Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   63   64   65   66   67   68   69   70   71

yanaşma  tərzini  seçəcəyini  öncədən  bilməlidi.  Təbii,  üz-üzə  alınan 
müsahibə telefon müsahibəsindən qat-qat informativdi.  
        
mkan olduqca diktofondan yararlanın. Bu sizə müsahibin fikirlərinin 
inkişafını izləməyə imkan verəcək. Düzdür, bu bəzi adamları qıcıqlandırır, 
amma müəyyən vaxt keçdikdən sonra diktofon unudulur. 
        Əgər söhbəti diktofona yazmaq imkanı yoxdursa, daha bir kolleqanızı 
dəvət edin ki, o da qeydlər etsin.  
       Səbirli,  tələsməyən  müsahiblə  işləyərkən  ən  yaxşısı  ümumi  suallar 
verməkdi, qoy söhbət təbii axarı ilə getsin. Sizsə səbirlə qulaq asmalısınız. 
Söhbət zamanı yaranan pauzaları suallarınızla doldurmağa çalışmayın. Qoy 
adam  öz  istəyi  ilə  söhbəti  davam  etdirsin.  O,  ürəyini  boşaldandan  sonra, 
söhbəti lazımi istiqamətə yönəldən suallarınızı verin. 
      
Bəzən  elə  situasiyalar  olur  ki,  müsahib  sizinlə  əməkdaşlıq  etmək 
istəmir, ya qorxur. Çalışın müsahibinizi gərgin vəziyyətdən çıxarasınız, ona 
simpatiyanızı  göstərin,  ona  müdafiə  və  anonimliyini  təmin  edəcəyinizi 
deyin.  
         Əgər  adam  düşməncəsinə  münasibət  göstərir,  ya  söhbət  etmək 
istəmirsə,  normal  diskussiya  atmosferi  yaratmağa  çalışın,  çalışın  ki,  ona 
müsahibə  verdiyini  unutdurasınız,  onun  pozisiyasını  məntiqlə  müdafiə 
etməyə  çalışın.  Yalan  bəyanatları  faktlarla,  əsəbsiz,  sakit  tonla  -  düzəldin 
(burada sizin söhbət öncə hazırlığın böyük əhəmiyyəti var). 
       Dəqiq məlumatların axtarılması, müxtəlif qaynaqlardan üzə çıxarılması 
jurnalist  araşdırmasının  ən  çətin  hissəsidi.  Burada  insanı  istəmədiyi  halda 
belə  onu  özünlə  ünsiyyətə  vadar  edib,  lazım  olan  bilgiləri  ondan  almaq 
bacarığı  çox  vacibdi.  Hüquqi  baxımdan,      jurnalist  söhbət  aparmaq  üçün 


K V haqqında qanundan başqa, heç bir şeyə dayanmır. Bunun üçün də siz 
hər şeydən öncə sualları düzgün verməyi öyrənməli, qarşınızdakının doğru, 
ya yalan danışdığını təyin edə bilməlisiniz. 
           Söhbətə  hazırlaşarkən  müsahibdən  nəyi  eşitmək  istədiyinizi  özünüz 
üçün  aydınlaşdırın.  Hansısa  problematika  ilə  ilk  dəfə  üzləşirsinizsə, 
kolleqalarınızla məsləhətləşin. Məsələ ilə bağlı digər yazıları oxuyun. Özgə 
təcrübəsindən yararlanaraq irəli gedin.  
         Hüquqşünasların jurnalistlər üçün də faydalı olacaq sualları çeşidləmə 
sistemi  var  -  əsas,  əlavə,  başlanğıc,  aralıq,  dəqiqləşdirici,  konkretləşdirici, 
yada  salan,  konkretləşdirən,  yoxlama  (ÖRNƏK  1).  Təsəvvür  edin  ki,  siz 
hansısa  bir  Cənub  şəhərinin  meri  ilə    şəhərin  tarixi  mərkəzi  haqqında 
müsahibə aparırsınız. 
                                                                                                                    
ÖRNƏK 1 
Ə
sas sual 
Ə
lavə sual 
 Cənab mer,  çəri Şəhər niyə məhv 
olur?  
 Şəhərin tarixi mərkəzində təzə 
tikililəri necə izah edirsiniz? 
Başlanğıc sual 
Aralıq sual 
Son dəfə  çəri Şəhərdə nə vaxt 
olmusunuz? 
Nə üçün  çəri Şəhəri belə sevirsiniz? 
Dəqiqləşdirici sual 
 
Dediniz ki,  çəri Şəhərin bərpasına 
... manat pul ayrılıb? 


Konkretləşdirici sual 
 Periferiyada tikilən bir yeni yaşayış 
binası təqribən bu miqdar pula baş
gəlir, deyilmi? 
Yada salan sual 
 
Konkretləşdirən sual 
 
Yoxlama sualı 
Gəncliyinizin  çəri Şəhərini necə 
xatırlayırsınız? 
Gəncliyiniz Bakıda keçib? 
Cənub şəhərindən başqa, dünya 
şə
hərlərindən hansınin meri olmaq 
istərdiniz?  
      
         Çalışın  ki,  apardığınız  söhbətdə  bu  sual  tiplərinin  hamısı  olsun.  Belə 
mürəkkəb  konstruksiyalı  suallar  həmsöhbətinizə  mövzudan  yayınmağa 
imkan verməyəcək. 
              Amerikalı  araşdırmaçı  Ceyms  Barnett  müsahibəni  məqsədlərinə 
görə, iki yerə ayırır: 
1.
 
nformasiya almaq; 
2.
 
Araşdırma obyektiniz olan şəxsin pozisiyasını öyrənmək. 
                                                                                                          
 
 
 


YADDAŞ: Araşdırma öncəsi hazırlığın mərhələləri 
1.
 
Elektron baza faktlarına baxmalı. 
2.
 
Sənədlərlə  tanış  olmalı  və  olayları  xronoloji  ardıcıllıqla 
düzməli.  Özünüz  üçün  nəyin  və  nə  vaxt  baş  verdiyini 
aydınlaşdırmalı. 
3.
 
Araşdırma predmeti ilə bağlı qanun və normativ sənədləri 
gözdən keçirməli. 
 
 
Araşdırmada müsahibələ
      
Araşdırmada müsahiblər iki yerə bölünür: 
1.
 
Mərkəzi (əsas) müsahib. Araşdırmanın obyektindən götürülür. 
2.
 
Yardımçı  müsahiblər. 
          Özünüz üçün belə bir qayda müəyyənləşdirin; müsahibiniz araşdırma 
obyektinə birmənalı antipatiya ilə yanaşırsa, ondan obyektin yaxşı tərəfləri 
barədə  danışmağı  xahiş  edin.  Və  əksinə,  araşdırma  obyektinə  tərəf  olan 
müsahibdən obyektin  mənfi tərəflərini soruşun. Bu halda balanslaşdırılmış 
qiymət öz-özünə üzə çıxır, hüquqi baxımdan isə pis məramınız olmadığını 
təsdiqləyirsiniz.  Bu  qaydanın  bir  üstün  tərəfi  də  var:  müsahibinizin 
obyektivliyini  qiymətləndirmək  şansı  qazanırsınız,  yaxud  onun  araşdırma 
obyektinə  ən  radikal  pozisiyada  durduğunu  görürsünüz.  Radikal  baxış 
bucaqlarına çox inanmayın. Adətən həqiqət kənar baxış bucaqlarında deyil, 
haradasa ortada olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə