Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

dinləyicilər andlı iclasçılardır ki, bu məhkmənin qərarına (hökmünə) birbaşa 
təsir  göstərə  və  onu  hamının  hesablaşdığı  hakimə  çevirə  bilərlər.  Biz  heç 
kimi  əvəz    etmirik.  Biz  görüb-sezmədiyimizi,  bilib  söyləmədiyimizi  və  öz 
gördüyümüzü, yardımınızla öyrənib üzə çıxardığımızı yazırıq”. Biz hamıyıq 
və  biz  heç  kimik.  Bizi  sevmirlər,  bizdən  qorxurlar,  bizlə  hesablaşmağa 
məcburdular.  Biz  dəyişirik  və  dəyişdiririk.  Biz  daha  yaxşısına  çatmalıyıq. 
B Z JURNAL STLƏR K .  
  Reportyorluq, jurnalistika iki böyük, önəmli bacarıq, vərdiş  tələb edir. 
Bunun    birincisi,  informasiya  toplamaqdı.    Uluslararası  təcrübədə  buna  
“reporting”  deyirlər.  Cəmi  bir  ildən  sonra  professional  jurnalist 
fəaliyyətinizə  “reporting”lə  başlamalı  olacaqsınız.    Redaksiyanın  təzə 
əməkdaşı olacaqsınız. Təbiiyavaş-yavaş sizin də başqa əməkdaşlar kimi öz 
informasiya  qaynaqlarınız  yaranacaq.  Bunların  içində  yaxın  dostlarınız, 
keçmiş  tələbə  yoldaşlarınız,  işdəki  həmkarlarınız,  oxuduğunuz  az-çox 
kitablar,  internetdən  faydalanırsınızsa,  bəzi  yenilik  saytları  olacaq.  Bu 
qarmaqarışıq  səsləri  necə  sistemləşdirməli,  qaydaya  salmalısınız?  şinizi 
necə  asanlaşdırmalısınız?  Cavab  düşündüyünüzdən  sadədi:  işimizin  uğurlu 
olması üçün bizlər, jurnalistlər, analitik düşünüşə malik olmalıyıq. “Analitik 
düşünüş”  bir  az  qorxunc  səslənsə  də,  qorxmayın!  BDU-nun    jurnalistika 
fakültəsində  dərs  dediyim  təcrübədən  belə  nəticə  çıxarmışam  ki,  sırf 
humanitar  yönümlü  təhsil  jurnalistlər  üçün  ən  optimal  təhsil  üsulu      deyil. 
Jurnalistika  olaylara  daha  dəqiq,  məntiqli,  analitik  yanaşma  tələb  edir. 
Fikrimcə,  jurnalistika ilə hansısa dəqiq elm sahəsində ciddi  təhsil aldıqdan 
sonra  məşğul  olmaq  daha  ağlabatan      variantdı.  Amma  ruhdan  düşməyə  
dəyməz.  Bütün  başqa  şeylər  kimi  analitik  düşünüş  tərzini  də  sonradan 
qazanmaq  olar.  Məntiqlə,  sosiologiyanın    metodikası,  ritorika,  riyazi 


modelləşdirmə  ilə  bağlı  çoxlu  ədəbiyyat  oxuyun.  ntellektual  oyunlar 
oynayın. Beyninizi paslanmağa qoymayın. “ Boz maddə”nizi xərcləyin. 
 Seçdiyiniz peşənin ikinci aspekti daha da sadə səslənir: siz ünsiyyətcil 
olmalısınız.  Bu,  sizin daha  bir peşə  standartınızdı.  Futbolçunun  yaxşı  oyun 
texnikası,  riyaziyyatçının  məntiqi,  evdar  xanımın  yaxşı  yemək  bişirməyi, 
sizinsə  “şeytan tükünüz” olmalıdı. Siz adamlarda simpatiya doğurmalısınız.  
Boynumuza  alaq  ki,  öncədən  bizim  peşəyə  münasibət  birmənalı  deyil.  Bu 
birmənalı 
olmayan 
münasibəti 
aşmalı, 
keçməli, 
özünüzə 
rəğbət 
qazandırmalısınız.  Biliyinizlə,  peşə  əxlaqınızla,  düzgünlüyünüzlə.  Sizin 
qaynaqlarınız  sizə  bel  bağlaya  bilməlidirlər.  Onlar  sizinlə  əməkdaşlıqdan 
ziyan  çəkməməlidirlər.  Toplumda  yaxşı  reputasiya  çox  şeyə  dəyər.  Onu 
qiymətləndirin.  stənilən  situasiyada    “üzünüzü”  itirməyin.  Həyatda  elə 
şeylər  var  ki,    heç  cür  yenidən  qazanılmır.  Bunu  unutmayın.  Yaxın  
keçmişdə  bir  essemdə  yazdığım  kimi:    “Xidmət  edərkən  avtobioqrafiyanızı 
unutmayın”.  
   Yəqin, spiralvari inkişaf haqqında eşitmisiniz. Sivilizsiya eyni olaylara 
daha yüksək səviyyədə bir də qayıdır, spiral üzrə. Əslində,  “doğuluş-yaşam-
ölüm”  –  bu  üç  böyük  olaydan  başqa,  heç  nə  dəyişmir.  Bizim,  bir  də 
yaşadığımız  toplumun  bu  olaylara  baxışı  dəyişir.  Yaşam  öz  əhəmiyyətinə, 
həcminə, xarakterinə görə,  rəngbərəng  faktlar okeanıdı. Bunların çoxu bir 
birilə əlagədə mövcuddu. Jurnalist faktları rəngli kaleydoskopdakı kimi yeni 
düzümdə  birləşdirməyi  bacarmalıdı.  Fakt  axtarışına  kreativ,  yaradıcı 
yanaşmalidi. Dyu Qarın “Tobo ailəsi” romanından xatırlayırsıniz ?        
  “Yaşam  dənizinə  baş  vurun.  Yalnız  o  sizi  böyük  yola  çıxaracaq.  Səhərdə
axşama  təpik  döyün,  bir  şeyi  belə  buraxmayın.  Gözlərinizi  geniş  açın. 
Sivilizasiya  özü  ilə  nə  gətirirsə  gətirsi,  xeyir  ya  şər,  ağla  sığmayan, 


xəyallarda  olmayan  hər  şey,  baxın,  baxın,  baxın!  Və  bəlkə  də,    siz  bundan 
sonra adamlar, cəmiyyət,  özünüz haqqında nəsə  bilirəm deyə bilərsiniz”.  
 
Qeybətcildən  fərqli  olaraq,  jurnalist  əldə  etdiyi  informasiyaları 
çeşidləyir,    müəyyənləşdirir  ki,  o  nə  dərəcədə  qiymətli  və  gerçəkdi. 
Yeniliklər – qaynar xəbərdir,  yaxud soyuq – fərqi  yoxdur, dəqiq olmalıdı. 
Jurnalist  materialı  üçün  yalnız  lazımı  faktları  toplamaqla  kifayətlənməməli, 
həm  də  onları  istifadə  etməkdən  öncə  yoxlamalıdı.  Jurnalistlər  adətən 
informasiyanın düzgünlüyünə əmin olmaq üçün onu bir neçə dəfə yoxlayır, 
şahidlərin  olay  haqqında  bilgılərini  alırlar.  Bəzi  halları  çıxmaqla  onlar  öz 
informasiya qaynaqlarını göstərirlər. 
MARAQLIDI 
Maneəsiz, sağlam informasiya axınını təmin etmək üçün ABŞ  yaradıcıları 
əsas insan hüquqları siyahısına mətbuat azadlığını da daxil etmişdi. Yeri 
gəlmişkən, Amerika Konstitusiyasına ilk düzəliş də bununla bağlı idi. 
Məşhur “FIRST AMENDMENT” - Birinci düzəliş .“Konqres söz, yaxud 
mətbuat azadlığını məhdudlaşdıran heç bir qanun qəbul edə bilməz”. 
            Yaxşı, gerçəkdən maraqlı materiallar yalnız o vaxt meydana gəlir ki, 
jurnalist  geyri-  standart  qaynaqlara  müraciət  edir.  Digər  tərəfdən 
“informasiya  axtarışında  pintilik,  məsuliyyətsizlik  ona  gətirir  ki,  jurnalist 
cəmiyyəti dezinformasiya edir, insanların inamını qırır”. 
nformasiya axtarışı müəyyən mənada həm də elmdir, hər bir jurnalist 
öz üslubu, informasiya qaynaqları ilə öz iş texnologiyasını formalaşdırır. 
Təcrübəni bölüşənlər  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə