Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   56   57   58   59   60   61   62   63   ...   71

də  sağlamlıqdan  yazarkən  problemin  bütün  aspektlərinə  toxunmaq,  ekoloji,  psixoloji, 
iqtisadi, siyasi və sosial amillərin təbabətlə bağlılığını vermək lazımdır. 
 
Ənənəvi  olaraq  jurnalistlər  materialı  iki  baxış  bucağı  üzərində  qururlar.  Tibbi 
jurnalistikada  bu  bucaqların  sayı  məsələdə  maraqlı  olan  insanların  sayı  ilə  düz 
mütənasibdir.  Tibbi  jurnalistikanın  jurnalistikadakı  digər  ixtisaslaşmalardan  fərqi  də 
məhz bundadır. Çalışın ki, yazıda daha çox mütəxəssisin rəyi əks olunsun. 
 
Tibbi  materiallarda  unudulmamalı  məqamlardan  biri  də  maddi  məsələdir. 
Cansağlığı  heç  nə  ilə  müqayisə  olunmayan  bir  kapitaldır.  Elə  buna  görə  də  məqalədə 
xəstəliyin  müalicəsi  üçün  lazım  olan  maliyyəni  göstərin.  Bununla  siz  xəstəliyin 
profilaktikasının  və  önlənməsinin  müalicədən  daha  ucuz  başa  gəldiyini  izah  etmiş 
olarsınız. 
 
Tibb və sağlamlıq problemləri psixoloji və emosional yük daşıdığından bu cəhət 
həmişə  oxucu  üçün  cəlbedicidir.  Oxucunu  maraqlandırmaq  üçün  jurnalist  konkret 
problemlə  oxucu  arasındakı  bağlılığı  göstərməlidir.  Tibbi  jurnalist  nəinki  materialı 
obyektiv  işıqlandırmalı,  həm  də  problemi  oxucuya  konkret  çatdırmalıdır.  Azərbaycanda 
tibb jurnalistika məktəbinin olmaması daim sensasiya dalınca qaçışla nəticələnir ki, bu da 
informasiyanın təhrifinə, materialın əhali üçün praktik əhəmiyyətinin itirilməsinə gətirib 
çıxarır.  Elə  buna  görə  də  jurnalist  cəmiyyətə  düzgün  informasiya  çatdırmaqla,  “zərər 
yetirməməli”  prinsipi  arasında  balans  tapmalıdır.    Balansı  tapmaq  üçün  əvvəlcə 
problemin  mahiyyətini  dərk  etmək  lazımdır.  Bu  isə  jurnalistdən  mənəvi  və 
psixoemosional  güc,  fədakarlıq,  mövzuya  savadlı  yanaşma  ilə  yanaşı,  həm  də  səriştə, 
canıyananlıq,  səmimilik  tələb  edir.  Əgər  buna  hazır  deyilsinizsə,  yaxşısı  budur,  heç 
yazmayın. 
 
Özünüz  mövzu  seçin.  Gözləməyin  ki,  kimsə  sizə  tapşırıq  versin.  Təxəyyül, 
intuisiya  və  peşə  fəhminizi  işə  salın.  Əgər  yazdığınız  mövzu  sizi  silkələyibsə,  ona  can 
yandırmaqdan çəkinməyin. Belə yazı oxucunu laqeyd qoymayacaq.  
 
Və sonda. Yalnız səhiyyənin, dövlətin və K V-in səylərini birləşdirməklə əhaliyə 
sağlamlığın  qayğısına  qalmağı  aşılamaq,  sağlam  həyat  tərzini  millətin  qürur  mənbəyinə 
çevirmək  olar.  Belədə  insan  öz  sağlamlığına  kapital,  təbabətə  isə  özünəməxsus 
investisiya  bankı  kimi  yanaşır.  Bizim  cəmiyyətimiz  öz  sağlamlığının  qayğısına  fəal 


qalacaqmı?  Tibbi-sosial  problemlərin  həllinə  qoşulacaqmı?  Yoxsa  kənar  müşahidəçiyə 
çevrilib dövlətdən “sosial rifah payı” gözləyəcək? Bu məsələdə cəmiyyətin seçimi K V-
in mövqeyindən asılı olacaq.  
 
 
 
 
Bələdçi: səhiyyədən yazırsansa... 
Bələdçiniz Nigar Məcidova əmindir: “Tibbi jurnalistika müxbirdən təkcə 
savad deyil,  həm də cəsarət, təmkin, psixoloji dözüm, can yanğısı və 
səmimilik tələb edir”. 

 
Tibbi  jurnalist  onunla  birlikdə  həyat  yolunda  addımlayan  insanlar 
barədə  düşünməli,  yazı  üçün  can  yandırmaqdan  çəkinməməlidir. 
Mənəvi, psixoemosional gücə, fədakarlığa hazır olmalıdır.  

 
Sağlamlıqdan  yazarkən  problemin  bütün  aspektlərinə  toxunun, 
ekoloji,  psixoloji,  iqtisadi,  siyasi  və  sosial  amillərin  təbabətlə 
bağlılığını vermək lazımdır. 

 
Elmi-tibbi  jurnallar  oxuyun.  Onlar  sizə  yeni  mövzular  verəcək. 
deyaların daha bir qaynağı elmi görüşlər və mühazirələrdir.  

 
Yazacağınız  mövzunun  mahiyyətini  özünüz  üçün  açın.  Mövzunu 
dərindən  dərk  etmək  üçün  mütəxəssislər,  universitet  professorları  ilə 
görüşün. 

 
Problemi  oxucuya  konkret  çatdırın.  Bu  zaman  analogiyalardan 
yararlanın. Sadə dildə yazın.  

 
Tibbi terminologiyanı oxucuya izah edin.
40
 
                                                  
40
 Daha ətraflı oxuyun: N. Məcidova “Tibbi jurnalistika”,  nternational Media Bridge, Bakı 2005.  


 
 
KR M NAL 
 
Afaq  Quliyeva  (1967)  BDU-nun  jurnalistika  fakültəsini  bitirdikdə
sonra  əvvəlcə  “Gənclik”  nəşriyyatında  fəaliyyətə  başlayıb.  Müharibə 
illərində  könüllü  olaraq  hospitalda  tibb  bacısı  işləyib.  1993-cü  ildə
“Azərbaycan-Türk  Agentliyi”ndə  və  agentliyin  nəzdindəki  “Avrasiya” 
qəzetində  müxbir  kimi  çalışıb.  Azərbaycanda  ilk  dəfə  vəsiqəsinə  “polis 
mühabiri”  sözləri  yazılan  A.  Quliyeva  “Panorama”  ,  “Hürriyyət”,  “7 
gün”, “ mpuls” qəzetlərinin kriminal xəbərləşöbələrində işləyib. 1999-
cu  ildən  “ nterpolis”  qəzetinin  baş  redaktorudur.  Dəqiq  fənləri  sevən, 
inşaatçı  olmaq  istəsə  də,  jurnalistikaya  ata-anasının  arzusu  ilə  gələn  A. 
Quliyeva özünü bu sahədə təsadüf hesab etmir: 
 
Mənim  bəxtim  onda  gətirdi  ki,  “Avrasiya”nın  baş  redaktoru  rfan 
Sapmaz  ilk  sınaqdan  sonra  məni  məhz  “polis  mühabiri”  kimi  gördü  və  bu, 
yaradıcılıq yolumu müəyyənləşdirdi. Sənət yolumu məşhur aktyorumuz Hə-
sən  Turabovun  yoluna  bənzədirəm.  Mənə  elə  gəlir  ki,  “7  oğul istərəm”  fil-
mindəki  Gəray  bəy  rolundan  sonra  H.  Turabov  nə  oynadısa,  Gəray  bəyi 
xatırlatdı. Gəray bəy onun alın yazısı idi. Mən də kriminal mövzulardan qaç-
mağa  çalışmışam.  Hətta  mədəniyyətdən  yazmışam.  Amma  sonunda  qarşı 
tərəf məni məhkəməyə verib... Yenidən kriminal xəbərlərə qayıtmışam... 
 
lk  vaxtlar  tələb  olunan  qaydalara  əməl  etmək  çətin  idi.  Məlumatı 
topladıqdan sonra onu D N-in mətbuat xidməti ilə dəqiqləşdirməli, zərərçək-
miş  və  təqsirləndirilən  tərəfin  nümayəndələri  ilə  görüşməli  idim.  Qonşular 
və hadisənin şahidləri ilə söhbətlər də öz yerində. Cinayət törətmiş şəxsin və 
ya onun qurbanının hansı məktəbdə oxuması, necə şagird olmasını bilmək də 
önəmli idi. Fikirləşirəm ki, bu tələblər olmasa idi, mən jurnalist kimi yetiş-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə