Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   28   29   30   31   32   33   34   35   ...   71

 
Çox  asandır,  deyilmi?  Hamının  razı  qalması  üçün  sadəcə  Xəbər 
piramidasını çevirmək lazımdır. Bəs bunu necə etməli? Arximedi xatırlayaq. 
O deyirdi: “Mənə dayaq nöqtəsi verin, Yer kürəsini çevirim”. Elə isə Xəbər 
piramidasının dayaq nöqtəsi nədir ki, onu tapanda piramidanı çevirə biləsən?  
 
 
 
Təcrübəni bölüşənlə
         Sevinc Abdullayeva (1959) 1982-ci ildə BDU-nun jurnalistika fakültəsini 
bitirib.  Peşəkar  jurnalist  fəaliyyətinə  1983-cü  ildə  Azərinformda müxbir  kimi 
başlayıb,  şöbə  müdiri,  baş  redaktor  vəzifələrinə  qədər  yüksəlib.  1998-ci  ildə
R TA-SÖTA  agentliyinin  Azərbaycan  üzrə  xüsusi  müxbiridir.  nformasiyanı 
“kiçik  bir  əsər”  kimi  qiymətləndirən  S.  Abdullayeva  onu  20-30  sətrə 
ğışdırmağın sirlərini  bölüşür: 
             stənilən  informasiya  üç  əsas  suala  cavab  verməlidir:  Nə?  Harada?  Nə 
zaman?  Jurnalistikanın  klassik  qanunu  bu  cür  səslənsə  də,  çətin  ki,  müasir 
oxucunu belə xəbərlə maraqlandıra biləsən (əlbəttə, əgər qeyri-adi bir hadisə baş 
verməyibsə).  Musiqili  Komediya  Teatrında  hansı  bir  gündəsə  orta  ümumtəhsil 
məktəbləri  müəllimlərinin  konfransının  keçirilməsi  barədə  xəbərin  oxucunu 
maraqlandıra biləcəyinə şübhə edirəm. Amma bu informasiyanın ilk cümləsində 
Azərbaycanda  12  illik  orta  təhsilə  keçidə  hazırlığın  başlandığı  bildirilərsə  və 
məhz  bu  məsələnin  konfransda  müzakirə  olunduğu  xəbərlənərsə,  əlbəttə, 
informasiya diqqəti cəlb edər.  
         Adətən,  oxucunun  xəbərin  dərinliyində  gizlənən  hadisənin  mahiyyətini 
tapmağa nə vaxtı olur, nə də həvəsi. Odur ki, oxucuya çatdırılacaq əsas məlumat 
xəbərin  ilk  cümləsində,  lidində  yer  almalı,  informasiyanın  başlanğıcı  onun 


kulminasiya nöqtəsi olmalıdır. Çevrilmiş piramida bu prinsiplə işləyir: güclü lid 
və onun üzərində qurulan xəbər.                         
          nformasiya  janrında  işləmək,  peşə  vərdişlərinə  yiyələnmək  istəyən  gənc 
jurnalistlərlə bəzi peşə sirlərini açmaq istərdim.  
         Birinci.  Lid  informasiya  ilə  zəngin  olmaqla  yanaşı,  həm  də  “ləzzətli”, 
qeyri-adi  olmalıdır.  Qəliblərdən  və  trafaretlərdən  qaçın,  daim  yaradıcılıq 
axtarışında  olun.  Bu,  öz  bəhrəsini  verəcək.    R TA-SÖTA-da  bir  zamanlar 
aşağıdakı fraza ilə başlanan informasiya janrın klassikası sayılırdı: “Hətta ən adi 
qaşıq belə Xoxlamada
30
 hazırlanıbsa, əsl sənət nümunəsi ola bilər”. Bu xəbərdə 
söhbət xalq sənəti nümunələrinin sıradan bir sərgisindən gedirdi. Amma müəllif, 
fikrimcə, belə bir parlaq lid tapmaqla şablondan qaça bilmişdi.  
          kinci  bir  məsələ,  informasiyanın  kompozisiyasıdır.  Onu  elə  qurmaq 
lazımdır  ki,  xəbəri  məzmuna  xələl  gətirmədən  kəsə  biləsən.  Məlumatın  önəmi 
xəbər  sona  yetdikdə  azalmalıdır.  Bu  da  çevrilmiş  piramidanın  effektidir. 
Şübhəsiz,  təfərrüat,  detallar,  nüanslar  istənilən  material  üçün  vacib 
elementlərdir.  Amma  operativlik  naminə  onları  qurban  vermək  olar.  Axı 
informasiya  jurnalistikanın  ən  sürətli  və  rəqabətə  davamlı  janrı  sayılır. 
nformasiya  agentliklərindən  fövqəloperativlik  tələb  olunanda  onlar  rəqibləri 
önləmək  üçün  tez-tez  ildırımsürətli  fləş-xəbərlərin  verilməsi  praktikasına 
müraciət  edirlər.  Adətən  fləş-xəbər  bir  neçə  cümlədən  ibarət  olur. 
nformasiyanın  müxtəlif  versiyaları  isə  sonra  hazırlanır.  Məhz  bu  versiyalarda 
bir  qədər  əvvəl  qeyd  etdiyimiz  detallar,  ekspert  qiymətləndirmələri  öz  əksini 
tapır.  
       Sənətdə  ilk  addımlarını  atan  xəbərçi-jurnalistlərə  deyirlər:  barəsində 
yazdığınız xəbər haqqında şəxsi mülahizələriniz heç kimə  maraqlı deyil. Bu da 
                                                  
30
 Rusiyada xalq sənət nümunələri ilə məşhur olan şəhər 


janrın qanunlarından biridir.  (Hərçənd ki bu  dünyada  hər  şey nisbidir.  Jurnalist 
xəbərdə  öz  münasibətini  birbaşa  bildirə  bilməsə  də,  onun  münasibəti  hadisəni 
işıqlandırarkən oxucunu maraqlandırmaq üçün seçdiyi rakursda əks olunur). Elə 
buna görə də, müxtəlif mənbələrə istinadlar informasiyanın ayrılmaz hissəsidir. 
Burada  əsas  qayda  balansı  gözləməkdir.  Yalnız  bir  baxışın  əks  olunduğu 
informasiya  kamil  deyil,  yarımçıqdır,  o,  əsas  keyfiyyətdən  –  obyektivlikdən 
məhrumdur.   
       Xarici  informasiya  agentliyində  çalışan  jurnalist  kimi  bunu  da  bildirməyi 
borc  sayıram:  informasiyanı  yazarkən  onun  yerli  ya  xarici  oxucular  üçün 
hazırlandığı  mütləq  nəzərə  alınmalıdır.  Auditoriyadan  asılı  olaraq  məlumatın 
rakursu  müəyyənləşdirilir.  Məsələn,  materialda  dövlət  başçısının  hökumətin 
sosial siyasətinə aid bəyanatı işıqlandırılır. Yerli oxucuya neftdən gələn gəlirlər 
hesabına  minimum  əmək  haqqının  və  pensiyaların  artırılması  xəbəri  önəmli 
olduğu  halda,  xarici  oxucunu  məsələnin  qlobal  aspekti  cəlb  edir.  Məsələn, 
hökumət sosial-iqtisadi siyasətinin prioritetlərini dəyişir, neft dollarını insanların 
rifahını  yüksəltməyə,  təhsil  və  səhiyyə  sisteminin  inkişafını  sürətləndirməyə 
yönəldir.  Bu  zaman  balansa  nail  olmaq  üçün  qarşı  tərəfin,  müxalifətin  fikirləri 
və  bu  tipli  bəyanatların  qiymətləndirilməsində  az-çox  obyektiv  mənbə  olan 
statistik məlumatlar verilməlidir.  
Çoxları  informasiyanı  jurnalistikanın  ən  asan  janrı  sayır.  Fikrimcə,  bu 
yanlış bir təsəvvürdür.  nformasiya öz kompozisiyası, süjet xətti, kulminasiyası 
və  açılışı  olan  kiçik  bir  əsərdir.  Və  onu  20-30  sətrə  sığışdırmaq  heç  də  asan  iş 
deyil.       
 
 
 
Lid  –  Xəbər piramidasının dayaq nöqtəsi 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə