorun işinin son məhsulu xəbərdir. Özünü dağa-daşa vurub bir 
yerə  25  yox,  lap  100  dəfə  zəng  etmək  olar.  Amma  fikrinizi  dolaşıq  ifadə 
etmisinizsə,  özünüz öz  zəhmətinizi  yerə vura  bilərsiniz.  Həsən  bəy Zərdabi 
“Müəllim  üçün  qaranlıq  olan  şagird  üçün  zülmətə  çevrilir”,  -  deyirdi.  Bu 
deyimi  jurnalistikaya  aid  etsək:  “Reportyor  üçün  qaranlıq  olan  oxucu  üçün 
zülmətə  çevrilir”,  -  demək  olar.  Yazını  redaktə  edəndə  tez-tez  özünüzdən 
soruşun:  “Bunu  daha  sadə  yazmaq  olarmı?  Yazdığım  azərbaycanca  səslə-
nirmi ?”  
 
Mənasını  bilmədiyiniz  sözlər  üçün  lüğətə  baxın.  Azərbaycan  dilinin 
orfoqrafiya lüğəti, Azərbaycan dilinin izahlı lüğəti, xarici sözlərin izahlı lü-
ğəti,  müxtəlif  sorğu  kitabçaları  sizin  iş  yerinizdə,  əlinizin  altında  olmalıdır. 
Bəzən  jurnalistlər  bu  kimi  dəqiqləşdirmələr  aparmağa  tənbəllik  edir,  köhnə 
biliklərinə  arxalanırlar.  Yaddan  çıxarmayın  ki,  dil  də  canlı  orqanizmdir, 
onun normaları da zaman-zaman dəyişir.  
 
Elə isə dəyişən dünyada dəyişməyən nədir? 
Dəyişən və dəyişməyən xəbərçilik 
 
Cavab üçün gəlin birlikdə “Xəbər bələdçisi”nə (səh.X) nəzər salaq və 
xəbərçiliyin  keçdiyi  yol  barədə  düşünək.  Bu  bələdçidə  xəbərin  və  repor-
tyorların  yerini  tapmağa  çalışaq.  Bələdçidə  Azərbaycan  necə  görünür?  Siz 
özünüz bələdçiyə nələri əlavə edərdiniz? Xəbərçilik tarixində dəyişən və də-
yişməyən nədir? Sizcə, bu tarix hara doğru gedir? 
  
lk peşəkarlar 
 
nsanın  xəbərə  ehtiyacının  tarixi  az  qala  insanlığın  yaşı  ilə  üst-üstə 
düşsə də, reportyorluğun fəaliyyət növü kimi yaşı çox azdır. Cəmisi iki əsr. 


Jurnalistika  tarixinə  məlum  ilk  reportyor  Londonun  “Morninq  Herald”  qə-
zetinin əməkdaşı Con Uaytdır. O, 1823-cü ildə məhkəmədən yazdığı adi in-
sanlar barədə adi reportajlarla uğur qazanır. Bir neçə ildən sonra qəzetin ti-
rajı 1200-dən 8000-ə qalxır, “Morninq Herald” “Tayms”dan sonra oxunan 
ikinci qəzet olur.  lk reportyor Con Uayt yaxşı pul qazanaraq qəzetin sahib-
lərindən birinə çevrilir. 
 
1830-cu  illərdə  ABŞ  qəzetlərində  reportyor,  50-ci  illərdə  baş  report-
yor vəzifəsi yaranır. 1854-cü ildə “Nyu York Tribun” qəzetinin 14 reportyo-
ru və 10 redaktoru vardı.  
 
Amerika – Azərbaycan: təcrübələrin müqayisəsi, XIX əsr 
 
1870-ci  ildən  etibarən  ABŞ  qəzetlərində  ixtisaslaşma  başladı.  craçı  redak-
tor,  şəhər  redaktoru,  teleqraf  xəbərləri  redaktoru,  biznes  redaktorları,  dram 
tənqidçiləri, ədəbi redaktorlar və köşə yazarları qəzetin ştatında yer aldılar... 
Bir  qədər  sonra  reportyorlar  arasında  qadınlar  da  göründü.  Ceyn  Qrey 
Svishelm Senatdan yazan ilk qadın jurnalist idi.
12
 
1875-ci  ildə  Həsən  bəy  Zərdabi  “Əkinçi”ni  təkbaşına  çıxarırdı.  Qəzetin 
mürəttibi  Minasov  ömründə  qəzet  işi  görmədiyindən  Həsən  bəy  özü  yazır, 
ona  hərfləri  düzməyə  kömək  edir,  səhvləri  düzəldirdi.  Onun  əvvəlinci 
köməkçiləri şagirdləri idi. Onlar yazmaqdan savayı, qəzeti müftə paylamağa, 
poçta verməyə də kömək edirdilər
13
.   
__________________________________________________________ 
Amerika – Azərbaycan: təcrübələrin müqayisəsi, XIX əsr 
 
 
                                                  
12 
Adee K.W., Ault H. Phillip, Emery E. Reporting and Writing News, NY, Harper & Row, 1983. p.15 
13
  Zərdabi  H.  Rusiyada  əvvəlinci  türk  qəzeti  /  Hənifə  xanım  Məlikova-Abayevanın  xatirələri.  Bakı, 
Adiloğlu, 2005. s.15.
   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə