Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   57   58   59   60   61   62   63   64   ...   71

məzdim, başlıcası isə yazdığım sahə mənim üçün marağını itirərdi. Jurnalist 
dərindən  yazmağı  bacarmalıdır.  Səthi  yazılardan  alınan  zövq  də  səthi  olur. 
Təcrübəmin mənə öyrətdikləri budur.  ndi mənim öz tələblərim var və onlara 
əməl edirəm. Sizinlə də bu tələblər nədir onları, bölüşmək istəyirəm.  
 
Birinci  tələb:  Neytral  mövqe  saxla.  “Avrasiya”  qəzetində  yenicə 
çalışırdım. D N-dən məlumat aldım ki, Nazirlər Kabineti yanında  darəçilik 
nstitutunun  1-ci  kursunda  oxuyan  bir  qız  özünə  qəsd  edib.  Redaksiyadan 
material  hazırlamaq  tapşırığı  aldım. 
nstitutun  birinci  mərtəbəsində 
mərhumun  divara  vurulmuş  şəklini  gördüm,  fotoaparatımı  çıxarıb  şəkli 
çəkdim.  Sonra  onun  oxuduğu  fakültənin  dekanı  ilə  görüşüb  öyrəndim  ki, 
intihara  səbəb  tələbənin  imtahanlardan  birindən  aldığı  aşağı  qiymət  olub. 
Tələbə  qızın  qrup  yoldaşlarını  axtarmaq  qərarına  gəldim  və  institutun 
çayxanasına  yollandım.  Burada  10  nəfərə  yaxın  oğlan  bir  masa  arxasında 
oturmuşdu. Qızın tələbə yoldaşlarının kimlər olduğunu soruşdum. Sən demə, 
sual  verdiyim  oğlan  tələbə  qızın  sevdiyi  oğlanmış...  Onlar  məni  stollarına 
dəvət  edib  faciə  barədə  ətraflı  danışdılar.  Sonra  isə  niyə  bu  hadisə  ilə 
maraqlandığımı  soruşdular,  jurnalist  olduğumu  dedim.  Belədə  tələbə  qızın 
sevdiyi oğlan məni kənara çəkərək göz yaşları içində yalvardı ki, bu barədə 
yazı  yazmayım.  Düzünü  deyim  ki,  hadisə  məni  elə  sarsıtmışdı  ki,  nə 
edəcəyimi  bilmirdim.  Oğlanın  göz  yaşlarına  dözə  bilmədim,  xahişinə  əməl 
edəcəyimə söz verdim.  Redaksiyaya döndüm.  rfan bəyə əhvalatı danışdım, 
hətta  intihar  edən  qızın  şəklini  çəkdiyimi  belə  dedim.  O  çox  sevindi:  “Qız, 
bu çox gözəl xəbərdir, bomba kimi partlayacaq”, - deyərək tez bir zamanda 
yazdıqlarımı qələmə almağı tapşırdı. Mən isə dedim ki, söz vermişəm, yaza 
bilmərəm.  O:  “Belə gözəl  xəbəri  məhv  etmək  olmaz”,  -  deyib məni qınadı. 
Onun gənc bir qızın intiharına “gözəl xəbər” deməsi mənə o qədər təsir etdi 
ki, hətta ona: “Siz başqa bir ölkənin gəncinin faciəsinə necə sevinə bilirsiniz 


?”-  deyə  kobud  sual  verdim.  O:  “Mən  faciəyə  yox,  xəbərə  gözəl  xəbər 
deyirəm”,  -deyə  məni  sakitləşdirsə  də,  mən  sözümə  əməl  etdim,  bir  küncə 
çəkilib ağlayaraq  rfan bəyin qəlbsizliyinə acıdım.  
 
llər  keçəndən  sonra  o  vaxt  etdiyim  hərəkətin  yanlış  olduğunu 
anladım. Anladım ki, o yazını yazmalı idim və orada vurğunu yenicə tələbə 
adını qazanmış gənclərin təlim-tərbiyəsinə həsr etməli, onlara belə vəziyyətə 
düşəndə  səbirli  olmağı  tövsiyə  etməli  idim.  Elə  hadisə  olur  ki,  onu  qələmə 
alanda vurğu hadisəyə yox, onu yaradan səbəblərə düşməlidir. Həmin hadisə 
belələrindən idi. Mən səriştəsizliyim ucbatından bunu bacarmadım... 
 
kinci tələb: Nəyisə dəyişə biləcəyinə inan. Yenə də “Avrasiya”dakı 
iş  təcrübəmdən  misal  gətirəcəyəm.  Bakı  şəhərinin  Nəsimi  rayonunda 
yaşayan  T.X.  adlı  bir  qadın  qonşuluqdakı  7  yaşlı  uşağın  başını  kəsmişdi. 
Sonradan  bu  qadını  həbs  etsələr  də,  istintaqın  gedişi  mərhumun 
valideynlərini qane etmirdi. Hadisə barədə məlumat alan kimi həmin ünvana 
yollandım.  Qətli  törətmiş  şəxsin  mənzilinin  qapısı  bağlı  idi.  Üz  tutdum 
mərhumun  ailəsi  yaşayan  ünvana.  Çətinliklə də  olsa,  qapını  üzümə  açdılar. 
Könülsüz  baş  verənlərdən  danışaraq  müstəntiqi  işi  səthi  aparmaqda 
qınadılar.  Onları  inandırdım  ki,  bu  barədə  qəzetdə  material  dərc  edilsə, 
istintaqın gedişinə təsir göstərə bilər. Bundan sonra onlar geniş müsahibəyə 
razılıq  verdilər.  Hətta  qatilin  uşaqlarının  da  şəkillərini  tapmaqda  mənə 
yardımçı  oldular.  Onlardan  öyrəndim  ki,  T.X.  institutlardan  birinin 
jurnalistika  fakültəsində  müəllim  işləyir.  Əvvəlcə  işi  aparan  müstəntiqlə 
görüşmək üçün Nəsimi rayon prokurorluğuna yollandım. Onunla görüşümüz 
baş  tutdu.  O  bildirdi  ki,  qatil  çox  güman  ki,  psixi  xəstədir.  Hətta  qadının 
müayinə olunmaq  üçün psixiatriya xəstəxanasına göndərildiyini  də  bildirdi. 
Müstəntiqlə  söhbətdən  sonra  birbaşa  həmin  qadının  müəllim  işlədiyi 
instituta  yollandım. Orada  dəqiqləşdirdim  ki,  qadın tam  sağlam  olub.  Hətta 


bir ay əvvəl instituta  sağlamlıq barədə daşdan keçən  sənəd də təqdim  edib. 
Sənədlə  tanış  olandan  sonra  böyük  bir  araşdırma  yazısı  hazırladım  və 
yazının  vurğusunu  istintaqın  səriştəsiz  aparılmasına  vurdum.  Qəzetdə 
sağlamlıq kağızının surətini də dərc etdik. Qəzetimizin həmin sayının satışı 
100  faiz  oldu.  Bunu  görən  qəzet  sahibi  bütün  tirajın  yenidən  vurulması 
barədə  göstəriş  verdi.  Yazıya  təkcə  oxucular  reaksiya  vermədilər. 
Respublika  Prokurorluğu  işi  rayon  prokurorluğundan  alaraq  öz  icraatına 
götürdü.  Müstəntiqə  şiddətli  töhmət  verildi.  Sonradan  həmin  qadın  10  il 
müddətinə azadlıqdan məhrum edildi. Jurnalist araşdırma apararkən alacağı 
qonorar  barədə  fikirləşməməlidir.  O  inanmalıdır  ki,  yazdığı  yanlış  aparılan 
hər hansı bir istintaqın səmtini dəyişə bilmək gücünə malikdir.     
 
Üçüncü  tələb:  Araşdırmanı  sona  kimi  apar.  Azərbaycanda 
araşdırmaçı  jurnalist  çox  azdır,  yoxdur,  desək,  bəlkə  də,  səhv  etmərik. 
Səbəblərdən  biri  araşdırmaçı  jurnalist  üçün  şərait  yaradılmamasıdır,  biz  bu 
jurnalistlərə  kifayət  qədər  pul  verib  onları  hər  hansı  bir  faktı  araşdırmağa 
yönəldə  bilmirik.  ki  gündən,  ən  yaxşı  halda  isə  bir  həftədən  sonra  ondan 
nəticə  istəyirik.  Belədə  jurnalist  yarımçıq  araşdırmanı  qəzet  səhifəsinə 
çıxarır.  Əks  effekt  alınır:  yarımçıq  yazıdan  qəzet  və  oxucu  udmur,  amma 
cinayətkarlar qəzet vasitəsilə “xəbərdarlıq alır”, işlərini daha möhkəm tutub 
gizlənə  bilirlər.  Bunu  “ nterpolis”də  başımıza  gələn  bir  hadisədən  bilərəm. 
 
...  Redaksiyamıza  Mehdiabad  qəsəbəsinin  sakinləri  zəng  edərək 
şikayət  etdilər  ki,  qəsəbədə  hansısa  mafioz  qruplaşma  fəaliyyət  göstərir. 
Onlar  işləməyən  zavodların  balansından  böyük  çənləri  silinmə  yolu  ilə 
alaraq  həmin  əraziyə  gətirir,  doğratdırır  və  maşınlara  yığıb  ölkədən 
çıxarırlar.  O  da  bildirilirdi  ki,  son  dəfə  kəsilən  çənlərdən  birindən  ətrafa 
zəhərli  kimyəvi  maddə  səpələnib.  Hadisə  yerinə  getdik.  Məlum  oldu  ki, 
kəsilən çənlərdən biri Sumqayıtdakı kimya zavodlarından birindən gətirilib. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə