Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   21   22   23   24   25   26   27   28   ...   71

fokusunu  müəyyənləşdirməyə  kömək  edirsiniz.  Bu  yazını  hazırlamağı 
asanlaşdırır və daha məntiqlidi. 
4. “Nə üçün ?” və “Necə ?” sualları 
Elə  suallar  ver  ki,  müsahibin  fikirlərini  izah  etməyə,  dəqiqləşdirməyə 
həvəslənsin. Birmənalı hə ya yox cavablandırılacaq suallardan çəkin. 
“Nə üçün” və “necə” ilə başlanan suallar verin. 
 “ Nə üçün şəhərin  sürüşmə riskli zonalarında tikinti yasaq olunmur ?”  
“Nə üçün sizin aptekdə holoqramsız dərmanlar satılır ?” 
“ Sərhəd rayonlarının monitorinqi necə həyata keçirilir ?” 
   Sualları  qısa  formalaşdırın.  Bəzi  jurnalistlər  öz  danışıqlarına  qulaq 
asmağı  xoşlayırlar.  Uzun-uzadı  suallar  verirlər.  Müsahib  özünü  itirə,  sualın 
əvvəlini  unuda  bilər.  Suallarınızı  birbaşa  və  sadə  verin.    Sizin  işiniz  öz 
parlaq,  təkrarsız  intellektinizi  nümayiş  etdirmək  yox,  informasiya 
toplamaqdı. 
5. Qulaq as, ayıq ol, qayğıkeş görün 
 Dediyim kimi, sizin  işiniz  müsahibinizə qulaq asmaqdı, ona mühazirə 
oxumaq,  ya  mübahisə  etmək  deyil.  Öz  rəyinizi    özünüzdə  saxlayın.  Amma 
bu,  o  demək  deyil  ki,  siz  sadəcə  qeyd  edən  robot  olmalısınız.  Siz  diqqətlə 
qulaq  asmalısınız.  Nə  deyildiyi  haqqında  düşünməlisiniz:  Cavablar  və 
şərhlər hansı emosiyalar doğurur? Müsahib suallarıma doğru cavab verirmi?  
Müsahibin nə dediyi haqqında düşünün, növbəti nə sual verəcəyinizi yox. 
Bəzi  qeyri-adi  faktlar  üçün  ayıq  olun.  Əgər  müsahib  gözləmədiyiniz 
istiqamətdə maraqlı şeylər deyirsə buna reaksiya verin. Dəqiqləşdirin.   


 Müsahibəyə  xüsusi  hazırlıq  görməyib  gələn  jurnalist  imtahana 
hazırlıqsız  gələn tələbəyə oxşayır. Doğrudan qulaq asın, özünüzü qulaq asan 
kimi göstərməyin. Təzə başlayan jurnalistlər elə həyəcanlanırlar ki, gözlərini 
öz  hazırladıqları  suallardan  çəkmirlər,  heç  başlarını    qaldırıb  müsahiblərinə 
belə  baxmırlar.  Cavaba qulaq asmadan  növbəti  sualı vermək  bəzən gülməli 
situasiya yaradır.  
  – Mən bilirəm ki, siz altı ildi ki, evlisiniz. Yoldaşınız necədi? 
   – Keçən həftə rəhmətə getdi? 
   – Çox yaxşı, bəs uşaqlar necədi?   
6. Müsahibənin sonu  
Müsahibinizə  sizə  ayırdığı  vaxt  üçün  təşəkkür  edin.  Lakin  ona 
verəcəyiniz üç yekun sualını unutmayın.  

 
Sizin deyəcəyiniz vacib heç nəyi soruşmağı unutmadım ki? 

 
Siz  bu  predmetlə  bağlı  bilgisi  olan  başqa  bir  adamı  məsləhət 
görürsünüzmü? 

 
Mənim  başqa  suallarım  yaranarsa  sizə  yenidən  zəng  edə    bilərəmmi? 
(Əgər mümkünsə, müsahibin ev və mobil telefon nömrələrini götürün).  
    Müsahibədə ünsiyyətin   bütün üsullarından istifadə olunur –  həm  verbal, 
həm geyri – verbal. 
   Psixologiyada ünsiyyətin üç distansiyası müəyyən edilir: 

 
Publik (beş metr məsafədən artıq) 

 
Şəxsi (bir metrdən üç metrə qədər) 


           Yaxın  (yarım  metrdən  az).  Adətən  bizim  jurnalistlər  bu  distansiyanı 
seçirlər.  Çox  adamlar,  xüsusilə  də  xaricilər  üçün    bu  diskomfort  doğurur.  
Söhbət  zamanı  yaxın  distansiyanı  seçməyin,  çəkingən  müsahib  uzaqlaşmaq 
üçün  sadəcə sizinlə danışığı kəsə bilər. 
                                                                                               
 
 
 MARAQLIDI 
                         
 
                    Ünsiyyət vasitələri iki yerə bölünür 
 
Verbal (dil) – şifahi və yazılı nitq 
 
Qeyri –verbal. Buraya daxildi: 
a.
 
kinesika (mimika, jestlər, duruş, yeriş); 
b.
 
proksemika  (ünsiyyətin  vaxt-yer  baxımından  təşkil   
olunması); 
c.
 
paralinqvistika  (nitqin  ,səsin  hündürlüyü  və  tonu,  qülüş, 
intonasiyalar, səsin tembri); 
d.
 
göz kontaktı.
   
 
         
 
 
ÇALIŞMALAR:
 
1. 
Qrupla 
birlikdə 
müsahibə 
prosesini 
ə
vvəldə
axıra 
modelləşdirin.  Şərti  müxbir,  redaktor,  fotomüxbir    təyin  edin.  Real 
insanlarla    müsahibə  almaq  üçün  şərtləşin.  Müsahibəyə  hazırlıq 
prosesində
tutmuş 
son 
addımlarınıza 
kimi 
planlaşdırın. 
Müsahibləriniz:  


-  gerçəkliyimizin adi,  alışğımız  personajları  -  müəllim,  zavodda 
fəhlə, fermer, biznesmen, bazarda satıcı;  
-  praktik  olaraq  deməyə  heç  nəyi  olmayan,  amma  reklama  çan 
atan ikinci dərəcəli siyasətçi; 
-  istedadı böyük şübhə doğuran estrada müğənnisi  
olacaq. 
Hazırladığınız 
materiallar 
ə
sasında 
jurnalistika 
fakiltəsinin  1-ci  kurs  tələbələri  üçün    “Müsahibə  almaq  qaydaları” 
başlıqlı yaddaş hazırlayın. 
2.  Müəllimlə  birlikdə  dövlət  rəsmisinin      keçirdiyi  mətbuat 
konfransının  videoyzısını  izləyin.  Jurnalistlərin  verdiyi  sualları  təhlil 
edin, dəyərləndirin. Siz hansı sualları verərdiniz? 
 
Ə
DƏB YYAT 
1.
 
Brooks  S.B.,  Kennedy  G.,  Moen  R.Daryl,  Ranly  D.  News  Reporting 
and Writing., NY, Bedford/St.Martin’s, 2002. p. 50- 118.  
2.
 
2.Repkova  T.  Yeni  Dönəm:  Demokratik  cəmiyyətdə  peşəkar  qəzet 
buraxmaq yolları. Bakı, Qanun, 2006. s. 236-238. 
3.
 
Rgndall D. Universalğnıy jurnalist, M., RroMedia, 1996. s. 30-39.  
4.
 
Şostak  M. .    Reporter:  professionalizm  i  gtika,  M.,  «R P  –xoldinq», 
2002. s. 44- 49. 
5.
 
Spravoçnik  dlə  jurnalistov  stran  Üentralğnoy  i  Vostoçnoy  Evropı,  
M.,  zd. “PPP”, 1993. s. 12-14. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə