Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

mənbələri)  dəqiq  verilməsi  anlanılırsa,  digər  tərəfdən  press-relizlərə  və 
mənbələrə  düzgün  istinad  etmək,  insanların  baxışlarını  dəqiq  əks  etdirmək 
nəzərdə tutulur.  
Qeyri-dəqiqlik  oxucunun  gözündə  qəzetin  çəkisini  salır,  onun 
səriştəsizliyinin  göstəricisinə  çevrilir.  Başlıcası  isə,  oxucularla  jurnalistlər 
arasında inamın qırılmasına gətirib çıxarır. Elə buna görə də dəqiqlik bizim 
öz  əməyimizə  və  oxucuya  verdiyimiz  qiymətin  ən  vacib  göstəricilərindən 
biri  olaraq  jurnalistin  peşə  etikasında  mühüm  yerlərdən  birini,  bəlkə  də, 
birincisini tutmalıdır.  
 
lk baxışda dəqiqlik xəbərə verilən, yerinə yetirilməsi ən asan başa gə-
lən tələblərdən sayılsa da, əslində, dəqiqliyə heç də həmişə rahatlıqla nail ol-
maq olmur.  
 
Yaddaş: dəqiqliyə necə çatmalı?  
Dəqiq  olmaq  üçün  jurnalist  karyeranızın  əvvəlindən  çalışın  ki,  aşa-
ğ
ıdakılar sizin üçün vərdişə çevrilsin: 

 
Adların  yazılışını  təkrar-təkrar  yoxlamaqdan  usanmayın.  Bunun  üçün 
sorğu  kitabçalarına  baxmağa  ərinməyin.  Əgər  ikidilli  qəzetdə  işləyirsi-
nizsə və yazınız tərcümə olunursa, çalışın ki, özünüz də tərcüməni oxuya-
sınız.  Redaktorlara  arxayın  olmayın.  Azərbaycan  dilində  cinslərin olma-
ması rus dilinə tərcümədə mexaniki səhvlərə, qadının kişi, kişinin isə qa-
dın  kimi  təqdim  olunmasına  gətirib  çıxara  bilər  (Məsələn,  Arzu,  zzət, 
Afət, Qüdrət kimi adlarda).  

 
Əcnəbilərin  adları  Azərbaycan  dilində  tələffüz  edildiyi  kimi  yazılsa  da, 
bütün ehtimallara qarşı onların adlarının orijinalda necə yazıldığını öyrə-
nin.  Bunun  üçün  qonağın  vizit  kartını  almaq  daha  məqsədəuyğundur. 


Məşhur adamların adlarında və vəzifələrində şübhəniz olduqda  nternetdə 
axtarış verin.   

 
Dəqiqləşdirmək  üçün  yanınızdakı  jurnalist  həmkarınıza  deyil,  mənbənin 
özünə üz tutun. 

 
Əgər  bir  gündə  eyni  yerdən  iki  xəbər  hazırlamısınızsa  (Məsələn,  prezi-
dentin iki nümayəndə heyətini qəbul etməsi barədə), qonaqların təqdima-
tını, adlarını təkrar-təkrar yoxlayın. Adları və vəzifələri dəyişik salmadı-
ğınıza əmin olun.  

 
Mənbələrlə ehtiyatlı olun. Kimsə nəyisə deyirsə, bu hələ deyilənin həqi-
qət olması deyil.  

 
Yazını  özünüz  təkrarən  oxuduqdan  sonra  onun  daha  iki  redaktor 
tərəfindən oxunulduğuna əmin olun. Bilin ki, kənar göz daha itidir.  

 
Qeydlərinizi  aydın  götürün.  Hər  dəfə  diktofona  arxayın  olmayın.  Dikto-
fon sizi sığortalamaq üçündür.  

 
Səhvlərinizi  etiraf  edin.  Qəzetdə  düzəliş  getməsinə  nail olun. Çalışın ki, 
düzəliş  son  səhifələrdə  digər  yazıların  arasında  “ört-basdır”  olunmasın, 
əksinə, ilk səhifələrdə verilsin. Əgər çox ciddi qeyri-dəqiqliyə yol vermi-
sinizsə, onda bu məsələyə aydınlıq gətirmək üçün yeni bir yazı yazmaq-
dan çəkinməyin.  
 
 
 
Amerika – Azərbaycan: təcrübələrin müqayisəsi 
 
          Amerika təcrübəsində bir çox qəzetlərin qərarlaşmış düzəliş səhifələri 
var. Məsələn, “Nyu York Tayms”ın düzəlişləri üçüncü səhifədə yerləşdirilir. 
Öz nüfuzunu əziz tutan və qoruyan qəzetlər, bir qayda olaraq, düzəlişləri ilk 


səhifələrə  çıxarır,  onları  qəzetin  son  səhifələrində  ört-basdır  etmirlər.  Bu 
həm də oxucuya hörmətin təzahürüdür. Oxucu düzəlişi axtarmaq üçün bütün 
qəzeti ələk-vələk etmir.  
            Azərbaycan milli mətbuatında səhvlər barədə qəzetin növbəti sayında 
məlumat verilsə də, düzəlişlər üçün xüsusi səhifə ayrılmayıb.  
_______________________________________________________ 
Amerika – Azərbaycan: təcrübələrin müqayisəsi 
 
 
3.
 
Vicdanlılıq       
 
Sizcə,  fakta  təməllilik  və  dəqiqlik  vicdanlı  olmaqdırmı?  Xəbər  fakta 
əsaslanmış  və  dəqiq  ola  bilər,  amma  vicdanlı  olmaya  bilər.  Dəqiqlik  və 
Vicdan  bir-birinə  çox  yaxın  mənalar  daşısalar  da,  eyni  deyillər.  Vicdanlı 
olmaq  yalan  və  uydurmaya  yol  verməmək,  Allahdan  qorxmaq  və  yalnız 
olaya birbaşa dəxli olan faktlardan yararlanmaqdır.   
Vicdanlılığı  hadisənin  dəqiq  xəbərlənməsi  deyil,  onun  necə 
xəbərlənməsi, hansı baxış bucağından təqdim olunması müəyyənləşdirir. Siz 
qəsdən  vacib  faktı  unudub,  ikinci  dərəcəli  faktı  qabarda  bilərsiniz.  Yaxud 
münaqişəyə cəlb olunmuş tərəflərdən birinin mövqeyi açıqlamaya bilərsiniz. 
Elə  buna görə  də  vicdanlılıq  həm  də  hadisəni  müxtəlif  baxış  bucaqlarından 
təqdim etmək cəhdi, balansı - tarazlığı gözləmək deməkdir.  
 
4.
 
Balanslılıq  
 
Balanslı  olanda  vicdanlı  olmaq  çətin  deyil.  Balanslılıq  plüralizm, 
çoxsəslilik,  baxış  müxtəlifliyidir.  Balanslılıq  başlıca  qaynaqdan  götürülmüş 
hakim  baxışla  yanaşı,  əks  (alternativ),  fərqli  və  tamamlayıcı  baxışların 
xatırladılmasıdır.  


Balanslı və vicdanlı olmaq siyasi hadisələrin, xüsusilə seçki kampani-
yalarının  işıqlandırılmasında  çox  vacibdir.  Bu,  o  demək  deyil  ki,  hamıya 
eyni dərəcədə yer verilməlidir. Bu, o deməkdir ki, hamıya eyni imkan veril-
məlidir ki, öz mövqeyini açıqlaya bilsin. Əgər bir tərəf digərini ittiham edir, 
nədəsə  suçlayırsa,  onda  siz  qarşı  tərəfin  də  mövqeyini  bildirməsinə,  onun 
özünü müdafiə etməsinə şərait yaratmalısınız. Balanslı olanda tərəfsiz olur-
sunuz,  çünki  bir  yox,  bir  neçə  tərəfə,  yaxud  bütün  tərəflərə  söz  verirsiniz.  
Qərəzsiz olmadan tərəfsiz olmaq mümkün deyil. 
 
Yaddaş:  Balansa necə çatmalı ? 

 
Bütün  tərəflərin  rəylərinin  əks  olunmasına  çalışın.  Birmənbəli 
xəbərlərlə  işləyəndə  ehtiyatlı  olun.  Mütləq  digər  tərəfin 
mövqeyini öyrənin.   

 
Hadisənin iki yox, bəzən bir neçə tərəfi ola bilər. Əmin olun ki, 
aşkar və gizli bütün məqamlar nəzərdən qaçırılmayıb. 

 
Maliyyə marağınız olan hadisələr barəsində yazmayın. 

 
Ətrafdakılara  istənilən  məsələdə  tərəfkeş  mövqe  tutmağınız, 
neytral  olmamağınız  barədə  mülahizələr  yürütməyə  imkan 
verən  addımlar  atmayın.  Məsələn,  maşınına  və  ya  yaxana  hər 
hansı bir siyasi aksiyanı, ya da partiyanı dəstəklədiyini bildirən 
nişanlar taxma.  

 
Xəbər otağında, yaxud başqa bir yerdə uzun-uzadı rəy bildirən 
söhbətlərə qoşulma.   

 
Yazmaq  istədiyin  təşkilatlardan  və  insanlardan  heç  zaman  pul 
alma!  Pul  əvəzinə  hər  hansı  bir  hədiyyə,  yaxud  xidmət  qəbul 
edilməsi də yolverilməzdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə