Bəs bu həqiqətin özünə necə çatmalı? Obyektivliyə necə nail olmalı?
Resept çox sadədir: faktı rəydən ayırmalı. Nə qədər asan görünsə də, ona
əməl etmək, son nəticədə obyektiv olmaq bir o qədər çətindir.
Elə buna görə də jurnalistikada obyektivlik həqiqətin özü qədər əzəli,
əbədi, əlçatmaz, hər zaman dildədir.
Yeni jurnalistika
Ötən əsrin 60-cı illərində obyektivlik yenidən mübahisə mövzusuna
çevrildi. Səbəb medianın Vyetnam müharibəsinin sonlarında Amerika
ictimai rəyinə təsiri idi. Bu illərdə jurnalistikanın cəmiyyətdə hansı rolu
oynaması elmi mübahisələrin mərkəzində durur. Nəticədə “Yeni
jurnalistika” anlayışı yaranır. Yeni jurnalistikanın tərəfdarları ənənəvi
jurnalistikadan imtina edərək belə bir iddiada bulunurdular ki, jurnalistlər
rəsmi informasiya kanalı rolunu oynadıqları üçün söz azadlığını həyata
keçirə bilməzlər. Yeni jurnalistikanın hadisələrə yanaşma tərzini müvəkkil
və müxalif jurnalistika bölüşürdü.
•
Müvəkkil jurnalistikanın tərəfdarları obyektivliyin əlçatmaz
olduğunu söyləyir, həmkarlarını obyektivliyə cəhd göstərməkdən belə
çəkindirirlər. CNN reportyoru Kristin Amanpur müvəkkil jurnalistika-
nı belə izah edir: “Obyektivliyin klassik təyinatı neytrallıq deməkdir.
Bir sıra hallarda neytrallıq göstərmək şərə müttəfiqlik etməyə bərabər
tutula bilər”.
19
•
Müxalif jurnalistika siyasi lider və institutlar, xüsusilə də prezident-
liklə daim müxalifətdədir. Müxalif jurnalistika mətbuatın muxtariyyəti
məsələsini gündəmə çıxardığı üçün Amerika jurnalistikasında özünə
xeyli ardıcıl tapsa da, bir müddətdən sonra o, elə jurnalistlərin özləri-
19 Ricchairdi S. “Over the Line?” // American Journalism Review, 1996, V.18, p. 28..
nin tənqidinə məruz qaldı. Amerika Qəzet Redaktorları Cəmiyyətinin
sədri M.O’Nil 1982-ci ildə bu cərəyana münasibətini bildirərək yazır-
dı: “Biz hökumətlə sülh bağlamalıyıq. Biz düşmən olmamalıyıq... Biz
iştirakçı və əbədi müxalifət deyil, müşahidəçi olmalıyıq”.
20
Ötən əsrin sonlarında jurnalistikaya baxışlar yenidən dəyişməyə
başladı. Bu dəfə mübahisələrin mərkəzində bir məsələ dururdu: jurnalistika
sağlam demokratiyanın varlığı üçün nə dərəcədə önəmlidir. “ ctimai” və ya
“Sivil jurnalistika” adlanan bu ən yeni jurnalistika iki ideya üzərində quru-
lub. Birincisi, cəmiyyətdə demokratiya lazım olduğu səviyyədə deyil.
kincisi, jurnalistika bu məsələnin həllində məsuldur, o, nəsə etməlidir.
•
ctimai və ya sivil jurnalistikanı ənənəvi jurnalistikadan fərqləndirən
iki əsas cəhət var. Sivil jurnalistikaya görə, ictimai həyat öz sözünü
deməlidir. Onun varlığında, yaşayıb işləməsində jurnalistikanın öz ro-
lu var. Ənənəvi jurnalistikanın fikrincə, ictimai həyatın mövcudluğu
gözəl olsa da, onun yaşaması üçün jurnalistlərin cəhd göstərmələrini
düşünmək belə təhlükəlidir. Sivil jurnalistika düşünür ki, cəmiyyətdə
nəsə mühüm bir dəyişiklik baş verməlidir, çünki jurnalistika hal-hazır-
da işləmir. Ənənəvi jurnalistika fərqli düşünür: jurnalistikanın ənənə-
ləri gözəldir. Yalnız təcrübənin bir qədər təkmilləşməyə ehtiyacı var.
21
Bəs müasir Azərbaycan jurnalistikasının inkişaf meylləri hansılardır?
20 Davis R. The Press and American Politics: the New Mediator. New Jersey: Prentice Hall, 1998, 358 p.
79.
21
Brooks S.B., Kennedy G., Moen R.Daryl, Ranly D. News Reporting and Writing., NY,
Bedford/St.Martin’s, 2002. p. 11.
Təcrübəni bölüşənlər
Elçin Şıxlı (1957) Dillər Universitetini bitirib. Peşəkar jurnalist
fəaliyyətinə
1989-cu
ildən
başlayıb.
“Ayna”–“Zerkalo”
qəzetinin
yaradıcılarındandır. 2001-ci ildən bu qəzetin baş redaktoru, 2006-cı ildən
Azərbaycan Jurnalistlər Birliyinin sədridir. E. Şıxlı müasir Azərbaycan
mətbuatının inkişaf meylləri barədə mülahizələrini bölüşür:
Müasir Azərbaycan mətbuatının inkişaf meylləri haqqında söz açmaq
üçün ilk növbədə onun kəmiyyət göstəricilərinə nəzər salmaq lazımdır. Hal-
hazırda Azərbaycanda 3 mindən artıq K V qeydə alınmışdır. 8 milyonluq
Azərbaycan üçün bu rəqəmin çox olduğunu söyləsək, zənnimcə, yanılmarıq.
Bununla yanaşı, onu da söyləmək olar ki, bu qədər çap məhsulunun varlığı
ölkədə fikir rəngarəngliyi və plüralizminə dəlalət edir. Bu fikrin nə qədər
doğru olub-olmamasını qəbul etmək üçün müəyyən araşdırmalar və müqayi-
sələrə müraciət etmək lazım gələcək.
Gəlin “Azərbaycan mətbuatı nədir ?” sualına cavab vermək üçün onun
təqribi təsnifatını aparmağa cəhd edək. Zənnimcə, müasir mətbuatımızı bir
neçə qrupa ayırmaq mümkündür. Əvvəlcə mətbu orqanları müstəqil və
qeyri-müstəqil qruplara bölək. Müstəqil deyəndə heç kimdən iqtisadi və ide-
oloji cəhətdən asılı olmayan nəşrlər nəzərdə tutulur. Belələri barmaqla sayıla-
caq dərəcədə az olsa da, xoşbəxtlikdən hələ tam məhv olub getməyiblər. Bu
nəşrlərin əsas prinsipi söz azadlığını söz sərbəstliyinə qurban verməmək
şərtilə fikir plüralizmini qoruyub saxlamaqdır. Onların qəzet işinə yanaşma
tərzinin bir özəlliyi də gördükləri işin, sözün əsil mənasında, bir biznes növü
olduğuna əminlikdir. Bu, bütün mədəni ölkələrdə mövcud olan jurnalistika-
nın təməl prinsipidir: söz azadlığı və fikir plüralizmi.
Dostları ilə paylaş: |