•
Emosionallıq. Soyuq xəbər yenidən canlandırılan xəbərdir. Bütün
canlılar kimi onun gözü, qulağı, burnu, ağzı və əlləri olmalıdır. Yəni
oxucu onunla görməli, eşitməli, iyləməli, dadmalı və duymalıdır.
•
Üslubun fərdiliyi. sti xəbərin həndəsi həlli çevrilmiş piramidadırsa,
soyuq xəbər piramida deyil. Soyuq xəbərin həndəsi təsviri bütün
fiqurlar ola bilər: romb, düzbucaqlı, qum saatı (iki üçbucağın
birləşməsi) və s. Çünki o, fərdi üslubdan yaranır.
Yuxarıda sadalanan 4 cəhətin hamısı bir yazıda eyni dərəcədə əks
oluna bilməz. Soyuq xəbərin növündən asılı olaraq bu cəhətlərin hansısa
qabardılır, hansısa daha zəif verilir. Bəs soyuq xəbərin növləri hansılardır?
Soyuq xəbərin növləri
•
sti xəbərdən yaranan soyuq xəbərlər analitik xarakterli olub
hadisə baş verdikdən sonra onun başvermə səbəblərini və s. daha
dərindən araşdıran, çoxsaylı mənbələrə əsaslanan geniş xəbərdir
(Örnək 1).
•
nsanları maraqlandıran mövzulara həsr edilmiş soyuq xəbərlər
mövzu rəngarəngliyi ilə seçilir: uşaqlar, gənclər, qocalar, canlı aləm
və s. Bir sözlə, sevinc və kədər doğuran, insanların hiss və
həyəcanlarını riqqətə gətirən hadisələr barədədir (Fəsil 1, Örnək 4).
•
nsanın portreti cizgilənən soyuq xəbərlər. Onlara Qərb
jurnalistikasında “profile” (profayl), biz də isə “portret oçerk”
deyirlər.
•
Səfər təəssüratları soyuq xəbərlərin geniş yayılmış növlərindəndir.
•
Araşdırma yazıları – jurnalist təhqiqatını soyuq xəbərin zirvəsi
hesab etmək olar.
34
Bu yazıları yazma texnikası ilə “Araşdırma
jurnalistikası” bölümündə tanış olacaqsınız.
Təcrübəni bölüşənlər
Azad Şərif (1930) Azərbaycan Dövlət Konservatoriyasını və Azərbaycan
Dövlət Universitetini bitirib. 45 ildir ki, mətbuatdadır. “Molodyoj
Azerbaydjana” qəzetinin baş redaktoru, “Vokruq sveta” jurnalının baş
redaktor müavini, “ zvestiya” qəzetinin Türkiyə, ran və Əfqanıstanda
müxbiri, “Azərinform”un baş direktoru vəzifələrində çalışıb. 1992-93-cü
illərdə “Qaradağneft”də fəhlə işləyib. Azərbaycanın Əməkdar jurnalisti, 20-
dən çox kitab müəllifidir. Hazırda Qərb Universitetində dərs deyir.
lk alpinist oçerklərini hələ 19 yaşında “Molodyoj Azerbaydjana” üçün
yazan Azad Şərif bu gün də sevimli janrına sadiqdir. Onun 2005 və 2006-cı
illərdə çıxan “Geriyə baxmaq zamanıdır” və “Geriyə baxmalı, amma
dayanmamalı” kitablarında son illərdə respublika mətbuatında çıxan 120-dən
çox oçerki toplanıb. Ustad jurnalist Azad Şərif soyuq xəbəri necə “isitməsi”
barədə təcrübəsini bölüşür:
Mən hər gün, hər axşam yazıram. Bu, mənim həyatımdır. Yazmasam,
ölərəm. Bilirəm ki, qələmim susanda ürəyim də susacaq. Mənə yazmaq üçün
sadə bir bəhanə kifayətdir. Universitetdə dərs deyirəm, gənclərlə daim
ünsiyyətdəyəm. Tələbələr keçmişi yaxşı bilmirlər, məsələn, onlar üçün
Bülbülün, ya Niyazinin adı az söz deyir. Amma mən biləndə ki, Bülbülün
yubileyidir, bu, Bülbülün şəxsiyyətinə qayıtmaq, onun haqqında xatirələrimi
bölüşmək üçün bir fürsətdir.
34
Eng P., Hodson J. Reporting and Writing News a Basic Handbook. Bangkok, Artasia Press
Company, 2001, p.75
... 2002-ci ilin yayı idi. “Elm və həyat” nəşriyyatının direktoru Cəmil
Əlibəyovun kabinetində Azərbaycan Sovet Ensiklopediyasını vərəqləyirdim.
Gözümə tanış familiya dəydi: “Tağıyev Eyyub smayıl oğlu. Moskva Neft və
Sənaye Kimyası nstitutunun prorektoru, professor. 1912-ci il yanvarın 27-də
Bakıda doğulub, 1967-ci il yanvar ayının 17-də Moskvada vəfat edib”.
Bu ad yaddaşımda iki xatirəni göyərtdi: Eyyub Tağıyevlə 1960-cı ilin
aprelində Bakıda Azərbaycan SSR-in 40 illik yubileyində tanış olmuşdum. Üç
dəfə Stalin mükafatı alan həmyerlimiz biz, jurnalistlərin, diqqətini çəkməyə
bilməzdi... kinci xatirəni köhnə dostum, tanınmış alim mran Cəfərov
danışmışdı. O, 1986-cı ildə Sovet nümayəndə heyətinin tərkibində Kəlküttəyə
gedəndə ev sahibləri qonaqlardan birinin Azərbaycandan olduğunu eşidir və
hamını şəhərin mərkəzi parklarından birinə aparırlar. Burada Eyyub Tağıyevin
qara mərmərdən yonulmuş büstü qoyulmuşdu. Metryarımlıq pyedestalın üzərinə
qızılı hərflərlə yazılmışdı: “Hind neftinin atası”. Mən ensiklopediyanı vərəqləyə-
vərəqləyə bu iki epizodu xatırladım və həmyerlimiz Eyyub Tağıyev haqqında
yazmağa qərar verdim. Bu, çətin bir iş idi. Eyyub Tağıyev 1967-ci ildə
dünyasını dəyişmiş, həyat yoldaşı və oğlu da dünyadan köçmüşdülər. Moskvada
onun yeganə yadigarı – qızı Elmiranı tapdım. O, mənə atasının arxivini verdi.
Burada nələr yox idi. Həmyerlimizin portretini cizgiləmək üçün yeni faktlar üzə
çıxardım. Tağıyev təkcə Hindistanda deyil, həm də Braziliyada neft yataqlarının
tapılmasında əvəzsiz xidmətlər göstərmişdi. çəri şəhərdə doğulan, çəri Şəhərə
indiki Sabir bağının yanından qapı açdırmağa nail olan tacir Hacı Zeynalabdin
Tağıyevin (o, məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin adaşı idi) nəvəsi,
əfsanəvi neftçi Eyyub Tağıyev haqqında sənədli povest belə yarandı. 2003-cü
ildə “Bakılı neft kralı” əsəri işıq üzü görənə qədər Eyyub Tağıyev barədə silsilə
oçerklərim respublika mətbuatında çıxmışdı...
Dostları ilə paylaş: |