mənbələri) dəqiq verilməsi anlanılırsa, digər tərəfdən press-relizlərə və
mənbələrə düzgün istinad etmək, insanların baxışlarını dəqiq əks etdirmək
nəzərdə tutulur.
Qeyri-dəqiqlik oxucunun gözündə qəzetin çəkisini salır, onun
səriştəsizliyinin göstəricisinə çevrilir. Başlıcası isə, oxucularla jurnalistlər
arasında inamın qırılmasına gətirib çıxarır. Elə buna görə də dəqiqlik bizim
öz əməyimizə və oxucuya verdiyimiz qiymətin ən vacib göstəricilərindən
biri olaraq jurnalistin peşə etikasında mühüm yerlərdən birini, bəlkə də,
birincisini tutmalıdır.
lk baxışda dəqiqlik xəbərə verilən, yerinə yetirilməsi ən asan başa gə-
lən tələblərdən sayılsa da, əslində, dəqiqliyə heç də həmişə rahatlıqla nail ol-
maq olmur.
Yaddaş: dəqiqliyə necə çatmalı?
Dəqiq olmaq üçün jurnalist karyeranızın əvvəlindən çalışın ki, aşa-
ğ
ıdakılar sizin üçün vərdişə çevrilsin:
•
Adların yazılışını təkrar-təkrar yoxlamaqdan usanmayın. Bunun üçün
sorğu kitabçalarına baxmağa ərinməyin. Əgər ikidilli qəzetdə işləyirsi-
nizsə və yazınız tərcümə olunursa, çalışın ki, özünüz də tərcüməni oxuya-
sınız. Redaktorlara arxayın olmayın. Azərbaycan dilində cinslərin olma-
ması rus dilinə tərcümədə mexaniki səhvlərə, qadının kişi, kişinin isə qa-
dın kimi təqdim olunmasına gətirib çıxara bilər (Məsələn, Arzu, zzət,
Afət, Qüdrət kimi adlarda).
•
Əcnəbilərin adları Azərbaycan dilində tələffüz edildiyi kimi yazılsa da,
bütün ehtimallara qarşı onların adlarının orijinalda necə yazıldığını öyrə-
nin. Bunun üçün qonağın vizit kartını almaq daha məqsədəuyğundur.
Məşhur adamların adlarında və vəzifələrində şübhəniz olduqda nternetdə
axtarış verin.
•
Dəqiqləşdirmək üçün yanınızdakı jurnalist həmkarınıza deyil, mənbənin
özünə üz tutun.
•
Əgər bir gündə eyni yerdən iki xəbər hazırlamısınızsa (Məsələn, prezi-
dentin iki nümayəndə heyətini qəbul etməsi barədə), qonaqların təqdima-
tını, adlarını təkrar-təkrar yoxlayın. Adları və vəzifələri dəyişik salmadı-
ğınıza əmin olun.
•
Mənbələrlə ehtiyatlı olun. Kimsə nəyisə deyirsə, bu hələ deyilənin həqi-
qət olması deyil.
•
Yazını özünüz təkrarən oxuduqdan sonra onun daha iki redaktor
tərəfindən oxunulduğuna əmin olun. Bilin ki, kənar göz daha itidir.
•
Qeydlərinizi aydın götürün. Hər dəfə diktofona arxayın olmayın. Dikto-
fon sizi sığortalamaq üçündür.
•
Səhvlərinizi etiraf edin. Qəzetdə düzəliş getməsinə nail olun. Çalışın ki,
düzəliş son səhifələrdə digər yazıların arasında “ört-basdır” olunmasın,
əksinə, ilk səhifələrdə verilsin. Əgər çox ciddi qeyri-dəqiqliyə yol vermi-
sinizsə, onda bu məsələyə aydınlıq gətirmək üçün yeni bir yazı yazmaq-
dan çəkinməyin.
Amerika – Azərbaycan: təcrübələrin müqayisəsi
Amerika təcrübəsində bir çox qəzetlərin qərarlaşmış düzəliş səhifələri
var. Məsələn, “Nyu York Tayms”ın düzəlişləri üçüncü səhifədə yerləşdirilir.
Öz nüfuzunu əziz tutan və qoruyan qəzetlər, bir qayda olaraq, düzəlişləri ilk
səhifələrə çıxarır, onları qəzetin son səhifələrində ört-basdır etmirlər. Bu
həm də oxucuya hörmətin təzahürüdür. Oxucu düzəlişi axtarmaq üçün bütün
qəzeti ələk-vələk etmir.
Azərbaycan milli mətbuatında səhvlər barədə qəzetin növbəti sayında
məlumat verilsə də, düzəlişlər üçün xüsusi səhifə ayrılmayıb.
_______________________________________________________
Amerika – Azərbaycan: təcrübələrin müqayisəsi
3.
Vicdanlılıq
Sizcə, fakta təməllilik və dəqiqlik vicdanlı olmaqdırmı? Xəbər fakta
əsaslanmış və dəqiq ola bilər, amma vicdanlı olmaya bilər. Dəqiqlik və
Vicdan bir-birinə çox yaxın mənalar daşısalar da, eyni deyillər. Vicdanlı
olmaq yalan və uydurmaya yol verməmək, Allahdan qorxmaq və yalnız
olaya birbaşa dəxli olan faktlardan yararlanmaqdır.
Vicdanlılığı hadisənin dəqiq xəbərlənməsi deyil, onun necə
xəbərlənməsi, hansı baxış bucağından təqdim olunması müəyyənləşdirir. Siz
qəsdən vacib faktı unudub, ikinci dərəcəli faktı qabarda bilərsiniz. Yaxud
münaqişəyə cəlb olunmuş tərəflərdən birinin mövqeyi açıqlamaya bilərsiniz.
Elə buna görə də vicdanlılıq həm də hadisəni müxtəlif baxış bucaqlarından
təqdim etmək cəhdi, balansı - tarazlığı gözləmək deməkdir.
4.
Balanslılıq
Balanslı olanda vicdanlı olmaq çətin deyil. Balanslılıq plüralizm,
çoxsəslilik, baxış müxtəlifliyidir. Balanslılıq başlıca qaynaqdan götürülmüş
hakim baxışla yanaşı, əks (alternativ), fərqli və tamamlayıcı baxışların
xatırladılmasıdır.
Balanslı və vicdanlı olmaq siyasi hadisələrin, xüsusilə seçki kampani-
yalarının işıqlandırılmasında çox vacibdir. Bu, o demək deyil ki, hamıya
eyni dərəcədə yer verilməlidir. Bu, o deməkdir ki, hamıya eyni imkan veril-
məlidir ki, öz mövqeyini açıqlaya bilsin. Əgər bir tərəf digərini ittiham edir,
nədəsə suçlayırsa, onda siz qarşı tərəfin də mövqeyini bildirməsinə, onun
özünü müdafiə etməsinə şərait yaratmalısınız. Balanslı olanda tərəfsiz olur-
sunuz, çünki bir yox, bir neçə tərəfə, yaxud bütün tərəflərə söz verirsiniz.
Qərəzsiz olmadan tərəfsiz olmaq mümkün deyil.
Yaddaş: Balansa necə çatmalı ?
•
Bütün tərəflərin rəylərinin əks olunmasına çalışın. Birmənbəli
xəbərlərlə işləyəndə ehtiyatlı olun. Mütləq digər tərəfin
mövqeyini öyrənin.
•
Hadisənin iki yox, bəzən bir neçə tərəfi ola bilər. Əmin olun ki,
aşkar və gizli bütün məqamlar nəzərdən qaçırılmayıb.
•
Maliyyə marağınız olan hadisələr barəsində yazmayın.
•
Ətrafdakılara istənilən məsələdə tərəfkeş mövqe tutmağınız,
neytral olmamağınız barədə mülahizələr yürütməyə imkan
verən addımlar atmayın. Məsələn, maşınına və ya yaxana hər
hansı bir siyasi aksiyanı, ya da partiyanı dəstəklədiyini bildirən
nişanlar taxma.
•
Xəbər otağında, yaxud başqa bir yerdə uzun-uzadı rəy bildirən
söhbətlərə qoşulma.
•
Yazmaq istədiyin təşkilatlardan və insanlardan heç zaman pul
alma! Pul əvəzinə hər hansı bir hədiyyə, yaxud xidmət qəbul
edilməsi də yolverilməzdir.
Dostları ilə paylaş: |