Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   55   56   57   58   59   60   61   62   ...   71

Məsələn,  kreditləşdirmə  məsələlərindən  yazırsansa,  hökmən  bank  fə-
aliyyətinin  tənzimlənməsinə  yönəldilmiş  qanunvericilik  aktlarını, 
“Milli bank haqqında”,  “Bank fəaliyyəti haqqında”, “Kredit ittifaqları 
haqqında”  qanunları,  Nazirlər  Kabinetinin  qəbul  etdiyi  normativ-hü-
quqi aktları, eləcə də Milli Məclisin hər il üçün təsdiq etdiyi Pul-kredit 
siyasətinin əsas istiqamətlərini  bilməlisən. Bundan sonra kredit təşki-
latları  ilə  təmas  qurmaqda,  onlardan  məlumat  əldə  etməkdə  ciddi 
problem yaranmayacaq. 

 
qtisadiyyatın  bütün  sahələrinə  dair  –  monetar  siyasətindən  tutmuş 
regional siyasətədək, energetikadan başlamış, deyək ki, əqli mülkiyyə-
tin qorunması məsələlərinədək – hər bir şey barədə məlumatlı ol, eyni 
zamanda  ayrı-ayrı  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  (nazirlik, 
komitə, agentlik, xidmət və s.) vəzifələrini öyrən.   

 
Aparılan  iqtisadi  siyasəti  kor-koranə  qəbul  etmə.  qtisadiyyatda  kor-
rupsiya,  rüşvətxorluq,  inhisarçılıq,  sahibkarlığa  süni  maneələr  və  s. 
kimi  neqativ  amillərin  mövcudluğunu  bil  və  bütün  bunlara  obyektiv 
qiymət verməyi bacar. 

 
Jurnalist iqtisadiyyatın bütün sahələrinə eyni uğurla nüfuz edə bilməz. 
qtisadiyyatın  daxilində  sahələr  üzrə  ixtisaslaşma  zəruridir  (energe-
tika,  bank-maliyyə,  nəqliyyat  və  rabitə,  kənd  təsərrüfatı,  sənaye-in-
vestisiya və s.).  Bu, sənin ekspert kimi yetişməyinə kömək edər.  

 
sti  xəbərləri  yazmaqdan  başlayın.  qtisadi  jurnalistikada  soyuq 
xəbərləri yazmaq üçün isti xəbər məktəbindən keçmək lazımdır.   

 
qtisadi  mövzuda  yazmaq  həvəsində  olan  jurnalistlər  qələmlərini  ilk 
növbədə  iqtisadiyyatın  mikro  səviyyəsinə  aid  məsələlərdə  sınamalı-
dırlar.  qtisadi  proseslərin  axarına  düşmədən  hər  hansı  makroiqtisadi 


hadisəyə qiymət vermək cəhdləri uğursuzluqla nəticələnə bilər.    

 
  qtisadiyyat rəqəmlərdən ibarətdir. Rəqəmlər arasında baş itirməmək, 
iqtisadi dəyişikliklərin dinamikasını müəyyən edə bilmək üçün jurna-
list ən sadə riyazi əməliyyatları, məs., ədədin faizini çıxara bilməlidir.  

 
qtisadiyyatı  oxucuya  anlaşıqlı  və  çatımlı  təqdim  edin.  Faktları  can-
landırın. Oxucu quru rəqəmlərə əsaslanan yazıları sevmir, xüsusən də 
bu rəqəmlər iqtisadiyyatdan olanda. Rəqəmlər arxasında nələr durdu-
ğunu  izah  edin.  Oxucu  bu  rəqəmlərin  onun  həyatı  ilə  bağlılığını  hiss 
etməlidir. 

 
qtisadçı-jurnalistdən  yüksək  mədəni  keyfiyyətlər:  səbir,  təmkin, 
respondentlə  insani  münasibətlər  qurmaq  məharəti  tələb  olunur.  Bu 
amillər bəzən onun peşəkar keyfiyyətlərindən az rol oynamır. 

 
nformasiya  mənbələriniz  məlumat  verməkdən  imtina  edə  bilərlər. 
Belə olan təqdirdə əlindəki çiy məlumatı şişirdib-bəzəyərək mətbuata 
çıxarmaqdan  çəkin.  nformasiyanı  dəqiqləşdirmədən,  məsələyə  əks 
tərəfin münasibətini öyrənmədən onu təhvil vermə. 

 
nformasiya  mənbəyi  kimi  rəsmi  statistika  məlumatlarından,  yerli  və 
beynəlxalq  iqtisadi  qurumların  rəylərindən,  mətbuat  konfransları  və 
brifinqlərdən  bəhrələn.  Amma  bu  zaman  müqayisəli  təhlil  üçün 
internetə  baş  vurmağı,  analoji  iqtisadi  prosesləri  yaşamış  ölkələrin 
təcrübəsini də öyrənməyi unutma. 
SƏH YYƏ 
 
 
Nigar  Məcidova  (1971)  ixtisasca  jurnalistdir.  Peşəkar  jurnalist 
fəaliyyətinə  1992-ci  ildə  “Ayna”-“Zerkalo”  qəzetlərində  başlayıb. 
Burada  müxbirdən  elm  şöbəsinin  müdiri  və  “Naşe  zdorovye” 


ə
lavəsinin redaktorunadək yol keçib. BBC radiostansiyasının “Ekoloji 
jurnalistikanın  janr  və  hüquqi  aspektləri”,  Albert  Şveytser 
nstitutunun 
“Janr 
jurnalistikası. 
K V-də 
tibbi 
mövzuların 
işıqlandırılması”  peşəkar  jurnalistika  kurslarını  bitirib.  Həsən  bə
Zərdabi mükafatı, A DS mövzusunda ən yaxşı məqaləyə görə BMT  P 
və  “ xlas”  Assosiasiyası  Mükafatı  laureatıdır.  “Tibbi  jurnalistika” 
kitabının müəllifidir.  
 
“Teatr  asılqandan  başlayır”  ifadəsini  səhiyyəyə  ünvanlasaq,    əminliklə  deyə 
bilərik ki, iqtisadiyyat da, siyasət də, mədəniyyət də sağlamlıqdan başlayır. Bu sahələrdən 
hansı  birini  təhlil  etsək,  səhiyyə  problemləri  ilə  üzləşəcək  və  əksinə,  səhiyyənin 
problemlərini  qaldırsaq,  onların  sosial,  iqtisadi,  ekoloji,  psixoloji  və  siyasi  köklərini 
görəcəyik.  Əhalinin  sağlamlığı  millətin  rifahının  göstəricidir.  Elə  buna  görə  də  səhiyyə 
ilə müdafiə eyni dərəcədə istənilən ölkənin təhlükəsizliyinin əsası sayılır. Təəssüf ki, biz 
bu  bağlılığı  sona  qədər  dərk  edə  bilmirik.  Bu  isə  cəmiyyətin  sağlamlığa  başdansovdu 
münasibətinə  gətirib  çıxarır.  Yalnız  xəstəlik  qapımızı  döyəndə,  iş-işdən  keçəndə,  itmiş 
sağlamlığımızı klinikalarda axtaranda ayılırıq. Belə anlarda ömür boyu qazandıqlarımızı 
bu  əvəzsiz  kapitalı  qaytarmaq  üçün  xərcləməyə  hazır  oluruq.  Elə  bu  zaman  həqiqət  anı 
yetişir: əvvəl can sağlığı, qalanı sonra... 
 
Bu  həqiqəti  vaxtında  dərk  etmək  üçün  K V  əvəzsiz  rol  oynaya  bilər.  Tibbi 
jurnalistika  ilə  məşğul  olan  jurnalistin  qarşısında  duran  əsas  məsələlər  oxuculara  elmi 
bilikləri  populyar  bir  dildə  çatdırmaq,    sağlamlıq  və  ona  təsir  edən  amilləri  açıqlamaq,  
əhalinin  öz  sağlamlığına  yüksək  dəyər  verməsinə  çalışmaqdır.  Tibbi  jurnalist  təkcə  özü 
barədə  deyil,  həm  də    onunla  birlikdə  həyat  yolunda  addımlayan  insanlar  barədə 
düşünməlidir.  Əgər  siz,  əziz  həmkarım,  dediklərimi  bölüşürsünüzsə,  demək,  biz  eyni 
yolun yolçusuyuq. Elə isə birlikdə addımlayaq.  
 
Jurnalistlərin  təbabətdən  olan  materiallara  fərqli  yanaşmasını  şərtləndirən  əsas 
cəhət  tibb  tematikasının  mürəkkəbliyi  və  çoxşaxəliliyidir.    Əvvəldə  qeyd  etdim  ki, 
istənilən tibb tarixçəsi ekologiya, mədəniyyət, iqtisadiyyat, siyasət ilə bağlıdır. Buna görə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə