Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   58   59   60   61   62   63   64   65   ...   71

Doğranarkən  ətrafa  formalin  maddəsi  səpələnib.  Bu  maddə  toz  şəklində 
olduğundan  küləkli  havada  böyük  bir  əraziyə  yayılıb,  hətta  həyətlərə  belə 
tökülüb.  Bunu  görən  işbazlar  izi  itirmək  üçün  əraziyə  su  buraxıblar. 
Nəticədə həmin ərazini dəhşətli üfunət iyi bürüyüb. Yaxınlıqda yaşayanların 
su  quyuları  sıradan  çıxıb.  Əməkdaşlarımız  həmin  ərazidə  olub,  sakinlərlə 
söhbətləşdilər,  hadisə  yerinin  şəkillərini  çəkdilər.  Orada  işləyənlərsə,  hətta 
müxbirlərə pul təklif edərək gördüklərini qələmə almamalarını xahiş etdilər. 
Sonradan qəsəbə sakinləri bildirdilər ki, bu günə kimi onların çağırışı ilə bir 
neçə  qəzetdən  və  televiziyadan  buraya  gələnlər  olsa  da,  həmin  şəxslərlə 
görüşdükdən sonra hadisə barədə mətbuatda heç bir yazı işıq üzü görməyib. 
Biz  qərara  aldıq  ki,  təcili  reportaj  hazırlayaq.  Çünki  müxbirlər  hadisə 
yerindən  qayıdan  kimi  tanımadığımız  şəxslər  redaksiyaya  zəng  edərək 
mənimlə  görüşmək  istədiklərini  bildirmişdilər.  Onların  arasında  D N-dən 
olanlar da var idi. Zəng edənlərlə görüşü səhəri günə təyin etsəm də, reportaj 
həmin  gecə  işıq üzü gördü.  Səhər  redaksiyanın  telefonları  susmaq  bilmirdi. 
Qəsəbə  sakinləri  bildirirdilər  ki,  səhər  tezdən  maddə  tökülən  ərazinin 
torpağını  maşınlara  yığıb  harasa  aparır  və  yerinə  başqa  yerdən  gətirilmiş 
torpaq  tökürlər.  Onlar  bizə  təşəkkür  edirdilər.  Digər  zəng  vuranlarsa  bizi 
öldürəcəkləri ilə hədələyirdilər. Çünki quyruqlarını möhkəm tapdalamışdıq... 
Nəticə əldə etdik. Lakin... Bu, jurnalist araşdırması üçün yetərli deyildi. Biz 
həmin  sexi  işlədənlərin  arxasında  kimlər  durduğunu,  dəmir  çənlərin  hansı 
yollarla  əldə  edildiyini,  hansı  ölkəyə  satıldığını  öyrənə  bilmədik,  suallar 
cavabsız qaldı.  
 
...Mənim tələblərim nədir, bildiniz. Güman edirəm ki, onlar sizin üçün 
də maraqlı oldu.  
 
Kriminal xəbərlər yazmaq istəyirsənsə, təşəbbüskar ol, təsviretmə və 
tənqidi düşüncə qabiliyyətini artır, gərgin əməyə hazırlaş. Uğurlar olsun! 


 
Bələdçi: kriminaldan yazırsansa... 
Bələdçiləriniz Afaq Quliyeva, Esmira Cavadova, Könül Zərbəliyeva 
bir fikirdə yekdildirlər: “Sensasiya xatirinə yazmaq olmaz”. 

 
Faktı  dönə-dönə  dəqiqləşdirin.  Rəsmi  qurumların  hər  birində  mətbuat  xidməti 
fəaliyyət göstərir. Çalışın aldığınız hər bir məlumatı əlaqədar orqanların mətbuat 
xidmətləri ilə dəqiqləşdirəsiniz.  

 
Təqsirsizlik  prezumpsiyasını  pozmayın.  Bu  o  deməkdir  ki,  məhkəmə  prosesini 
qələmə  alarkən  bilməlisiniz  ki,  dəmir  barmaqlıqlar  arxasında  oturan  sadəcə 
təqsirləndirilən şəxsdir. Hökm çıxarılmamış onu “qatil”, “cinayətkar”, “dələduz”, 
“vətən xaini” və s. kimi təqdim etmək olmaz.  

 
Ailə  sirri  ilə  bağlı  məlumatları  qəzet  səhifəsinə  çıxarmayın.  Bu  cür  faktların 
açıqlandığı  məhkəmə  prosesi  qapalı  keçirilir.  Əgər  qapalı  məhkəmə  prosesindən 
məlumat  alsanız  belə,  onu  yazmaqda  maraqlı  olmayın.  Əks  halda,  Cinayət 
Məcəlləsinin  156-cı  maddəsi  ilə  (şəxsi  həyatın  toxunulmazlığını  pozma) 
barənizdə cinayət işi qaldırıla bilər.  
 
Mənbələri necə tapmalı? 

 
Kriminal  olaylar  haqqında  yazıların  mənbələrini  güc  strukturlarında  və 
xəstəxanalarda  axtarın.  Hər  hansı  polis  idarəsinin  növbətçi  hissəsində  əyləşən 
polis serjantı ilə elə ünsiyyət qura bilərsən ki, o, sənə çalışdığın müddətdə üzünü 
belə  görmədən  yaxşı  mənbə  ola  bilər.  Yaxud  da  əksinə,  hər  hansı  bir  məlumatı 
dəqiqləşdirmək üçün zəng etdiyin  polis serjantına elə müraciət edərsən ki, o, sənə 
kobud cavab verə bilər. Belədə nömrəni təkrar yığıb səni acılayan polis serjantına 
öyüd-nəsihət  verib,  mətbuat  haqqında  qanundan  sitat  gətirməkdənsə,  bir  anlığa 
fikirləş ki, təqsir məndədir, sualı gərək belə mənasız qoymayaydım. 
Hadisə yerində nədən başlamalı? 

 
 “Filan  küçədə  çoxlu  insan  vardı,  polis  maşınları  gəlmişdi”  xəbərini  eşidəndə 
rəhbərlikdən  tapşırıq  gözləmək  vaxt  itirmək  deməkdir.  Diktofon,  fotoaparat  və 


qələm-kağız  götürüb  tez  redaksiyadan  çıx.  Hadisə  yerinə  özünü  tez  çatdır  ki, 
oradakı  rəsmi  şəxslərdən  (məs.  rayonun  prokurorundan,  polis  rəisindən,  sahə 
müvəkkilindən)  məlumat  əldə  edə  biləsən.  Prokurorun,  polis  rəisinin  yalnız 
“faktla bağlı araşdırma aparılır” kəlməsi də kifayət edir.  Əsas odur ki,  hadisəyə 
rəsmi münasibət səslənsin.  

 
Məmurlara həmkarlarınla birlikdə yaxınlaşmaq məsləhətdir. Belə ki, onlar tək-tək 
yaxınlaşan jurnalistlərə cavab verməyə meylli olmurlar.  

 
Fotoları unutma. Onlar yazını canlandıracaq. Bu zaman keyfiyyət dalınca qaçma, 
çalış çeşidlər çox olsun.  

 
Hadisə  yerini  tərk  etməyə  tələsmə.  Polis  rəisindən  aldığın  məlumatlarla 
kifayətlənmə.  Şahidləri  unutma.  Onlarda  məlumat  daha  çox  olur.  Bu  zaman 
ehtiyatlı  ol.  Şahidlər  gördüklərinə  “duz  qatmağı”  sevirlər.  Şahidlərlə  söhbət 
edərkən rəsmiyyəti bir kənara qoy, müstəntiq yox, jurnalist kimi soruş. 

 
Hadisə  yerindən  məlumat  topladıqdan  sonra  işin  ikinci  hissəsi  başlanır.  Əgər 
hadisə  zamanı  odlu  silahdan  yaralanan  varsa,  bu,  o,  deməkdir  ki,  xəstəxanaya 
getmək  lazım  gələcək.  Xəstəxananın  ünvanını  dəqiqləşdirin.  Əgər  xəstə 
reanimasiya  şöbəsindədirsə,  adətən  yaralının  qohumları  şöbənin  qarşısında 
yığışırlar. Onlara yaxınlaş, söhbət et. Bu zaman rəsmi şəkildə sual verməyin yeri 
yoxdur.  Qadınlarla söhbət etmək  kişilərlə söhbətdən daha  asandır. Çünki  onların 
təsəlliyə və həmdərdə daha çox ehtiyacları var. Mətləbə birbaşa keçmə.  nsanlara 
təsəlli ver, həyan ol. Sonra həmsöhbətinin kim olduğunu araşdır: ailə üzvü, yoxsa 
qohum.  

 
Tibbi personalla danış. Xəstənin durumu, xəstəxanaya nə vaxt, necə daxil olması 
barədə məlumat topla.  

 
Reanimasiya  şöbəsinə  daxil  olub  şəkil  çəkməyin  sənin  fərasətindən  asılıdır.  Bu 
işdə  şöbənin  müdirinə  bel  bağlamağa  dəyməz.  Qəzet  müxbirlərini,  televiziya 
müxbirlərindən fərqli olaraq, adətən şöbəyə buraxmırlar . 

 
Materialları  tam  topladıqdan  sonra  indi  yazını  qələmə  almaq  olar.  Bu  zaman 
yalnız faktları qələmə al. Fərziyyələrə yer vermə.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə