Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   14   15   16   17   18   19   20   21   ...   71


 
Yazarkən  münasibət,  rəy  bildirən  istehzalı  və  kinayəli 
sözlərdən, ifadələrdən çəkinin. Xüsusən təyinlərin seçilməsində 
ehtiyatlı olun. 

 
Xəbər  siyasəti  qərəzsiz  olmalıdır.    Reklamverənləri,  icmanın 
tanınmış  nümayəndələrini,  maraq  və  təzyiq  qruplarını  müdafiə 
etməyin.  

 
Yadda  saxlayın  ki,  sizin  işiniz  xəbər  verməkdir.  Müvəkkillik 
rəy səhifələrinin işidir.  

 
Rəylər fərqləndirilməlidir.  

 
Xəbər  yazanlarla  baş  məqalə  yazanlar  fərqli  müxbirlər 
olmalıdırlar. 

 
Xəbər  yazanlar  reklam  verənlərdən,  qəzetin  borclu  olduğu 
insanlardan bir köynək uzaqda durmalıdırlar
23
  
 
5.
 
Qərəzsizlik 
Vicdanının  səsini  eşidib,  fərqli  baxışlara  göz  yummamaq  üçün 
jurnalist  hər  şeydən  öncə,  qərəzsiz  olmalıdır.  Qərəzsizlik  jurnalistin  şəxsi 
rəğbətini  və  nifrətini  bir  kənara  qoyması,  onları  nəzarətdə  saxlamasıdır. 
Bunun  üçün  jurnalist  peşəkar  kimi  deyil,  bir  insan  kimi  ona  xas  bütün 
subyektiv  yaşantıları:  öz  maraqlarını,  inanclarını,  meyllərini  anlamalıdır.  
Yalnız  bu  meylləri  anladıqda  və  nəzarətdə  saxladıqda  jurnalist  həqiqətə 
sayğı göstərə, vicdanlı və açıqfikirli, yəni qərəzsiz  ola bilər.  
 
 
Çalışmalar: 
                                                  
23
 Handbook for Journalists / Edited by Malcolm F. Mallette. World Press Freedom Committee, 1990. p. 
63-64.  


1.
 
Xəbəri Rəydən ayırın:  
Ə
biyevlə Piriyev arasında fikir ayrılığı? C. Sümərinli, “Ayna”,  
27 aprel 2006 
Müdafiə Nazirliyinin generalları Ali Hərbi Məktəbdə keçirilə
konfransa qatılmadılar 
Dünən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) 
"Gənc zabit kadrların hazırlığının aktual problemləri" mövzusunda elmi-
praktik konfrans keçirilib. Tədbirdə çıxış edən AAHM-in rəisi general-
mayor Heydər Piriyev zabit kadrların hazırlanmasında qarşıda duran 
vəzifələrdən, gənc zabitlərin komandir-lider kimi yetişmələrinin 
əhəmiyyətindən, hərbi elmi-tədqiqat işlərinin vacibliyindən söz açıb. 
Daha sonra eyni mövzunu məktəb rəisinin tədris işləri üzrə müavini - 
şöbə rəisi polkovnik Vahid Eyyubov, Müdafiə Nazirliyinin ekologiya və 
təbiəti mühafizə xidmətinin rəisi polkovnik-leytenant Adil Məmmədov, 
Milli Məclisin deputatı Aydınxan Həsənov, məktəbin IV taborunun 
komandiri polkovnik-leytenant Erol Dəmir, ictimaiyyət nümayəndələri, 
hərbi məktəbin professor və müəllimləri davam etdirdilər. 
Tədbirdə bildirilib ki, Ali Baş Komandan, prezident  lham Əliyev ordu 
quruculuğu, Silahlı Qüvvələrin inkişafı, döyüş hazırlığı, peşəkar zabit 
hazırlığı məsələlərini daim diqqətdə saxlayır, hərbçilərə xüsusi qayğı 
göstərir. Professor və müəllimlər, zabitlər yüksək peşəkarlığa malik zabit 
kadrları hazırlığında fəaliyyətlərini genişləndirəcəklərini, Ali Baş 
Komandanın torpaqlarımızın işğaldan azad olunması və vətənin 
müdafiəsi ilə bağlı qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirmək 
üçün səylərini artıracaqlarını bildirmişlər. 
Dünənki konfransla bağlı yadda qalan mühüm bir məqam var. Belə ki, 


hərbi məktəblərin fəaliyyətini kurasiya edən nazir müavini, Müdafiə 
Nazirliyinin kadrlar və hərbi təhsil idarəsinin rəisi, general-leytenant 
Çingiz Məmmədovun bu tədbirə qatılmaması (hər halda "AzərTAc"ın 
məlumatında onun adı çəkilmir) bir sıra suallar doğurur. Halbuki bir 
müddət öncəyə qədər hərbi məktəblə bağlı keçirilən bütün tədbirlərdə 
Ç.Məmmədov ön sırada olurdu. 
Əvəzində Müdafiə Nazirliyinin konfransda işə aidiyyəti olmayan bir 
qurumun - nazirliyin ekologiya və təbiəti mühafizəsi xidmətinin rəisi 
səviyyəsində iştirakı bir qədər müəmmalı görünür. Ekspertlərin fikrincə, 
bu, ölkə generalları, konkret olaraq nazir Səfər Əbiyevlə Heydər Piriyev 
arasında müəyyən anlaşılmazlığın mövcudluğu ehtimalı ilə bağlıdır. 
Bildirək ki, Müdafiə Nazirliyində yüksək vəzifələrə iddialı olanlar 
arasında H. Piriyevin adı ön sıralarda çəkilir. Düzdür, ekspertlər bu 
generalın fəaliyyəti ilə bağlı konkret fikir söyləməkdən çəkinirlər. Amma 
onun nazirliyin yüksək kürsülərinə gətirilməsi ehtimalları da çoxdur. 
2.
 
Münasibət bildirmədən necə yazmaq olar: 

 
Uzun müzakirələrdən sonra, nəhayət, BMT Təhlükəsizlik 
Şurası ABŞ-ın təklifi ilə  ranın nüvə proqramına görə xüsusi 
qətnamə qəbul etdi. Dövlət Departamentinin dünən BMT-də 
ABŞ səfiri Con Boltona istinadən yaydığı məlumata əsasən, 
ran bu qətnaməni son ciddi siqnal kimi qəbul etməlidir. 
Sənəd müəllifləri  randan bütün nüvə proqramlarını 
dayandırmağı tələb ediblər. 

 
Parlament yaz sessiyasında vur-tut 15 yeni qanun qəbul etdi. 



 
Təhsil naziri M. Mərdanov orta məktəblərdə valideynlərin 
hesabına fond pulunun yığılmasının qanunsuz olduğunu 
vurğuladı.    
3.
 
Bu xəbərlərdə hansı etik aspekt pozulmuşdur: 
a.
 
slamçılar ABŞ diplomatı ilə görüşü rədd etdilər. S. Abbas, 
“Ayna”, 3 avqust 2006.  
A P sədri Yaxın Şərq hadisələrinə görə ABŞ-ı günahlandırır. Azərbaycan 
slam Partiyası ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə 
müşaviri Rebekka Neslundun partiya rəhbərliyi ilə görüş təklifini rədd 
edib. Bu barədə məlumatı adıçəkilən partiyanın mətbuat xidməti yayıb. 
"Azərbaycan  slam Partiyası terrorçuluğu dəstəkləyən bir ölkə təmsilçisi 
ilə bir masa arxasında əyləşib hər hansı bir müzakirə aparmağı 
qəbuledilməz hesab edir", - deyə partiyanın yaydığı bəyanatda qeyd 
olunur. 
A P sədri Hacı Hacıağa Nurinin sözlərinə əsasən, islamçılar 
Azərbaycanda fəaliyyət göstərən bəzi partiyalardan fərqli olaraq, dostu 
düşməndən ayıra bilirlər. 
"Bu gün  srailin dinc Fələstin və Livan xalqına divan tutmasında ABŞ və 
Böyük Britaniyanın rolu böyükdür. Bu gün ABŞ dünyada müsəlman 
ölkələrini bir-bir sıradan çıxarmaqla məşğuldur. ABŞ  sraili işğalçı 
siyasətindən çəkindirmək əvəzinə, onu daha da silahlandırır. Bu gün 
Livanda zirzəmilərdə sığınacaq tapmış yüzlərlə mülki insan, qadınlar, 
uşaqlar və şikəstlər Amerikanın  srailə verdiyi lazer bombaları ilə məhv 
edilir", - deyə qeyd edən H. Nuri hesab edir ki, Amerika və bəzi Qərb 
ölkələri terrorçuluqla mübarizə adı altında əslində dünyanın enerji 
resurslarına sahib çıxmaq istəyirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə