Günlərin birində, reportyor işlədiyim vaxtlarda Xarici
şlər
Nazirliyinə rəsmi bir tədbiri işıqlandırmaq üçün dəvət olunmuşdum. Nazirin
qonaqlarla görüşü ləngiyirdi. Qədim binanın hündür divarlarını bəzəyən
rəsm əsərlərinə baxmaqdan xoş bir məşğuliyyət tapa bilməyəndə heç ağlıma
da gəlməzdi ki...
“Bağda çayxana” və “Şərq bazarı”... Yaddaşıma ömürlük köçən
əsərlər, səhv etmirəmsə, belə adlanırdılar. lk baxışda adi və sadə mövzular.
Siz bu mövzularda əsər yaratmalı olsa idiniz, nə çəkərdiniz? Gül, bülbül,
samovar, satıcılar və Şərq nemətlərinin ağırlığına davam gətirməyən dolu
piştaxtalar, yoxsa daha nələr?...
Rəssamsa çayxananı çiçəklənən ağacların başından çəkmişdi.
Təsəvvür edirsinizmi, çayxanaya küçədən, yoldan keçəndə baxmayasan,
yuxarıdan ağacların arasından baxasan və gözünə birinci sataşan nəhəng,
ağır, qədimi mis samovarın üstünə dəmə qoyulan güllü çaydan ola. Sonra isə
çayçının məmnun və bahar çiçəkləri kimi təravətli çöhrəsi, bir də ağaclar...
Bu tabloda baharın müjdəsi ağacların təpəsindən, pöhrələnən yarpaqlar
arasından görünən samovar idi...
...Məscidin minarələrinə həmişə aşağıdan yuxarıya baxmağa adət
etmişik. Bəs yuxarıdan – mələklərin qanad çaldığı səmadan minarə necə
görünür? Rəssam Şərq bazarına göy üzünün bircə ona bəlli olan qatından
baxırdı. Əvvəl minarələrin içi, sonra bu minarələrin ayaqları altına sərilmiş
şəhər və bolluq süfrəsi kimi açılmış Şərq bazarı...
Hər iki əsərin müəllifi xalq rəssamı Toğrul Nərimanbəyov idi. Mənə
elə gəlir ki, Toğrul Nərimanbəyov təkcə rəssamlara deyil, həm də
jurnalistlərə rakurs barədə ustad dərsləri keçə bilər. Bu əsərlərdən bizim bir
jurnalist kimi öyrənə biləcəyimiz məhz rakursun seçilməsidir.
“Rakurs” fransız sözüdür, foto və kinoçəkilişlərində qeyri-adi
perspektiv deməkdir. Belə bir perspektiv obyektə birbaşa deyil, fərqli baxış
bucağından – yuxarıdan və ya aşağıdan baxışı nəzərdə tutur.
35
Jurnalistikada
isə rakurs yazının təqdimatıdır. Biz yazını hansı baxış bucağından təqdim
ediriksə, oxucu da hadisəni o bucaqdan görür.
Əgər biz isti xəbər yazanda fokus axtarırıqsa, soyuq xəbər yazanda
rakurs axtarırıq. sti xəbərin lidi məhz bu fokusun əsasında yazıldığı kimi,
soyuq xəbərin lidi də rakurs əsasında qurulur. Elə buna görə də isti xəbərin
gücü fokusun dəqiqliyindədirsə, soyuq xəbərin gücü rakursun məharətlə
seçilməsindədir. sti xəbərdə oxucu özü xəbərin dalınca qaçdığı halda, soyuq
xəbərdə, əksinə, xəbər oxucunun ardınca qaçır. Lap reklam çarxlarında
olduğu kimi. Bu, soyuq xəbərin təbiətindən irəli gəlir. Axı xəbər soyuyub.
Demək, onu oxucu üçün ilginc, çəkici, maraqlı etmək, bir sözlə, “isitmək”
lazımdır. Qələmə almaq istədiyimiz hadisəni dərindən öyrənib yazını
başlamaq üçün elə bir məqam seçməliyik ki, həmin məqam oxucunun
diqqətini çəkməklə yanaşı, həm də yazının lokomotivi olsun, onu özünün
ardınca çəkib apara bilsin.
“Pasportsuz Yelizaveta ” yazısının lidi kimi:
2006-cı il iyulun ilk günü. Bakıdakı “Hyatt-Recensi” oteli. Otelə təşrif
buyuran qonaqlar Ülyahəzrət kinci Yelizavetanın rəsmi doğum günü ilə
ə
laqədar Əlahəzrət York Hersoqunun, sadə dillə desək, Böyük Britaniya
Kraliçasının oğlu Endrünün gəlişini gözləyirlər. Oğul da ki nə oğul.
Qonaqlar ondan kübar bir nitq gözlədikləri halda kraliçanın oğlu Milli
Məclisin sədri Oqtay Əsədovun yanında aldı, görək nə dedi.
“Bilsəydiniz, anamın ad gününü neçənci dəfədir ki, qeyd edirəm”, -
deməyə macal tapmayan kraliçanın oğlunun bu sözlərinə tədbirə təşrif
35
Slovar inostrannıx slov. S. 426.
buyuran azərbaycanlı qonaqlar duruxdular. Necə yəni neçənci dəfə? Bəs
dəvətnamənin üstündəki “rəsmi doğum günü ilə əlaqədar” yazısı və bu
ləzzətli yeməklərlə içkilərin mənası nədir?
Mərasimdən evə dönən kimi kitabları vərəqlədim və kraliçanın fiziki
nöqteyi-nəzərdən 21 aprel tarixində doğulduğunu, rəsmi doğum gününün isə
17 iyunda qeyd edildiyini öyrəndim...
36
Oxucunun diqqətini çəkən Endrünün sözləridir. “Bilsəydiniz, anamın
ad gününü neçənci dəfədir ki, qeyd edirəm”. Müəllif bu sözlərdən istifadə
edərək soyuq xəbəri “isitməyə” - 80 yaşlı Kraliça kinci Yelizavetanın
portretini cizgiləməyə keçir. Oğuldan – anaya rakursu oxucunu asanlıqla
2006-cı il iyul ayının biri Bakısından Böyük Britaniya və Şimali rlandiya
Krallığına keçirərək kraliçanın ömürlüyünün mühüm məqamları ilə tanış
edir. Bir sözlə, bu lid oxucuya uzağı yaxın edə bilir.
Bir qədər əvvəl təhlil etdiyimiz “Qafqazdakı hücumlar yeni qaçqın
dalğası yaradır” xəbərinə yenidən göz yetirək. 1993-cü ilin aprelində
ermənilər Kəlbəcəri ələ keçirəndə və bölgədə yeni qaçqın dalğası yarananda
“Nyu York Tayms”ın müxbiri hadisəni xəbərləyəndə məhz Murov keçidini
rakurs seçmişdi. Müəllif belə bir rakursla Amerikadan çox-çox uzaqlarda
baş verən hadisəni oxucusuna yaxınlaşdıra bilmişdi. Çünki amerikalı oxucu
Murov keçidi nədir bilməsə də, insan əzabı nədir, yaxşı bilir.
Foto və kinoda rakursu tapmağın öz texnikası var. Bəs jurnalistikada
rakursu – baxış bucağını necə tapırlar?
Yaddaş: Rakursu necə tapmalı
Yadınızda saxlayın: sti xəbərin fokusunu tapmaq üçün “Kim ?”, “Nə ?”,
36
Pasportsuz Yelizaveta, E. Şahinoğlu, “GÜN səhər”, 8-14 iyul 2006.
Dostları ilə paylaş: |