Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   60   61   62   63   64   65   66   67   ...   71

insanlarla ünsiyyəti əvəzləyə bilmir). 
 
Unutma ki, mədəniyyətdən yazmaq təbiət və cəmiyyət bağlantısında 
bütün müxtəlifliyə uyum saxlayan, özünü dəyişdirməklə dünyanı 
dəyişdirən insanlardan yazmaq deməkdir. 
 
“Qlobal düşün, lokal yaşa və ya gen düşün, dar yaşa” fəlsəfəsini 
anlayan və buna dəyər verən insanları öz yazılarında diqqət 
mərkəzində saxla. 
 
“Məlumatlandırmaq məndən, anlatmaq bilicidən” düsturunu yaddan 
çıxarma. 
 
Yaradıcı yanğın yoxdursa, məlumatlandırmaq ehtiyacı duymursansa, 
yazma (yazsan, biganə varlıqların sayı artacaq, medianı gözdən 
salacaq və əvvəl-axır, işsiz qalacaqsan). 
 
Keçmiş və gələcəklə ünsiyyəti itirsən, bügünü anlamayacaqsan 
(mədəniyyət anlamağa can atmaqdır). 
 
Baş verən dəyişikliklərin  hədəfini anla və həmin dəyişiklikləri 
müxtəlif insanlardan keçirərək bütün ziddiyyət və tərəddüdləri ilə 
diqqətə yetir. 
 
Sözlüyünü daim zənginləşdir, ancaq yığcam və sadə yaz. 
 
 Mənasını dəqiq bilmədiyin və adi sözlərlə ifadə etməyə aciz qaldığın 
terminlərdən qaç.  
 
Olduğundan ağıllı görünmə, çünki başqalarının ağlı ilə bilgili 
görsənmək sənə və təmsil etdiyin media qurumuna inamı azaldacaq. 
 
Unutma ki, geyim, davranış və danışığında yol verdiyin yanlışlar 
təmsil etdiyin media qurumunu nüfuzdan sala bilər.  
 
Lalə Cəfərova isə maarifçiliklə yekun vurdu ... 
 
Mədəniyyətlə ilgili insanlar, əsasən, iki yerə bölünür: hansısa bir sənət 


nümunəsini,  əsəri  yaradanlara  və  onu  qiymətləndirməyi  bacaranlara. 
Sənəti qiymətləndirməyin özü də böyük istedad sayılır və təbii ki, “zər 
qədrini  bilən  zərgərdən”  sevdiyi  sənət  sahəsi  ilə  bağlı  müəyyən 
bilgilər  tələb  edir.  Mədəniyyətdən  yazan  jurnalist  əsasən,  bu 
kateqoriyaya aid olur.    
 
Siz  məhz  mədəniyyət  mövzusunda  yazmalısınızmı,  yoxsa  başqa 
sahələrdə  qələminiz  daha  uğurlu  nəticələr  göstərə  bilər?  Bunu  bəri 
başdan  müəyyənləşdirmək  gərəkdir.  Özünüz  bilirsiniz  ki,  insanların 
böyük  əksəriyyəti  mədəniyyət  adamına  sevgisini  bildirə  bilər,  amma 
bu,  heç  nəyi  həll  etmir.  O  mənadakı  sevgi  kortəbii  ola  bilər.  Belə 
məhəbbətdən  qopan  kəlmələr  sənətkarın,  ən  əsası  isə  sənətin  özünün 
xətrinə dəyər...  
 
Əgər  sizi  sənətkarlar  öz  mühitlərinə  buraxacaq  olsalar,  bu  mühitdə 
ünsiyyət hər iki tərəf üçün yorucu yox, səmərəli olsa, deməli, hələ heç 
bir  kəlmə  yazmasanız  belə,  uğurun  yarısını  qazanmısınız.  Yadda 
saxlayın,  sənətkarların  sizdən,  yəni  sizinlə  ünsiyyətdən  boyun 
qaçırması və ya söhbəti tezcə xətm eləmək istəyi yaxşı əlamət deyil.  
 
Unutmayın,  sənət  adamı  nə  qədər  zəngin  olsa  belə,  onun  içindəki 
bilgiləri daim təzələməyə və ya yeni ideyalarını kiminləsə bölüşməyə 
ehtiyacı  var.  Bu  mənada  ona  həmişə  həmsöhbət,  həmdərd  gərəkdir. 
Hərgah sizdən fikir və reaksiya şəklində bir şey ala bilməsə, sənətkar 
sizinlə yoldaşlıq edən deyil.  
 
Tanışlıq  üçün  sadəcə  səmimi  olmaq  kifayətdir.  Bilgilərinizi  dərhal 
nümayiş  etdirməyə  tələsməyin,  komplekslərinizi  bir  kənara  qoyun. 
Konkret  bu  sahə  və  bu  insanla  çox  maraqlandığınızı  və  hər  yeni 
informasiyanı  əxz  eləməyə  tam  hazır  olduğunuzu  göstərin.  Yadda 


saxlayın  ki,  sənət  adamları  çox  həssasdırlar,  diletantları  dərhal 
tanıyırlar.  Yalnız  səmimi,  canlı  marağı  görən  sənətkar  həmsöhbətinə 
sənətin sirlərini açacaq.  
 
Sənətkarı danışdırmaq üçün vacibdir ki, onunla öz məkanında söhbət 
edəsən.  Yalnız  emalatxana  şəraitində  sənət  adamı  ünsiyyətə  tam  açıq 
olacaq.  
 
Mədəni prosesdə önəmli  hadisəni qeyri-önəmlidən  ayırmaq  vərdişinə 
yiyələnmək  üçün  ölkənin  mədəni  mühiti  ilə  nəfəs  almalı,  yeni 
tamaşalar,  filmlər,  sərgilər  və  s.  onun  diqqət  mərkəzində  olmalıdır. 
Yaradıcı adamlarla əlaqə qurmağı bacarmalısan. 
 
Azərbaycanın  mədəniyyət  tarixini  öyrənin.  stənilən  sahə  ənənənin, 
vərəsəliyin  nəticəsi  olaraq  əmələ  gəldiyindən  çağdaş  situasiyanı 
qiymətləndirmək  üçün  bu  günə  dünəndən  baxmaq  gərəkdir.  Belə 
olanda sabahı görmək də asanlaşır. 
 
 Mətbuatdakı  mədəniyyət  yazarlarının,  fikrinə  hörmətlə  yanaşdığınız 
həmkarlarınızın  xülasələrini  oxuyun.  Mədəniyyət  hadisəsi  haqqında 
tam  təsəvvür  belə  formalaşır.  Bu  həm  də  intriqaları,  görünməyən 
cərəyanları izləmək imkanı verəcək. 
 
Jurnalist mədəniyyət sahəsinə aid qanunvericilik aktlarından xəbərdar 
olmalıdır.  Post-sovet  məkanındakı  analoji  prosesləri  bilsə,  onun 
xeyrinədir.  Eyni  zamanda  dünyada  gedən  mədəni  prosesləri 
izləməlidir.  Çünki  sizin  bir  missiyanız  da  var:  maarifçilik...  Əslində, 
bələdçiliyi elə bilərəkdən ən əsas məsələ ilə tamamladım. 
 
 
 
 


 
 
 
 
 
 
 
 D M A N 
 
Ə
məkdar  jurnalist  Valid  Sənani  (1935)  1957-ci  ildə  BDU-nun 
coğrafiya  fakültəsini  bitirib.  Jurnalist  fəaliyyətinə  tələbəlik  illərində
başlayıb.  1957-ci  il  aprelin  11-də  televiziya  ilə  ilk  futbol  reportajını 
aparıb. Azərbaycan televiziyasının ilk idman şərhçisidir. 1955-ci ildə
1991-ci  ilə  kimi  respublika  radiosunda  diktor,  redaktor,  “Xəbərlər” 
baş  redaksiyasının  baş  redaktoru  vəzifələrində  işləyib.  Hazırda 
“Space” 
televiziyasının 
redaktorudur, 
Qərb 
Universitetində 
əllimdir.  Azərbaycan  Jurnalistlər  Birliyinin  sədr  müavini, 
Beynəlxalq Jurnalistlər  ttifaqı Konfederasiyası Şurasının üzvüdür.  
 
 
 
dmanın  kütləviliyi  və  uğuru  təkcə  millətin  sağlamlığının  deyil,  həm 
də  mədəni  səviyyəsinin  göstəricisidir.  dmanın  kütləviliyinə  nail  olmaqda 
idman  jurnalistikası  az  rol  oynamır.  Cəmiyyətin  həyatında  idmanın 
möhkəm  yer  tutması  onun  fəal  təbliğatçıları  olan  jurnalistlərdən  də  çox 
asılıdır. 
 
dman, növündən  asılı  olmayaraq,  qüvvətli və çevik olmaqdan əlavə, 
idmançıdan  öz  gücünə,  bacarığına  dərin  inam,  nəzəri  bilik,  durmadan 
təkmilləşmə  və  kamilləşmə  tələb  edir.  dmançıda  bu  keyfiyyətlərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə