dinləyicilər andlı iclasçılardır ki, bu məhkmənin qərarına (hökmünə) birbaşa
təsir göstərə və onu hamının hesablaşdığı hakimə çevirə bilərlər. Biz heç
kimi əvəz etmirik. Biz görüb-sezmədiyimizi, bilib söyləmədiyimizi və öz
gördüyümüzü, yardımınızla öyrənib üzə çıxardığımızı yazırıq”. Biz hamıyıq
və biz heç kimik. Bizi sevmirlər, bizdən qorxurlar, bizlə hesablaşmağa
məcburdular. Biz dəyişirik və dəyişdiririk. Biz daha yaxşısına çatmalıyıq.
B Z JURNAL STLƏR K .
Reportyorluq, jurnalistika iki böyük, önəmli bacarıq, vərdiş tələb edir.
Bunun birincisi, informasiya toplamaqdı. Uluslararası təcrübədə buna
“reporting” deyirlər. Cəmi bir ildən sonra professional jurnalist
fəaliyyətinizə “reporting”lə başlamalı olacaqsınız. Redaksiyanın təzə
əməkdaşı olacaqsınız. Təbii, yavaş-yavaş sizin də başqa əməkdaşlar kimi öz
informasiya qaynaqlarınız yaranacaq. Bunların içində yaxın dostlarınız,
keçmiş tələbə yoldaşlarınız, işdəki həmkarlarınız, oxuduğunuz az-çox
kitablar, internetdən faydalanırsınızsa, bəzi yenilik saytları olacaq. Bu
qarmaqarışıq səsləri necə sistemləşdirməli, qaydaya salmalısınız? şinizi
necə asanlaşdırmalısınız? Cavab düşündüyünüzdən sadədi: işimizin uğurlu
olması üçün bizlər, jurnalistlər, analitik düşünüşə malik olmalıyıq. “Analitik
düşünüş” bir az qorxunc səslənsə də, qorxmayın! BDU-nun jurnalistika
fakültəsində dərs dediyim təcrübədən belə nəticə çıxarmışam ki, sırf
humanitar yönümlü təhsil jurnalistlər üçün ən optimal təhsil üsulu deyil.
Jurnalistika olaylara daha dəqiq, məntiqli, analitik yanaşma tələb edir.
Fikrimcə, jurnalistika ilə hansısa dəqiq elm sahəsində ciddi təhsil aldıqdan
sonra məşğul olmaq daha ağlabatan variantdı. Amma ruhdan düşməyə
dəyməz. Bütün başqa şeylər kimi analitik düşünüş tərzini də sonradan
qazanmaq olar. Məntiqlə, sosiologiyanın metodikası, ritorika, riyazi
modelləşdirmə ilə bağlı çoxlu ədəbiyyat oxuyun. ntellektual oyunlar
oynayın. Beyninizi paslanmağa qoymayın. “ Boz maddə”nizi xərcləyin.
Seçdiyiniz peşənin ikinci aspekti daha da sadə səslənir: siz ünsiyyətcil
olmalısınız. Bu, sizin daha bir peşə standartınızdı. Futbolçunun yaxşı oyun
texnikası, riyaziyyatçının məntiqi, evdar xanımın yaxşı yemək bişirməyi,
sizinsə “şeytan tükünüz” olmalıdı. Siz adamlarda simpatiya doğurmalısınız.
Boynumuza alaq ki, öncədən bizim peşəyə münasibət birmənalı deyil. Bu
birmənalı
olmayan
münasibəti
aşmalı,
keçməli,
özünüzə
rəğbət
qazandırmalısınız. Biliyinizlə, peşə əxlaqınızla, düzgünlüyünüzlə. Sizin
qaynaqlarınız sizə bel bağlaya bilməlidirlər. Onlar sizinlə əməkdaşlıqdan
ziyan çəkməməlidirlər. Toplumda yaxşı reputasiya çox şeyə dəyər. Onu
qiymətləndirin. stənilən situasiyada “üzünüzü” itirməyin. Həyatda elə
şeylər var ki, heç cür yenidən qazanılmır. Bunu unutmayın. Yaxın
keçmişdə bir essemdə yazdığım kimi: “Xidmət edərkən avtobioqrafiyanızı
unutmayın”.
Yəqin, spiralvari inkişaf haqqında eşitmisiniz. Sivilizsiya eyni olaylara
daha yüksək səviyyədə bir də qayıdır, spiral üzrə. Əslində, “doğuluş-yaşam-
ölüm” – bu üç böyük olaydan başqa, heç nə dəyişmir. Bizim, bir də
yaşadığımız toplumun bu olaylara baxışı dəyişir. Yaşam öz əhəmiyyətinə,
həcminə, xarakterinə görə, rəngbərəng faktlar okeanıdı. Bunların çoxu bir
birilə əlagədə mövcuddu. Jurnalist faktları rəngli kaleydoskopdakı kimi yeni
düzümdə birləşdirməyi bacarmalıdı. Fakt axtarışına kreativ, yaradıcı
yanaşmalidi. Dyu Qarın “Tobo ailəsi” romanından xatırlayırsıniz ?
“Yaşam dənizinə baş vurun. Yalnız o sizi böyük yola çıxaracaq. Səhərdən
axşama təpik döyün, bir şeyi belə buraxmayın. Gözlərinizi geniş açın.
Sivilizasiya özü ilə nə gətirirsə gətirsi, xeyir ya şər, ağla sığmayan,
xəyallarda olmayan hər şey, baxın, baxın, baxın! Və bəlkə də, siz bundan
sonra adamlar, cəmiyyət, özünüz haqqında nəsə bilirəm deyə bilərsiniz”.
Qeybətcildən fərqli olaraq, jurnalist əldə etdiyi informasiyaları
çeşidləyir, müəyyənləşdirir ki, o nə dərəcədə qiymətli və gerçəkdi.
Yeniliklər – qaynar xəbərdir, yaxud soyuq – fərqi yoxdur, dəqiq olmalıdı.
Jurnalist materialı üçün yalnız lazımı faktları toplamaqla kifayətlənməməli,
həm də onları istifadə etməkdən öncə yoxlamalıdı. Jurnalistlər adətən
informasiyanın düzgünlüyünə əmin olmaq üçün onu bir neçə dəfə yoxlayır,
şahidlərin olay haqqında bilgılərini alırlar. Bəzi halları çıxmaqla onlar öz
informasiya qaynaqlarını göstərirlər.
MARAQLIDI
Maneəsiz, sağlam informasiya axınını təmin etmək üçün ABŞ yaradıcıları
əsas insan hüquqları siyahısına mətbuat azadlığını da daxil etmişdi. Yeri
gəlmişkən, Amerika Konstitusiyasına ilk düzəliş də bununla bağlı idi.
Məşhur “FIRST AMENDMENT” - Birinci düzəliş .“Konqres söz, yaxud
mətbuat azadlığını məhdudlaşdıran heç bir qanun qəbul edə bilməz”.
Yaxşı, gerçəkdən maraqlı materiallar yalnız o vaxt meydana gəlir ki,
jurnalist geyri- standart qaynaqlara müraciət edir. Digər tərəfdən
“informasiya axtarışında pintilik, məsuliyyətsizlik ona gətirir ki, jurnalist
cəmiyyəti dezinformasiya edir, insanların inamını qırır”.
nformasiya axtarışı müəyyən mənada həm də elmdir, hər bir jurnalist
öz üslubu, informasiya qaynaqları ilə öz iş texnologiyasını formalaşdırır.
Təcrübəni bölüşənlər
Dostları ilə paylaş: |