çıxır, oradasa heç kim yoxdur. Burada da eyni mənzərədir.
Beyrut kabusa dönmüş şəhərdir.
Keçid
abzası
Oxucu yazı ilə şəhərin qoxusunu duya da bilər. C. Qoldberq neft qoxusunu
Bakının ayrılmaz atributu kimi verir.
Örnək 7. Qlobal kapitalizmin sərt üzü. J. Qoldberq. “Nyu York Tayms”,
4 oktyabr 1998 (ixtisarla).
Azərbaycan Rusiyanın cənubu ilə ranın şimalı kimi narahat
bir məkanda yerləşən keçmiş Sovet respublikasıdır. O, ancaq
nefti ilə tanınır və neft iyi burada hər yerdən gəlir. Hətta bizi
Xəzərin üzərinə qaldırmaq üçün uğursuz cəhdlər göstərən
köhnə vertolyotun kabinəsindən belə.
Lid
Sovet istehsalı olan paslanmış M -8 yerdən 25 fut qalxsa da,
havadan asılıb qalıb. Biz buradan 15 mil uzaqda yerləşən Neft
daşlarına uçmalıyıq. Bu vertolyot Azərbaycan Hava yollarına
Aeroflotdan qalsa da, qənimətdən çox, ehtiyat hissələrinə
bənzəyir.
Keçid
abzası
Dialoqlar
Lidi çəkici edən elementlərdən biri də dialoqlardan istifadədir. Lid
birbaşa dialoqla başlaya bilər. Yaxud aşağıdakı misalda olduğu kimi, dialoqa
bir qədər sonra keçmək olar. Bu misalda lid müəllifin başına gələn hadisə ilə
başlayır, dialoqla davam etdirilir.
Örnək 8. Əhrari – azad insan. A. Bəşirli, “Dalğa”, 4-10 fevral 1992,
(ixtisarla).
Doxsanıncı ilin yayı idi. Yolum Respublika kitabxanasının
yaxınlığından keçirdi. Birdən nəzərlərimi qayım-qayım
qaynayan şəhərdə sakit-sakit gəzişən bir adam cəlb etdi. “Bu
odurmu? Özüdür ki, var. brahim Əhrari. şin tərsliyinə bax.
Nə söhbət edə bilərəm, nə də müsahibə almaq mümkündür.
Belə bir rəssamı tanıya-tanıya yanından laqeydcəsinə ötmək?
Bəs “xoş gəldin” demək necə?”
Ondan avtoqraf aldım...
Lid
-
əhvalat
-
brahim bəy, bu imza sizə nə deyir?
-
Deyir ki, mənimkidir.
Dialoq
brahim bəyin yadına düşdümü, düşmədimi, bir elə fərqi yox
idi, mən itmiş açarı tapmışdım. brahim bəyin sirli dünyasına
səyahət etmək üçün sehrli açarı.
Keçid
abzası
Bu lidə qarışıq lid də demək olar. O, eyni mövzu (rəssam brahim
Əhrari ilə görüş) ətrafında müxtəlif vaxtlarda (1990 və 1992-ci illər) baş
vermiş əhvalat və dialoq üzərində qurulub. Lidi yazma texnikasının iki
müxtəlif elementindən istifadə edilmiş bu lidə diqqətlə baxsaq, üçüncü bir
elementin işartılarını da görə bilərik. Bu, əhvalatın baş verdiyi səhnənin
canlandırılmasıdır: “Respublika kitabxanasının yaxınlığı, qayım-qayım
qaynayan şəhər, sakit-sakit gəzən” məşhur rəssam. Soyuq xəbərin lidində
müxtəlif canlandırma texnikalarından eyni zamanda istifadə edilməsi
tamamilə təbiidir. Sadəcə, bu zaman bir texnika daha güclü, digərləri isə
yardımçı olur. Örnək 4-ə bir daha göz yetirək. Səhnə yalnız insandan – kənd
məscidinin mürdəşirindən keçərək canlandırılır. Bu məqamda isti xəbərlə,
soyuq xəbərin lidini yazmaq texnikasında oxşar bir cəhətlə rastlaşırıq.
Yadınızdadırsa, isti xəbərin lidi altı əsas suala cavab versə də, əslində, bu
suallardan ancaq birinin cavabını qabardırdı. Soyuq xəbərin lidində müxtəlif
yazı texnikalarından istifadə edilsə də, hansısa bir texnika aparıcı olur.
“Nəyin üzərində dayanmalı ?, Nəyi vurğulamalı ?” sualına müəllif özü
seçdiyi rakursa əsasən, cavab tapır.
UNUTMAYIN: Ən uğurlu lid belə yalnız və yalnız yazının başlanğıcıdır.
Lidin uğurunu müəyyənləşdirən şərtlərdən biri də onun yazının əsas
hissəsinə nə dərəcədə uyğun gəlməsidir. Bir sözlə, lid əgər başdırsa, əsas
hissə gövdədir. Sənətkarlıq başın gövdə ilə harmoniyasını tapmaqdadır. Ən
gözəl başlar belə yalnız öz gövdəsində gözəldir. Sizcə, Mikelancelonun
Davidinin başını başqa bir heykələ yaraşdırmaq olardımı?
Üçüncü addım: liddən mövzuya keçməli
Bu yerdə Davidi deyil, Nefertitinin boynunu xatırlamaq yerinə düşər.
Yazının lidi ilə gövdəsi bir-birinə bu boyun kimi gözəl bir keçidlə
birləşməlidir. Jurnalistikada buna keçid abzası deyirlər. Keçid abzası lidlə
əsas hissəni üzvi şəkildə birləşdirən bağdır. Yuxarıdakı misallara bir daha
nəzər yetirək.
“Qafqazdakı hücumlar yeni qaçqın dalğası yaradır” xəbərinin keçid
abzası bir cümlədir: “Burada – Cənubi Qafqazda erməni silahlı
birləşmələrinin həftənin sonunda Dağlıq Qarabağı işğalı nəticəsində minlərlə
insan öz ev-eşiyindən didərgin düşüb, bölgədə yeni, misli görünməmiş
qaçqın böhranı başlanıb”. Bu cümlədə hadisənin baş verdiyi yer (Cənubi
Qafqaz, Dağlıq Qarabağ), zaman (həftənin sonu), səbəbi (erməni silahlı
birləşmələrinin işğalı), nəticə (minlərlə insan öz ev-eşiyindən didərgin
düşüb) göstərilməklə yanaşı, soyuq xəbərin məqsədi açıqlanır: “misli
görünməmiş qaçqın böhranı”ndan yazmaq. Çünki hadisənin təsir dairəsi
məhz minlərlə insanı əhatə edir. Bu misalda keçid abzası xüsusini – Murov
keçidini aşan 5 insanın faciəsini ümumi ilə birləşdirir.
Örnək 2-də “Sülh barədə danışmaq cəhdləri” xəbərində də xüsusidən
ümumiyə keçilir. Keçid abzası 7 qısa cümlədən ibarətdir: “O, Ağdamın
başına nələr gəldiyini sona qədər bilmir. Təqribən on il bundan əvvəl xanım
Hüseynova kimi 50 min azəri şəhərdən qaçdıqdan sonra şəhər talan edildi,
daşı daş üstündə qalmadı (hadisənin əhatə dairəsini açan qaynaq
informasiya). Bu gün Ağdam ürək ağrıdan xarabalığa dönüb. Uçmuş
divarları və metal yığnağını alaq otları basıb. Üstü naxışlı şəhər məscidi inək
sürüsünün ixtiyarındadır. Dağılmamış bir bina belə yoxdur (nəticələr,
bugünkü durum). Bu yerdə keçid abzası bitir. O, öz funksiyasını görüb. Yəni
hadisənin əhatə dairəsini, kontekstini açıqlayıb. ndi müəllif yazının əsas
hissəsinə keçir. Oxucu keçid abzasındakı sadalanan faktları Kerri
Kavanonun sürdüyü maşının pəncərəsindən görməklə yanaşı, eyni zamanda
ABŞ nümayəndəsinin münasibətini öyrənir: “Şəhər dünyanın ən böyük ev
anbarına çevrilib”, “Qaçqınlar bilirlər ki, Ağdam dağıdılıb, amma, məncə,
onlar şəhərin nə hala salındığını sonadək təsəvvür etmirlər. Geri dönəndə
bütün bunları görmək onlar üçün çox ağır olacaq”. K. Kavanonun
münasibəti yazının problemini açır: Sülh danışıqlarına nə mane olur?
Qaçqınların psixoloji durumu bu prosesdə nə dərəcədə önəmlidir? Xəbərin
əsas hissəsində – gövdəsində bu suallara müxtəlif mənbələrə üz tutaraq,
balansı gözləyərək cavab verilməlidir. Amma unutmayaq ki, bu cavablar
yetərli olmaya bilər. Axı istənilən problemin və hadisənin kökləri var. Bu isə
o deməkdir ki, problemi anlamaq, onun həlli yollarını tapmaq üçün bu gün
öyrəndiklərimizlə kifayətlənməməliyik, qaynaq informasiyaya üz tutmalıyıq.
Qaynaq informasiya ilk növbədə oxucu üçün vacibdir. Çünki o yazının
problematikası ilə tanış olmaya bilər. Elə bu misalın özündə olduğu kimi.
Dostları ilə paylaş: |