Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   63   64   65   66   67   68   69   70   71

        Əsas araşdırma obyektinizlə bağlı müsahiblə söhbətə iki “dəst” 
suallarla gedin: biri tam proqramla, ikincisi hər ehtimala qarşı qısaldılmış 
variantla.   
       Suallarınızı dəqiq, aydın, konkret və anlaşıqlı formalaşdırın. Ən 
yaxşısı sadə suallardı  (Örnək 2).  
                                                                                                              
ÖRNƏK 2 
 

 
Bir nəfər ruhi xəstənin müalicəsinə dövlət nə qədər pul ayırır? 

 
stehlak səbətinin tutumu nəyə əsasən hesablanır? 

 
Özəl qurumlarda vətəndaşlarım əməşəraitinə nəzarət neçə həyata keçirilir? 

 
Ali məktəblərdə test imtahanlarının şəffaflığı necə təmin olunur? 

 
Səhərdə qara qarğa populyasiyasının artmasını ornitoloqlar necə izah edirlər?  
 
           Bilin  ki,  sualın  qoyuluşunda  belə  müəyyən  informasiya  var. 
Öncədən  müsahibinizə  söhbətin  predmetindən  nə  dərəcədə  bilgili 
olduğunuzu göstərəcəyinizi də nəzərə alın. 
         Bəzən  elə  olur  ki,  respondent  müəyyən  səbəblərdən,  ya  sizdən  xoşu 
gəlmir,  ya  qəzetinizi  sevmir,  ya  qorxur,  heç  vəchlə  malik  olduğu 
informasiyanı 
sizinlə 
bölüşmək 
istəmir. 
Müsahibinizə 
araşdırma 
mövzusunun  sosial  əhəmiyyətini  izah  edin.  Onu  hansısa  bildiyiniz 
informasiya  ilə  şirnikləndirin.  Elə  faktı  xatırladın  ki,  müsahib  onun 
yanından laqeyd keçə bilməsin. 


          Bəzən,  ola  bilsin  ki,  müsahib  kömək  etmək  istəyir,  lakin  sizi 
maraqlandıran  olaylar  onun  yadından  çıxıb.  Bu  halda  müsahibinizdə 
assosiasiyalar  oyatmağa  çalışın.  Sizin  üçün  vacib  epizodu  onunla  birgə 
səsləndirin. Özünüz də yada salın, həmin gün hava necə idi, qəzetlər nədən 
yazırdılar,  televizorda  hansı  veriliş  gedirdi  və  s.  Səhər  evdən  çıxanda 
həmsöhbətiniz kimə rast gəldi. Səhər nə yeyib və s. Bu faktlar zənciri onu 
sizə lazım olan faktlara gətirib çıxaracaq.  
     
Hökmən  müsahibinizin  temperamentini  nəzərə  alın.  Psixoloji 
tipindən  asılı  olaraq  söhbətdə  adamlara  müxtəlif  cür  təsir  etmək  olar. 
Xolerik,  melanxolik  və  fleqmatiklər  olayın  detallarını  yadda  saxlamırlar. 
Onlarla  ünsiyyətdə  səbrli,  həssas,  nəzakətli  olmaq  gərəkdi.  Sanqviniklərə 
isə tələbkarlıq, ciddilik daha çox təsir edir. 
         Söhbətin  ilk  frazaları,  tonallığı  çox  vacibdi.  Özünüzü  tanıdandan 
sonra  müsahibinizin  adını,  soyadını,  vəzifəsini  qeyd  edin.  Ola  bilər  ki, 
sonra sizin buna sadəcə imkanınız olmasın. 
      
Müsahibinizdən xoşunuz gəlmirsə, bunu heç cür üzə vurmayın. Əgər 
əvvəlcədən  konfliktə  getsəniz,  söhbətiniz  alınmayacaq.  Eyni  zamanda  da 
müsahibin  qarşısında  kobud  ifadəyə  görə  üzr  istəyirəm,  dondurma  kimi 
“əriməyin”.  Müsahib  belə nəticəyə gələ  bilər  ki, o  verəcəyi informasiyada 
siz  çox  maraqlısınız.  Ona  görə  də  böyük  emosional  hazırlıq  nümayiş 
etdirməyin.                                                                                   
Yaddaş:  
Siz  bu  qaydalara  əməl  etməməklə  kiminsə  xətrinə  dəyə  bilərsiniz 
 
 



 
Davranışınızla  bağlı  sizə  qarşı  neqativ  münasibət  doğuracaq  heç  bir 
hərəkət  etməyin.  Xoşgörünümlü,  səliqəli  olun,  öz  peşənizin 
əhəmiyyəti ilə öyünməyin. 

 
lk  dəfə  gördüyünüz  müsahibin  gözlərinə  uzun-uzadı  baxmayasınız. 
Bəzi  tip  adamları  bu  qorxuda  bilər,  onlar  sizin  aqressiv  olduğunuzu 
düşünə bilərlər. 

 
Yaşlılarla 
söhbət 
vaxtı 
onların 
üzünə 
baxmayın. 
Bizim 
düşünüşümüzə, mentallığımıza əsasən bu nəzakətsizlik, qabalıq kimi 
qəbul  olunur  yaşlılar  tərəfindən.  Ən  yaxşısı,  onlarla  yanaşı 
addımlayaraq, yaşlı müsahibin baxdığı istiqamətə baxasınız. 

 
Cavanlarla söhbət zamanı əksinə, onların üzünə baxın. Jestikulyasiya 
arzuolunandı. Onlar sizi “özününkü” kimi qəbul edəcəklər. 

 
Sizi  maraqlandıran  şəxsin  “yaşam  ortamına”  öncədən  köklənin. 
Prezentasiya,  yaxud  iri  bir  şirkətin  ofisinə  gedirsinizsə,  etiket  tələb 
etdiyi kimi geyinin.  

 
Sizin azad peşəniz özgələrin qaydalarını pozmağa haqq vermir. 
 
 
              Eynilə  də,  kasıb  ortamda,  mitinq  edənlərin,  etiraz  aksiyaları 
keçirənlərin  arasında  öz  eksklüziv  ayaqqabılarınız,  yaxud  böyük 
qazancınızla  öyünməyin.  Həm  təkəbbürlülük,  həm  də  primitivlik  sizin 
nüfuzunuzu eyni dərəcədə aşağı sala bilər. 
           Söhbət  əsnasında  müsahibinizin  yaxşı  keyfiyyətlərini  qabardın. 
Göstərin  ki,  siz  bu  keyfiyyətlərdən  xəbərdarsınız,  onları  yüksək 
qiymətləndirirsiniz. 


         O  saat  diktofonu  çıxarıb  stolun  üstünə  qoymayın.  Onu  bir  azdan 
söhbətin  əsas  hissəsinə  çatanda  üzə  çıxarın.  Deyin  ki,  diktofonu  yalnız 
söhbətdə heç nəyi unutmamaq üçün gətirmisiniz, yaddaşınız zəifdi. Əgər bu 
arqumentlər  müsahibi  inandırmadısa,  diktofonu  yığışdırmalı  olacaqsınız. 
Gizli  audioyazı  aparmaq  qorxuludu.  Texnika  xarab  ola  bilər.  Sizi  ifşa  edə 
bilərlər. 
     Tərs,  informasiya  ilə  bölüşmək  istəməyən  müsahiblərlə  bu  texniki 
priyomlardan faydalanın.  

 
Pauza- sual  verdiniz,  cavab  aldınız. Tələsik  növbəti  suala  keçməyin. 
“Təzə  başlayan  jurnalisti  pauzalardan  qorxmağından  tanıyırsan.
42
 
Növbəti sualı verməkdənsə gözləyin. Çox vaxt müsahib elə bilir ki, o 
sizə  dolğun  cavab  vermədi.  stədiyindən  daha  artıq  danışmağa 
başlayır. Serqey Muratov kitabında belə bir hadisəni təsvir edir.                                                       
 
MARAQLIDI 
Lazım  olandan  artıq  informasiya  verməməyi  qərarlaşdırmış  sağ 
siyasətçi  Miki  Runi  teleefirdədi.  Jurnalist  ona  bir  sual  verir, 
ikincisini,  üçüncüsünü  və  ...  susur.  Balıq  kimi,  sfinks  kimi.  Üzündə 
nəzakətli  gözləyiş.  Runi  özlüyündə  qərara  alır  ki,  cavabı  deyəsə
dolğun deyil. Pauza qorxuncluqla artır, böyüyür. Efir vaxtı axır. Runi 
yenə nəsə əlavə edir, yenə də, yenə də.... özü demək istəmədiyi şeyləri 
danışmağa başlayır. Səhv buraxır, özü öz səhvini düzəltməyə çalışır, 
hər  şey  daha  da  qarışır.  Sonda  dialoq  olası  şey  Runinin  özünüifş
monoloquna  çevrilir.  Sonradan  jurnalisti  məhkəməyə  vermək  istəyə
                                                  
42
 
 
S.A Muratov .Televizionnoye obşenye v kadre u za kadrom. səh.58 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə