Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

 
100 il əvvəl Fakt, Fikir və onların yeri barədə... 
 “Bizlərdə ibarət ilə danışmaq adət olduğuna məktubat göndərənlərimizin 
çoxu  səy  edir  ki,  kamallı  söz  yazsın  və  əxbarat  yazmağı  eyib  bilir. 
Məsələn,  Zəkərtala  şəhərində  olan  yanğı,  rəvanda  və  Cavadda  olan  sel 
və  qeyri  barəsində  yazmırlar,  amma  yazırlar  ki,  imam  Cəfər  vaxtında 
teleqraf  var  idi.  Dustan,  ibarət  ilə  yazılan  tulani  mətləb  jurnalda  çap 
olunur, qəzetdə ona yer olmur”.                                                                  
Həsən bəy Zərdabi, 
Əkinçi” qəzetinin oxucularına, 9 avqust 1876-cı il 
 
Bir medalın iki üzü, yaxud 2 “F”-dən biri:  
Fakt ya Fikir jurnalistikası? 
 
stənilən  işin  uğuru  məqsədin  dəqiqliyindən  xeyli  dərəcədə  asılıdır. 
Jurnalistika da istisna deyil. Jurnalistikaya qədəm qoyanda nə ilə məşğul ola-
cağımızı  biləriksə,  bu,  gələcək  işimizi  yarıbayarı  asanlaşdırar.  “Nə  ilə” 
deyəndə  2  “F”-dən  birini  –  “Fakt  ya  Fikir  jurnalistikası?”  dilemmasını 
nəzərdə  tuturam.  Əgər  biz  xəbərçiliyi  seçiriksə,  bizim  işimiz  fakt 
jurnalistikasında,  iş yerimiz  qəzetin  Xəbər  otağında,  xəbərlərimizin yeri isə 
qəzetin  Xəbər  səhifəsindədir.  Yox,  məqsədimiz  köşə  yazıları  yazmaq, 
hadisələrə  öz  münasibətimizi  bildirməkdirsə,  bu  zaman  işimiz  fikir 
jurnalistikası,  yerimiz    fikir    otağı,    məqalələrimizin  yeri  isə  qəzetin  Rəy 
səhifələrində olmalıdır.  
 
 
 


 
 
Fikir ya Rəy jurnalistikası? Hansı termini işlətməli? 
        Fikir  azaddır.  Hamının  öz  fikri  ola  bilər.  Heç  kim  bizim  fikirlərimizə 
nəzarət  edə  bilməz.  Heç  kim  hələ  dilə  gətirməmişiksə  nə  fikirləşdiyimizi 
deyə bilməz. Elə ki fikir dilə gətirilir və ya qələmə alınır o, fikirlikdən çıxır, 
rəyə  çevrilir.  Ona  görə  də  qəzetin  fikir  yox,  rəy  səhifələri  olur.  Yəni 
fikirlərin maddiləşdiyi səhifə. Fikir otağında çox şey fikirləşilə, saysız rəylər 
səslənə  bilər.  Amma  onların  hamısı  qəzet  səhifəsinə  çıxarılıb  oxucu 
mühakiməsinə verilmir. Oxucuya nəyi verməli məsələsini redaksiya siyasəti 
müəyyən edir.  
Elə  buna  görə  də  qəzetin  münasibətini  bildirən  yazılara  (editorial)  baş 
məqalə və ya redaksiya yazıları deyilir.  
 
 
Qəzetin Xəbər və Rəy səhifələrinə bölünməsi Qərb jurnalistikası üçün 
norma  olduğu  halda,  keçid  demokratiyası  ölkələrinin  jurnalistikası  üçün 
adətən istisnadır. Bu ölkələr üçün xarakterik olan ümumi cəhət məhz fakt və 
rəy jurnalistikasının bir-birindən dəqiq ayrılmaması, nəticədə qəzetin 2 “F”-
in  həftəbecərinə  çevrilməsidir.  Azərbaycan  mətbuatında  səhifələr  adətən 
mövzulara  görə    bölünür:  Siyasət,  qtisadiyyat,  Sosium,  Mədəniyyət, 
Gündəm və s. “Exo” qəzetinin eyni səhifəsi “Faktlar və rəylər” adlandırılır. 
Oxucu bu səhifədə həm xəbər oxuyur, həm rəy, bəzənsə bunların hər ikisinin 
qarışığını.  
 
Bu  qarışıqlığı  aradan  götürmək  yollarından  biri  qəzetin  strukturunda 
faktla  rəy jurnalistikası  arasında dəqiq  sərhəd qoymaqdır.  Yəni  qəzetin  Xə-
bər otağı Redaksiya otağından ayrılmalı, hər otağın öz redaktorları və bura-
xıcı redaktorları olmalıdır. Redaksiya səhifəsinin redaktoru xəbərləri redaktə 


etməməlidir.  Heç  olmasa,  ona  görə  ki  o,  kiminsə  şəxsi  mülahizələrindən 
təsirlənərək bunu xəbərin redaktəsi zamanı ixtiyarsız biruzə verə bilər.  
ndi  isə  Qərb  və  Azərbaycan  təcrübəsində  qəzetin  strukturunu  müqayisə 
edək.  
Sxem 1. Amerikada qəzetin strukturu:
9
 (Əlavə 1) 
Sxem  2.  Azərbaycanda  qəzetin  strukturu:  (“Ayna”  –  “Zerkalo”  qəzetinin 
əsasında) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                  
9
 Brooks S.B., Kennedy G., Moen R.Daryl, Ranly D. News Reporting and Writing., NY, 
Bedford/St.Martin’s, 2002. p. 32. 
 
Baş 
redaktor 
 
Reklam 
şöbəsi 
Məsul 
katib  
Texniki 
şöbə 
qtisadiyyat 
şöbəsi 
Baş 
redaktorun 
müavini 
Siyasət 
şöbəsi 
nformasiya 
şöbəsi  
Məsul 
redaktor  
Build 
redaktor 
Sosial 
problemlər, 
mədəniyyət 
şöbəsi  
Kriminal 
xəbərlər 
şöbəsi 


Yaddaş:  Faktları rəydən necə ayırmalı? 
Balanslı, neytral ton seçin: 

 
Oxucularınızın  rəydən  azad  faktlar  əsasında  hadisə  barədə  öz 
fikirlərini formalaşdırmaq hüququna hörmət edin.  

 
Hadisənin  bütün  tərəfləri  ilə  bağlı  araşdırma  aparın,  nəticələrin 
hamısını əks etdirin. 

 
Bütün tərəflərin mənbələri ilə bərabər işləyin. 

 
Məqalədə  bütün  tərəflərin  bərabər  təmsil  olunmasına  çalışın. 
Rəğbət  bəslədiyiniz  tərəfə  daha  çox  istinad  edib,  digər  tərəfin 
mövqeyini danmayın. 

 
stinadlardan kontekstə görə istifadə edin.  

 
Mənbələrdən dəqiq və dolğun istifadə edin.  stinadları göstərin. 

 
Fikirləri Rəy, xəbərləri Xəbər səhifələrində yazın. 
   Münasibət bildirən ifadələrdən qaçın: 

 
Neytral  ifadələr  işlədin:  “iddia  edir”  əvəzinə  “deyir”,  “israr  edir” 
əvəzinə  “qeyd  edir”,  “Hökumət  verginin  qaldırılmasından  imtina 
etdi”  əvəzinə,  “Verginin  qaldırılmasının  əleyhinə  səs  verdilər” 
yazın.  Nəyinsə    baş  verməsini  “gözlənilməz”    hadisə  kimi 
qiymətləndirməkdənsə “hadisənin gündəliyi dəyişdi” yazın. 
   Maraqlar münaqişəsindən qaçın:  

 
Hər  hansı  bir  təşkilatla  əlaqədə  olub  onun  maraqlarının  müvəkkili 
kimi çıxış etməyin.  

 
Maliyyə maraqlarınız olan məsələ barədə yazmayın. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə