Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   17   18   19   20   21   22   23   24   ...   71

Qulu Məhərrəmli 
B OQRAF YA 
Mənbəyi  şübhə  doğuran  xəbər  heç  vaxt  mötəbər  sayıla  bilməz.  Mənbə 
həmişə  konkret  və  dürüst  olmalıdır.  Məsələn,  diqqət  yetirmisinizsə,  son 
vaxtlar  yerli  qəzetlərin  çoxunda  informasiyanın  «etibarlı  mənbələrə» 
istinadən  verilməsi  təcrübəsi  xeyli  artıb.  Bu  fakt  redaksiyalarda  məlumat 
qaynaqları  ilə  bağlı  problemlərin  olduğunu  göstərir.  Adətən,  cəmiyyətdə 
anlaşma  olmayanda,  mətbuat  yerişini  itirib  ləngərləyəndə  qəzetlə 
informasiya mənbələri arasında etimad itir və bu zaman anonim qaynaqlarla 
işləmək zərurəti aktuallaşır. Beləliklə, Qərbdə mübahisəli fakt kimi çözülən 
anonim  qaynaqlarla  işləmək  bizdə  zərurətə  çevrilir.  Mən  ilk  dəfə  bu 
problemlə  1992-ci  ilin  fevralında  «Aydınlıq»  qəzetinin  sifarişi  ilə  «Paytaxt 
cəbhəyə  necə  kömək  edir»  mövzusunda  yazı  hazırlayarkən  üzləşdim.  Bakı 
məktəblərindən birinin 9-cu sinfinin iki şagirdi əsgərlərə qoşulub Qarabağa – 
cəbhə bölgəsinə vuruşmağa getmişdi. Bir həftədən sonra hərbi hissəyə gələn 
yoxlama  komissiyası  həmin  «könüllüləri»  geri qaytarmışdı.  Mən  bu 
yeniyetmələrin  entuziazmı  arxasında  böyük  bir  xalq  təşəbbüsünün 
dayandığını,  bütün  ölkənin,  həqiqi  mənada,  arxa  cəbhəyə  çevrilməsini  əks 
etdirməyə, müəyyən təhlillər aparmağa çalışırdım. Göz önündə bu məsələyə 
dair  xeyli  fakt  var  idi,  lakin  müraciət  etdiyim  hökumət  təşkilatlarındakı 
mənbələrin heç biri bu məlum faktlar barədə danışmaq istəmədi. Mənə lazım 
olan  informasiyaları  verənlərin  isə  heç  biri  rəsmən  ona  istinad  edilməsini, 
adının çəkilməsini istəmirdi. Yazım həmin dövr üçün xarakterik olan coşqun 
vətənərvərlik  ruhunda  olsa  da,  çoxları  başını  cəncələ  salmaqdan  ehtiyat 
edirdi.  Bu  çəkingən  adamların  sırasında  çox  yüksək  vəzifə  sahibləri  var 


idi…  
     Bu  gün  Azərbaycanda  hansısa  prinsipial  məsələyə  dair  informasiyanı 
mətbuata  verən  mənbə  daha  çox  anonim  qalmağı  üstün  tutur.  Məncə,  milli 
psixologiya  və  həyati  gerçəkliklərə  görə  bu  məqamı  başa  düşmək 
mümkündür.  Burada  əsas  odur  ki,  həmin  anonim  mənbənin  verdiyi 
informasiyalar  doğru,  dürüst  olsun.  Məsələn,  AzTV-də  «7  gün»  analitik 
informasiya proqramı apardığım vaxt Azərbaycana keyfiyyətsiz əlil arabaları 
alınması və bu işdə böyük pulların mənimsənilməsi ilə bağlı anonim qalmaq 
istəyən  mənbədən  informasiya  almışdim.  Teleşirkətin  o  vaxtkı  sədri  ilə 
razılaşdıq  ki,  mən  bu  biabırçı  faktı  araşdırım.  Faktla  balı  Nazirlər 
Kabinetinin, 
Sosial 
Təminat 
Nazirliyinin, 
Maliyyə 
Nazirliyinin 
nümunayəndələri və xarici şirkətlə bağlanmış həmin müqaviləyə müsbət rəy 
vermiş  ekspertlərlə  görüşdüm.  Hamı  əlillərə  sevgidən  danışdı,  belə  şeydən 
pul qazanmağın  günah olduğunu dedi  və  təbii ki, bu  faktı danmağa  çalışdı, 
yalnız  ekspertlərdən  biri  etiraf  etdi  ki,  alınacaq  əlil  arabaları,  həqiqətən 
keyfiyyətsizdir  və  onun  vicdanı  bu  faktı  gizlətməyə  imkan  vermir.  Həmin 
şəxs, efirdə danışmaqdan imtina etsə də, məsələnin mahiyyəti ilə bağlı mənə 
yazılı  şəkildə  geniş  və  anlaşıqlı  arayış  verdi.  Mən  bu  arayışla  bağlı  şəxsi 
münasibətdə  olduğum  o  vaxtkı  maliyyə  naziri  ilə  görüşdüm.  Əvvəlcə 
dediyim faktlara inanmadı, sonra onu ekspert arayışı və əlavə dəlillərlə tanış 
etdim.  Yaxşı  ki,  dinləməyə  hövsələsi  çatdı.  Bir  neçə  ekspertin  yanına 
çağırtdırdı.  
Mən  apardığım  proqramda  əlillərin  bərpası  mərkəzindən  reportaj  verdim, 
əlillərə 
dövlət 
qayğısı 
barədə 
süjet 
göstərdim, 
ölkədə 
əlil 
arabalarının çatışmazlığından danışdım. Azərbaycan işbazlarının məhsulunu 


almaq istədikləri xarici şirkətin əlil arabaları barədə məndən anonim qalmağı 
xahiş  etmiş  ekspertin  rəyini  açıqladım,  beynəlxalq  ekspertlərə  də  istinad 
etdim. Əlil arabaları istehsal edən beynəlxalq şirkətlərin adlarını sadaladım. 
Proqram  təsirsiz  qalmadı.  Nazirlər  Kabineti  əlillərin  cibinə  göz  dikmiş 
işbazların  müqaviləsini  ləğv  etdi.  Bir  neçə  aydan  sonra  Azərbaycana  başqa 
firmanın daha keyfiyyətli arabaları gətirildi. 
      ş  təcrübəsi  və  əlaqələri  artdıqca  hər  bir  jurnalistin  informasiya 
qaynaqları  da  artır.  Adətən,  jurnalistlərin  əksəriyyəti  məlumatı  hakimiyyət 
orqanlarından,  onların  mətbuat xidmətlərindən  alır.  Amma belə  məlumatlar 
çox  vaxt  təbliğat-təşviqat  xarakteri  daşıyır  və  K V-in  məqsədlərinə  uyğun 
olmur.  Ona  görə  də,  gənc  jurnalistlərə  belə  məlumat  və  mənbələrlə 
işləyərkən  ehtiyatlı  olmağı  tövsiyyə  edərdim.  Əvəzində  hadisə  və  proseslər 
içərisində  olan  sıravi  adamlarla  əlaqə  qurmaq  məqsədəuyğundur.  Bu 
adamlar  həmişə  jurnalistələrə  dəqiq  məlumat  verəməyə  can  atır,  amma 
onların  səlahiyyət  və  vəzifələri  elədir  ki,  biz  bu  adamlara  istinad  edə 
bilmirik. Ona görə də jurnalist informasiya mənbəyini seçərkən bu adamlara 
diqqət  yetirməli  və  onların  məlumatlarını  mötəbərlilik  səviyyəsinə  qaldıra 
bilməlidir.  Mən  öz  iş  təcrübəmdə  bu  adamların  məlumatlarının  90  faiz 
dürüst olduğunu görmüşəm.  
 
 
       
  nformasiya qaynaqlarınız. 
nformasiya qaynaqları ilə iş texnologiyasının incəlikləri 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə