Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   24   25   26   27   28   29   30   31   ...   71

 
Materialınızda daha sonra xatırlada bilərsiniz ki, bəyanat diaqnostika 
mərkəzinin  açılışında  edilib.  Diaqnostika  mərkəzindəkilərin  sizə  açıqları 
tutmamalıdı. Siz mərkəzdəkilər üçün yox, oxucularınız üçün yazırsınız. 
     
Bəzən  danışman  çox  vacib  bəyanat  verir,  ancaq  onu  öz  nitqində 
dəqiqliklə aça bilmir. Nitqdən sonra bunu izah etməyini danışmandan xahiş 
edin.  Mətbuat  konfransından  sonra  danışmana  yanaşmağı  özünüz  üçün 
qayda  edin.  Bu  söhbətdən  siz  çoxlu  detallar,  daha  maraqlı  sitatlar  əldə 
edəcəksiniz. Materialınız daha güclü, maraqlı olacaq. 
                                                                                                   
   
 
 
 
 
 
 
 
 
 
YADDAŞ 
                       Mətbuat konfransdan necə yazmalı 
1.
 
Mətbuat  konfransına  qədər  mövzuya  aid  maksimum  informasiya 
yığmalı; 
2.
 
Özünə  həmişəki  sualları  vermək:  Bu  konfrans  nə  məqsədlə  keçirilir? 
Onlar niyə belə dedilər? Nəyin üzərindən sükutla keçməyə çalışırlar? 
Jurnalistləri həyə inandırmaq istəyirlər? 
3.
 
Biz onlar üçün yalnız alət deyilik ki?  Ayıq olmalı, təriflərə uymamalı; 
4.
 
Bu mövzu barədə operativ daha kimdən nə öyrənə bilərsiniz? 
5.
 
Soruşmalı, səhvləri tutmalı,  “ bezara gətirməlisiniz”. 
6.
 
Fakt  uyğunsuzluğunu,  danışanların  sözlərində  ziddiyətləri  o  saat  üzə 
vurmaz. 
7.
 
ndiki  materialları  əvvəl  yayılmış,  yaxud  çap  olunmuşlarla  müqayisə 
etməlisiniz. 
8.
 
Sənədlər yiğmağa - audioyazıya, şəkillər çəkməyə hazır olmalısınız. 
9.
 
Üzdə  görünənlə  gerçəyi  fərqləndirməyi  bacarın.  Gözünüzə  kül 


üfürülməsinə imkan. Suallarınızda cəsarətli olun. 
10.
 
Hər situasiyada asılıqsız  olun. 
 
Alışğımız – akademik  informasiya qaynaqları 
          Ümid  edirəm  ki,  indiyədək  oxuduqlarınız  sizə  işə  başlayarkən    “nə 
edim?  necə  edim  ?”  suallarınızdan  xilas  edəcək.  Mən  buna  ümid  edirəm. 
ndiyədək  diqqətlə  oxumusunuzsa,  metodikadan  kifayət  qədər  xəbəriniz 
oldu.  ndi  isə  sizə  alışdığımız  və  yeni  informasiya  qaynaqlarından 
informasiya verəcəyəm.  Alışdığımız qaynaqların ən birincisi redaksiyanızın 
kitabxanası (Qərbdə buranı, qorxulu  səslənsə də, “morq” adlandırırlar). 
       
Hansısa  nitqi  işıqlandırmalısınız?  Nitq  söyləyənin  keçmişi  ilə  bağlı 
informasiya toplayın.  
       
dman  matçını  işıqlandırırsınız?  Komandanın  rekordlarını  araşdırın. 
Hakimin  kimliyini araşdırın? 
  
Jurnalist  redaksiyanın  kitabxanasında,  arxivində  bu  faktları  yoxlaya 
bilər.  ndi belə kitabxanaların əksəriyyəti kompüterləşib.                                                                      
Kitabxana – material toplamağın birinci dayanacağı 
          Redaksiya    kitabxanası  haqqında  daha  bir  qeyd:  burada  siz  bayaq 
dediyim  natiqin  ,yaxud  idman  hakiminin  fotosunu  tapa  bilərsiniz.  Bu  sizə 
üzbəüz müsahibəyə hazırlaşmağa kömək edər. 
    
Lüğətlər,  ensiklopediyalar,  yaddaş  kitabçaları  və  s.  kimi  alışdığımız 
informasiya  qaynaqları  hələ  də  öz  önəmini  itirməyib.  Yaxşı  reportyor  hər 
vacib  faktı  yoxlamağı  vərdiş  etməlidi.  Burada    sizə  bəzi    informasiya  
toplularının  siyahısı verilib. 



 
Şəhər ünvanlar kitabçası; 

 
Lokal telefon kitabçaları; 

 
Xidməti  istifadə  üçün  nəzərdə  tutulan  telefon  məlumat  kitabçaları,  ayrı-
ayrı təşkilatların əməkdaşlar haqqında informasiya – telefon kitabçaları; 

 
Ölkənin, şəhərin dünyanın xəritələri, atlaslar.  
Bundan  əlavə,    sizə  lazım  olan  materialları  səkkiz  kateqoriya 
mənbələrlə yoxlaya bilərsiniz.    
Ümumi  mənbələr: 

 
Ensiklopediyalar 

 
Almanaxlar 

 
Statistik məlumat topluları 

 
Bioqrafiyalar 

 
Xəritələr 

 
Sitatlar toplusu 

 
Dövlət və siyasi partiyalardan gələn informasiyalar 

 
Lüğətlər 

 
Dövrü nəşrlər 

 
Lokal  mənbələr  (telefon  kitabçaları,  şəhərin  xəritələri,  küçələrin 
xəritələri).            
         Sizə  yarayacaq  qaynaqları  sadalayarkən  diqqətinizi  çəkdi  ki, 
jurnalistlərin  müxtəlif  tip  informasiyalara  çıxışı  nə  dərəcədə  dardı?! 


Azərbaycan  reallığında  informasiyanın  çatımlılığı  ilə  bağlı  bir  problemi  də 
nəzərə almalıyıq: respublikamızda informasiyalandırma sistemlərinin inkişaf 
etdirilməsinə  ciddi  ehtiyac  var.  Cəmiyyətin  sivillik  dərəcəsi  informasiyaya 
çıxışın  asanlığı  ilə  düz  mütənasibdi.  Toplumda  informasiya  nə  qədər  asan 
əldə olunursa, o toplum bir o qədər azaddı.  
         Daha  ədalətli  və  effektiv  surətdə  informasiya  əldə  edilməsi  üçün 
aşağıdakı  istiqamətdə  ümumi  əhəmiyyətli  informasiya  resursları,  müxtəlif 
sahələr  üzrə  portallar  yaradılmalıdı.  Məsələn:  əhalinin  registri  haqqında, 
dövlət  mülkiyyətinin  registri  haqqında,  dövlət  qeydiyyatına  alınan  müxtəlif 
mülkiyyətlərin  registri  haqqında,  torpaq  kadastrı  haqqında,  təbii  ehtiyatlar 
kadastrı haqqında”
24
.  
  
Təsəvvür edin bu tip informasiya jurnalistlərin əlində olsun!  şləmək, 
araşdırma aparmaq nə dərəcədə asanlaşar.                
        Kompüterləşdirilmiş  informasiya  qaynaqları 
         Kompüterdən alınan əsas  informasiya qaynaqlarına  bunlar daxildi: 

 
Sənin özünün işlədiyin orqanın kitabxanası; 

 
ctimai informasiya xidmətləri (CompuServe,  Prodigy, The Microsoft 
Network və b.);  

 
nternet  resursları.   
    YADDAŞ 
  nternet axtarış maşınları 
RAMBLER, ALTAV STA, YANDEX 
                                                  
24
 Gun işığı qaçılmazdır. Media Hüququ  nstitutu, Bakı, 2005, s. 105.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə