Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

tərbiyəsində,  mənə  elə  gəlir  ki,  idman  jurnalisti  ikinci  məşqçi,  ya  da 
məşqçinin yaxın köməkçisi ola bilər.  
 
dman  jurnalisti  idmanın  bütün  növləri  ilə  yaxından  tanış  olmalı, 
onların qaydalarını bilməlidir. Amma bu da azdır. Mən idman jurnalistləri 
arasında  ixtisaslaşma  aparılmasını  vacib  hesab  edirəm.  Məsələn,  jurnalist 
idman  oyunları  (futbol,  həndbol,  basketbol,  voleybol)  üzrə  ixtisaslaşanda 
onun informasiyaları və hesabatları daha dəqiq, sanballı və inandırıcı olur. 
Qəzet  səhifələrində  göstərilən  növlər  üzrə  yarışlar  haqqında  şərhin, 
icmalın,  reportajın,  müsahibənin,  adicə  bir  informasiyanın  altında  eyni 
imzanı görən oxucu həmin jurnalisti bu sahənin bilicisi kimi qəbul edir, bir 
şərtlə ki, yazı obyektiv olsun.  
 
dman  jurnalistikasını  seçən  gənc  jurnalistlərə  bir  tövsiyəm  var: 
özünüz  də  idmanın  hər  hansı  bir  növü  ilə  məşğul  olun.  Bu,  sizə  yarış  və 
məşq  zamanı  idmançının  keçirdiyi  hissləri,  düşdüyü  vəziyyəti  oxucuya 
daha canlı və inandırıcı çatdırmağa kömək edər.  
 
 
Bələdçi: idman jurnalisti nələri bilməlidir? 
Bələdçiləriniz Valid Sənani, “Futbol+” qəzetinin baş redaktoru Mahir 
Rüstəmli, “Het-trik” qəzetinin baş redaktoru Rəşad Şükürsoy və “Futbol bez 
qranis”  jurnalının baş redaktoru Teymur Bahabov bir fikirdə yekdildirlər:
 
böyük jurnalistika meydanında idman yazarlarının oynamaq üçün sahələri 
nisbətən dar olsa da, prinsiplər ümumi və hamı üçün keçərlidir. 
 
Haqqında  yazdığı  idman  növünün  qaydalarını,  tarixini,  bu  növ 
üzrə dünyanın aparıcı komandalarının nailiyyətlərini; 
 
Komandalar, məşqçilər, idmançılarla müntəzəm əlaqə saxlamalı, 


komandalarda hökm sürən əhval-ruhiyyədən xəbərdar olmalı; 
 
Yarışları  izləməli,  idmanla  bağlı  dövlətin  və  hökumətin  qəbul 
etdiyi  sənədləri  öyrənməli  və  bu  sənədlərin  yerinə  yetirilməsi  gedişini 
izləməli; 
 
dman  terminlərini  bilməli,  xarici  dillərdən  alınan  terminlərin 
tərcüməsində və yeni terminlərin yaradılmasında fəal iştirak etməli; 
 
nformasiya  ovuna  çıxmalı.  Ən  yaxşı  xəbər  rəsmi  mənbələrin 
verdiyi xəbər deyil, onlardan “qopardılan” xəbərdir.  
 
Ölkə,  yer,  xalq,  klub  adlarına,  coğrafi  terminlərə  başdansovdu 
münasibət  yaramaz.  Amerika  yer  kürəsində  mövcud  olan  6  qitədən 
biridir.  Amma  bu  gün  hər  hansı  idman  növündə  ABŞ  idmançılarının 
çıxışından  bəhs  edən  jurnalistlər  daim  “Amerika”  ifadəsindən 
yararlanır.  Amerika  futbolçuları  və  ya  voleybolçuları  əvəzinə  ABŞ 
futbolçuları  və  ya  ABŞ  voleybolçuları  ifadələrini  işlətmək  lazımdır. 
Eləcə də “xoxollar”, “polyaklar” kimi ifadələrə idman jurnalistikasında 
yer  yoxdur.  Bunların  əvəzində  “ukraynalılar”,  “polşalılar”  kimi  daha 
aydın ifadələr var. 
 
Azərbaycan  dilini  mükəmməl  bilməli.  Məs.,  “müxtəlif  əyarlı  üç 
medal” ifadəsini işlətməməli. Əyar qiymətli metalın – qızılın, gümüşün 
və s. keyfiyyət göstəricisidir. “Müxtəlif əyarlı üç medal” dedikdə qızıl, 
gümüş və bürünc medallar deyil, hər hansı bir qiymətli metalın müxtəlif 
əyarları başa düşülür.   
 
Yerli-yersiz işlədilən “xalları yarı böldülər” ifadəsindən qaçmalı. 
Vaxtilə,  ötən  əsrin  90-cı  illərinin  əvvəllərinə  qədər  futbolda  qələbəyə 
görə  2  xal  verildiyindən,  heç-heçə  bitən  oyunlardan  sonra  işlədilən 
“xalları yarı böldülər” ifadəsi yerinə düşürdü. Amma göstərilən tarixdən 


etibarən “qələbəyə görə 3 xal” prinsipi qüvvəyə mindiyindən bu  
Gün heç-heçədən sonra “xalları yarı böldülər” ifadəsini işlətmək  
yolverilməzdir. Çünki heç-heçə təqdirində hərəyə 1 xal verilirsə, 1 xal  
da  ortada  qalır.  Bir  sözlə,  futbolda  3  xalı  yarı  bölmək  olmaz.  Amma 
əvəzində şahmat, dama yarışları haqda yazarkən bu ifadəni işlətmək  
mümkündür. Həmin idman növlərində qələbəyə görə 1 və 2 xal verilir. 
 
Tez-tez  işlədilən  və  oxucuların  çaşqınlığına  səbəb  olan 
ifadələrdən biri də belədir: “Filan komanda itirilən xalların sayına görə 
liderdir”. Belə ifadəni məsələn, “Xəzər-Lənkəran” 5 oyundan sonra 13, 
“Neftçi” isə 4 oyundan sonra 12 xal toplayıb uyğun olaraq 1-ci və 2-ci 
pillələrdə  qərarlaşanda  işlədirlər.  Yəni  yazı  müəllifi  lənkəranlıların  1 
oyunda  heç-heçə  etdiyini,  bakılıların  isə  ehtiyatda  qalan  oyunda 
mümkün  qələbəsini  nəzərə  alıb  “Neftçi”yə  münasibətdə  “itirilən 
xalların  sayına  görə  liderdir”  ifadəsini  işlədir.  Halbuki  burada  söhbət 
itirilməyən  xallardan  gedir  və  məntiqi  olaraq  “itirilməyən  xalların 
sayına görə liderdir” ifadəsini işlətmək lazımdır. 
 
 “ ngilis klubu”,  “italyan mətbuatı”, “start heyət” kimi ifadələr.  
Halbuki  bütün  bu  ifadələr  dilimizin  qayda-qanununa  uyğun  olaraq 
ikinci  növ  söz  birləşmələri  şəklində,  yeni  “ ngiltərə  klubu”,  “Italiya 
mətbuatı”, “start heyəti” kimi işlədilməlidir. 
 
Bu  gün  idman  mətbuatında,  elə  elektron  K V-də  də  ən  çox 
işlədilən  ifadələrdən  biri  “müqavilənin  bitməsi”dir.  Amma  təbii  ki, 
müqavilə  bitmir.  Burada  “müqavilə  müddətinin  bitməsi”  və  ya 
“müqavilənin  qüvvədən  düşməsi”  ifadələrindən  birini  işlətmək 
lazımdır. 
 
Xəbər,  reportaj  və  yazı  müəllifləri  adətən  hər  hansı  oxucunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə