Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   63   64   65   66   67   68   69   70   71

adlandırıldı.    Axı  iki  sütül  uşaq  Ağ  Evdən  bir  dəstə  fırıldaqçını  qova 
bilmişdilər.         
 
 
Məsləhət  görürəm  ki,  bu  problemlə  bağlı  amerikalı  müəlliflərdən 
birinin,  məsələn,    Ullmenin  əsəri  ilə  tanış  olasınız.  Bu  bölümdə  isə  siz 
araşdırma jurnalistikasının ümumi konturları ilə tanış olacaqsınız. 
             
 
 Araşdırma  jurnalistikası  deyəndə  o  saat  ağlınıza  möhtəşəm  siyasi 
skandallar, yaxud kriminal aləmlə isti əlaqələri olan qarabığ reportyor gəlir. 
Əslində  isə,  araşdırma  -  (ing.  -investigation)  jurnalistikanin,  bəlkə  də,  ən 
çox zəhmət tələb edən qoludu. Topluma nəzarət, sosiuma təsir, müdaxilə 
mexanizmidi.  
Jurnalist  araşdırması  -  az  öyrənilmiş,  qapalı,  gizlədilən  mövzunun 
hərtərəfli  və bütün detalları  ilə  öyrənilməsidir.  Bu araşdırma üçün  lazım 
olan  informasiya  müxtəlif  maraqlı  strukturlar  tərəfindən  qizlədilə
açıqlanmaya bilər. Jurnalist onları qazıb- çıxarmalıdı. 
 
        Əmin,  maddi  və  siyasi  baxımdan  uğurlu  toplum  üçün  ictimai  maraq 
anlayışı,  demokratiya  yolunda  təzə  addımlar  atan  hansısa  üçüncü  ölkədəki 
ictimai  maraq  anlayışından  çox-çox  fərqlənir.  Birinci  halda,  söhbət 
toplumda  ev  heyvanlarına  qayğılı  münasibətdən  gedə  bilərsə,  ikinci  halda 
həyatı bahasına topluma informasiya çatdıran jurnalistin ölüm səbəblərindən 
gedə bilər. 


         Azərbaycanda  jurnalist  araşdırması  hələlik  öz  akademik  formasını 
almayıb. Bu janr hansısa standart mövzu çərçivələri ilə məhdudlaşmamalıdı. 
Talantlı  jurnalist  ən  adı,  maraqsız  görünən  mövzunu  belə  araşdırma 
predmetinə  çevirə  bilər.  UNUTMAYIN:    pis  mövzu  yoxdu,  pis  jurnalist 
var. 
 
“Nyus 
Dey” 
qəzetinin 
əməkdaşı 
Robert 
Qrin 
araşdırma 
jurnalistikasını  belə  təsəvvür  edir.  “Bu  müəyyən  şəxslərin,  yaxud 
təşkilatların  gizli  saxlamaq  istədiyi  bəzi  vacib  məsələlərin  jurnalistin  öz 
istəyi  ilə  araşdırıb  işlədiyi  materialdı.  Araşdırmanın  üç  əsas  elementini 
diqqətdə saxlayın: 
              1. Jurnalist heç kimin aparmadığı araşdırmanı aparır;  
              2. Araşdırmanın mövzusu oxucu üçün vacibdi; 
              3.  Digərləri  -  araşdırmanın  predmeti  ilə  bağlı  şəxslər  mövzu  ilə 
bağlı informasiyanı gizlətməyə çalışır”. 
41
 
            
TƏCRÜBƏN  BÖLÜŞƏNLƏR 
Hans  Smit  (1938)  17  il  Amsterdamın  öncə  yerli,  sonra  ümummilli 
qəzetlərində reportyor işləyib. 1971-2001-ci illərdə “Vrij Nederland” (Free 
Netherlands)  həftəlik  qəzetinin  redaktoru,  Haaqada  siyasi  müxbiri, 
Almaniya,  sveçrə və keçmiş Yuqoslaviyada xüsusi müxbiri olub, radioda 
siyasi şərhçi kimi çalışıb.  
1990-cı  ilədək  Utrixtdə  Jurnalistika  məktəbinin  mühazirəçisi  olub. 
                                                  
41
 
Уллмен Дж. Журналистские расследования: современные методы и техника.  M., 
2001. s. 68-74.
  
 


Qazaxstan, 
Bosniya-Hersoqovina, 
Makedoniya 
və 
Azərbaycanda 
jurnalistika kursları aparıb.  
         Araşdırma  jurnalistikanın  çox  önəmli  sahələrindədir.  Bu,  demokrtik 
cəmiyyətin  vacib  bir  tərkib  hissəsi,  süzgəcidir.  Araşdırma  jurnalistikası 
ictimai  maraqlardan  çıxış  edərək  artıq qəbul  edilmiş  hər  hansı  bir  hökmün 
və ya qərarın ifşa edilə biləcəyi ehtimalı üzərində qurulur.  
          Araşdırma  jurnalistinin  stereotipi  belədir:  aqresssiv, skeptik,  ehtiraslı 
və fəal. O inanır ki, hər sövdələşmənin arxasında bir qalmaqal var. O inanır 
ki,  biznes  və  iqtidar  nümayəndələri  hər  dəfə  əl  verəndə  bir-birinə  rüşvət 
verirlər. Məşhur amerikalı jurnalist  .F.Stonun fikrincə: “Bütün hökumətlər 
yalan  deyir”.  Ola  bilsin  ki,  bü,  tamamlilə  belə  deyil.  Amma  bu  cür 
düşünmək araşdırma jurnalistinin düşüncə tərzidir.  
           Araşdırma 
jurnalistikasının 
ən 
vacib 
mövzularından 
biri 
korrupsiyadan  yazmaqdır.  Korrupsiya  hər  yerdədir.  stər  Şimal  olsun,  istər 
Cənub, istər Şərq olsun, istər Qərb, korrupsiya korrupsiyadır. Jurnalist şərəf 
və  demokratiya  uğrunda  mübarizə  aparmalıdır.  Korrupsiyaya  qarşı 
mübarizə  aparmaq  hər  bir  ölkə  üçün  önəmlidir.  Bu  mübarizə  yeni 
demokratiyalar, xüsusilə müharibədən çüxmış, inkişaf və quruculuq yoluna 
qədəm qoymuş ölkələr üçün daha vacibdir. Korrupsiyanın və hakimiyyətdən 
sui-istifadənin ifşası mətbuatın  vəzifələri sırasındadır. Şübhəsiz ki, bu, hər 
şeydən öncə, cəmiyyətin və xüsusilə hökumətin, ayıq-sayıq prokurorların və 
korrupsiyaya  uğramamış  polisin  borcu  olsa  da,  mətbuatın  işi  cəmiyyəti 
ayiq-sayıq  və  məlumatlı  saxlamaqdır.  Çünki  seçicilər  hökuməti  geri  çağıra 
bilər,  siyasi  partiyalar  isə  korrupsiya  və  hakimiyyətdən  sui-istifadə  barədə 
hesabat  verə  bilərlər.                              Korrupsiya  şəxsi  mənafe  naminə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə