alyansdan danışanda Əli Kərimov və sa Qənbərin kim olduğunu izah
etməyə ehtiyac olmadığı halda, Livan münaqişəsindən söz açarkən
Hizbullahın erməni terrorçuları ilə əlbir işləmələrini yada salmaq vacibdir.
Bələdçi: beynəlxalq həyatdan yazırsansa...
Bələdçiniz Nuranidir.
Sizə lazım olan informasiyanın böyük hissəsini diktofon və kamera
vasitəsilə deyil, məhz nternetlə əldə edəcəyinizə hazır olun. Bu,
bizim işin spesifikasıdır. Bu informasiyanı yoxlamaq hər dəfə
mümkün deyil. Elə buna görə də sizə hər şeylə yanaşı, mənbəni
qiymətləndirməyi öyrənmək lazım gələcək. Çünki çox zaman
vacib, maraqlı informasiya etibarsız ola bilər. K V öz ölkələrinin
maraqlarından çıxış edərək (xüsusilə Rusiya K V) informasiyanı
tez-tez “korrektə” edir.
Özünümaarifləndirmə ilə məşğul olun. Sudan Darfurunda baş
verənləri, Şimali Koreya probleminin mahiyyətini oxucuya
çatdırmaq üçün jurnalist özü bu problemlər barədə aydın təsəvvürə
malik olmalıdır. Ön tarixçələri öyrənin.
Xarici dil öyrənin. Beynəlxalq jurnalist bunsuz ötüşə bilməz.
nformasiyanı qiymətləndirməyi bacarın. Bu, sizə hadisə barədə
isti, yaxud soyuq xəbər hazırlamaq qərarını verməyə kömək
edəcək. nformasiyanın önəmini müəyyən edən amillərdən biri də
onun Azərbaycana nə dərəcədə aid olmasıdır. Məsələn,
Azərbaycan auditoriyası üçün ABŞ prezidentinin ölkəsinin ərəb
neftindən asılılığını azaltmaq barədə çıxışı Saratov vilayətində
milli icmaların sərgisində Azərbaycan diasporasının iştirakı
xəbərindən daha önəmlidir.
nformasiya mənbələrinizi çoxaldın, daim yeni mənbələr axtarın.
Dünyadakı münaqişəli durumlardan yazarkən obyektiv və tərəfsiz
olun.
Münaqişələrdən,
“maraqların
toqquşması”ndan
yazarkən
Azərbaycan maraqlarının nədən ibarət olduğunu oxucuya çatdırın.
Bu zaman yazdıqlarınızın Bakıda yerləşən diplomatik missiyaların
xoşuna gəlməyəcəyinə hazır olun.
Diplomatik nümayəndəliklər, səfirliklərlə işin öz özəlliyi vardır.
Məsələn, heç bir zaman hər hansı bir ölkədə baş vermiş hadisə
barədə o ölkənin səfirliyindən elə həmin gün məlumat alacağınıza
ümid etməyin. Səfirlik nə müxbir məntəqəsidir, nə də redaksiya.
Buradan ölkənin hər hansı bir məsələyə rəsmi münasibətini
öyrənmək olar.
Diplomatın sizin ikibaşlı sualınızdan yayınacağına hazır olun.
Diplomatiyada nüanslar və çalarlar böyük rol oynayır. Elə buna
görə də diktofona deyilənləri qələmə alarkən diqqətli və dəqiq
olun.
QT SAD YYAT
lham Şaban (1967) ixtisasca neft mühəndisidir. Peşəkar jurnalist
fəaliyyətinə 1992-ci ildən “ ntibah” informasiya mərkəzində başlayıb.
“Azadlıq” qəzetində reportyor, “Press-fakt” və “Yeni Müsavat”
qəzetlərində informasiya bölümünün rəhbəri olub. 1994-cü ildən
“Turan”
informasiya
agentliyində
çalışır.
1997-ci
ildən
Azərbaycanda neft sənayesi üzrə ixtisaslaşan yeganə informasiya
bülleteni olan “Turan-Energy”nin redaktorudur. Yerli və xarici
mətbuatda Xəzər regionunun enerji məsələləri üzrə şərhçisi kimi çıxış
edir.
Müasir Azərbaycan jurnalistikasında sahələr üzrə ixtisaslaşmanın
tarixi qısadır: 10 ildən bir qədər çox. qtisadiyyat sahəsində davamlı yazıları
ilə ad çıxarmış jurnalistlərin sayı isə indinin özündə belə 25-30 nəfərdən
artıq deyil. Əgər nəzərə alsaq ki, ölkəmizdə nəşr edilən qəzetlərin sayı 500-
dən artıqdır, onların sayının nə qədər az olduğu üzə çıxır. Paradoksal haldır
ki, bir çox qəzetdə hələ də belə iqtisadiyyat səhifəsi yoxdur. Populyar
gündəlik qəzetlərdə isə iqtisadi mövzular ən yaxşı halda, ümumi
materialların 1/16-ni təşkil edir. qtisadiyyatın özünün də bölündüyü sahələr
üzrə ixtisaslaşmış jurnalistləri Azərbaycanda barmaqla saymaq olar.
qtisadiyyat daxilində ixtisaslaşma, əsasən, maliyyə, neft və nəqliyyat-rabitə
sahələrini əhatə edir.
Əgər jurnalist iqtisadiyyat sahəsində ixtisaslaşmağı qarşısına məqsəd
qoysa, onda o, azından aşağıdakı mərhələlərdən keçməlidir.
Birinci mərhələ: isti xəbərlərin reportyoru. Bunun ilkin yolu
informasiya müxbiri ştatından keçir. Öz təcrübəmə əsasən, deyə bilərəm ki,
informasiya istehsalçısı prosesini lazımi səviyyədə keçməyən müxbir
gələcəkdə heç vaxt hansısa sahə üzrə mükəmməl təhlilçi kimi özünü göstərə
bilmir. nformasiyanın əldə olunması, emalı və operativ çatdırılması
jurnalistikanın ən ağır və məsuliyyətli sahəsidir. Mən deyərdim ki, isti
xəbərlərin müxbirləri bir növ işçi arılardır və onların vəzifəsi iqtisadiyyatın
hansısa sahəsi üzrə maraq doğura biləcək məlumatları gündəlik əldə
etməkdir. Ona görə “maraq doğura biləcək” ifadəsini işlətdim ki,
iqtisadiyyatda cəmiyyət üçün tamamilə maraqsız hesab edilən kifayət qədər
informasiyalar dolaşır.
nformasiyanın əldə olunması mərhələsində
jurnalistdən tələb olunan informasiyanın önəmliliyini ayırd edə bilməkdir.
Məhz bu tələbə cavab verə bilmədikləri üçün Azərbaycanın dövlətdən
maliyyələşən kütləvi informasiya vasitələri, o cümlədən elektron K V-ləri
ölkə daxilində, həm də ölkə xaricindəki informasiya istehsalçıları ilə rəqabət
apara bilmir. Məsələn, 20 sentyabr Azərbaycanda Neftçilər günüdür və
bununla bağlı hər il hökumət səviyyəsində keçirilən müxtəlif tədbirlərdə
xeyli müxbir iştirak edir. Gəlin görək həmkarlarımız bu tədbirlərdən necə
faydalanırlar. Dövlətin maliyyəsi hesabına fəaliyyət göstərən K V-lər adətən
belə mərasimlərdən reportaj tipli material verməklə kifayətlənirlər. Daha
doğrusu, diqqəti hansısa məqama yox, ümumilikdə əldə edilən uğurların
təntənəsinə yönəldir, hətta bayram konsertlərində kimlərin iştirak etdiyini
yazmağı belə unutmurlar.
Abunəçilərə məlumat satmaq hesabına fəaliyyət göstərən informasiya
agentlikləri (onları müstəqil adlandıraq) isə belə tədbirlərdən bəzən onlarla
xəbər yaratmaq gücündə olurlar. Təbii ki, informasiyaların keyfiyyəti və sayı
müxbirin peşə hazırlığından və cəldliyindən (baxdığımız epizodda tədbirdə
neçə vəzifəli şəxslə təmas qurub nəsə öyrənmək) asılı olur. Məsələn,
müstəqil agentliklərin müxbirlərinin çoxu ilk xəbərlərinin lidini belə
verdilər: “2006-cı ildə Azərbaycanda ilk dəfə olaraq rekord həcmdə, yəni 30
milyon tondan bir qədər artıq neft hasil ediləcək, gələn il isə bu rəqəm 47
milyon tona çatdırılacaq”. Eyni informasiya dövlət agentliklərinin
müxbirlərinin xəbərlərində dəfələrlə təkrar olunsa da, o, xəbərin lidinə
Dostları ilə paylaş: |