Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   54   55   56   57   58   59   60   61   ...   71

çıxarılmır.  Nəticədə  fokusu  ancaq  tədbirdə  cəmlənmiş  bir  xəbər  yazılır  ki, 
belə  xəbər  də  oxucuya  effektiv  enerji  daşımayan  cümlə  yığnağı  təsiri 
bağışlayır. 
 
Neftçilər  günündə  müstəqil  K V  nümayəndələri  neft  sənayesində 
gözlənilən  struktur  dəyişiklikləri,  enerji  daşıyıcılarının  qiymət  artımı  və 
yaxın gələcəkdə planlaşdırılan layihələrlə bağlı rəsmilərdən informasiya əldə 
edir  və  bu  informasiyaları  ayrı-ayrı  xəbərlər  kimi  yayırlar.  Dövlət  K V-ləri 
də  həmin  tədbirdən  əlavə  informasiya  yayır.  Ancaq  necə?  Lap  Sovet 
dönəminin  praktikasına  uyğun  səpgidə,  yəni  hansısa  Neft  və  Qazçıxarma 
darəsinin tikinti  tresti neftçilər günü  münasibətilə  aylıq  plan  göstəricilərini 
vaxtından  10  gün  əvvəl  yerinə  yetirib.  Bir  daha  diqqət  yetirin:  bu  xəbər 
yuxarıda  qeyd  etdiyim  “iqtisadiyyatda  cəmiyyət  üçün  tamamilə  maraqsız 
hesab  edilən  informasiyalar”  tipinə  aiddir.  Onlar  oxucunu  maraqlandırmır, 
peşəkarlar isə bu xəbərləri təbliğat kimi qiymətləndirirlər.  
   
kinci 
mərhələ
Soyuq 
xəbərlərin 
reportyoru. 
Fikrimcə, 
informasiya  sahəsində,  yəni  isti  xəbərlərin  toplanmasında  özünü  göstərə 
bilən  hər  bir  jurnalistin  müəyyən  dövrdən  sonra  bu  mərhələyə  keçmək 
arzusu  oyanır.  nformasiya  istehsalı  ilə  məşğul  olan  jurnalistlərin  böyük 
əksəriyyəti  agentliklər  və  informasiya  mərkəzlərində  çalışırlar. Professional 
dildə  isə  onlara  zarafatla  “ölü  jurnalistika”  nümayəndələri  deyirlər  və 
oxucular bir qayda olaraq (müəyyən istisnalar olmaqla) onları tanımır, çünki 
onların imzası nadir hallarda qəzet və jurnallarda görünür.   
 
Azərbaycan  reallığında  iqtisadi  sahədə  reportyorların  sayı  olduqca 
azdır. Bu da ondan irəli gəlir ki, reportyorlar ancaq qəzetlərdə cəmləşiblər və 
yerli  TV-lərdə  onların  əməyinə  ehtiyac  görmürlər  (ANS  TV-dəki 
iqtisadiyyat  bölümü  sırf  informativ  xarakterlidir).  kinci  bir  tərəfdən 
ümumilikdə iqtisadi sahədə ixtisaslaşmış yaxşı reportyor olmaq çox çətin bir 


işdir.  Ona  görə  ki  iqtisadiyyat  özü  çoxsahəli  bir  sistemdir  və  onun  bütün 
sahələrinə bələd olmaq asan deyil.  
 
Soyuq  xəbərləri  yazmaq  üçün  reportyorun  ilkin  instinkti  müxtəlif 
informasiyalardan  baş  çıxarmaq,  onların  arasında  önəmli  olanını  tapmaq 
qabiliyyətidir.  nformasiya  nə  dərəcədə  aktualdır?  Onun  digər  proseslərlə 
bağlılığı  nədədir?  qtisadi  mənzərədə  yeri  haradadır?  Soyuq  xəbəri  yazan 
müxbir  bu  suallara  cavab  verə  bilməlidir.  Əks  halda,  soyuq  xəbər  yazmaq 
istəyən  müxbir  isti  xəbərlərin  “qaynar  qazanı”nda  yana  bilər.  Soyuq 
xəbərləri yazarkən  reportyorun  vəzifəsi  müxtəlif  mövqelərə  istinad  etməklə 
hadisənin daha dolğun və ətraflı çatdırılmasını təmin etməkdir. 
 
 
 
Üçüncü  mərhələ:  təhlilçi.  Bu  jurnalist  fəaliyyətinin,  mən  deyərdim 
ki,  zirvəsidir.  Hər  hansı  bir  jurnalist  uzun  müddət  hansısa  bir  sahə  ilə 
məqsədyönlü  şəkildə  məşğul  olursa,  həmin  sahənin  bilicisinə  çevrilir. 
Qərbdə  çəkilmiş  sənədli  filmləri  xatırlayın.  Bu  filmlərdə  hadisələrə  qiymət 
verən və onun detallarını izah edən şəxslər arasında jurnalistlərə tez-tez rast 
gəlirik. Bizim ölkəmizdə də belə bir praktika var. Ancaq bu, əksər hallarda 
siyasi  proseslərlə  bağlı  məsələlərə  aid  olur.  qtisadiyyatın  hər  hansı  sahəsi 
üzrə  isə  Azərbaycanda  jurnalist  diplomu  ilə  şərhçi,  ya  təhlilçi  statusuna 
yüksəlmiş qələm sahibi, məncə, olmayıb. 
 
Təhlilçi cəmiyyətə nə üçün lazımdır? Məgər informasiya və reportyor 
yazıları  məsələnin  mahiyyətini  açmaq  üçün  yetərli  deyil?  qtisadi  təhlilçi 
oxucuya  rəqəmlərin  mahiyyətini  anlamağa    kömək  edir.  Bu  tezisimizi 
əsaslandırmaq  üçün  bir  daha  Neftçilər  gününə  qayıdaq.  Neftçilər  günündə 
səslənən rəqəmlər ictimaiyyət üçün bir şey deyirmi? 30 milyon ton neft sadə 
azərbaycanlı üçün  nədir? Təhlilçi  ilk  növbədə qeyd  etməlidir ki, 30  milyon 
ton  neft  o  qədər  də  böyük  rəqəm  deyil:  Dünyada  hazırda  72  ölkədə  neft 
çıxarılır  və  bu  həcmlə  biz  haradasa  30-cu  yerdə  qərar  tuturuq.  Bəs  bu 


göstəricilərlə  regionda  vəziyyətimiz  necədir?  Biz  Türkmənistandan  3  dəfə 
çox, Qazaxıstandan isə 2 dəfə az neft çıxarırıq. Təhlilçinin bu izahı müxtəlif 
K V-lərin  təbliğat  və  ya  antitəbliğat  xarakterli  materiallarının  mahiyyətini 
oxucuya aydınlaşdıra bilər. Başqa bir misal, hazırda dövlət məmurları ÜDM-
in 30-35 faiz artdığını dönə-dönə təkrar edirlər. Ancaq sadə vətəndaş bunun 
gündəlik  həyatla  əlaqəsini  təsəvvür  edə  bilmirsə,  onda  reallıqda  bu,  Sovet 
dönəmində  Lenin  qiraət  günündə  Marksın  “Kapital”  əsərinin  kolxozçular 
üçün oxunulmasına bənzəyir. 
 
Ancaq belə incəlikləri açmağı bacarmaq çox böyük zəhmət və 
qabiliyyət tələb edir. Ona görə də bu sətirləri oxuyan gələcək jurnalistlər 
bilməlidirlər ki, jurnalistika təkcə yazmaq qabiliyyəti deyil, həm də 
düşünmək və düşündürmək qüdrətidir. 
 
 
Bələdçi: iqtisadiyyatdan yazırsansa...
 
 
Bələdçiləriniz  lham Şaban, Hafiz Babalı, Elbrus Cəfərlidir. 

 
qtisadiyyat  sahəsində  ixtisaslaşmaq  istəyirsənsə,  iqtisadiyyatı  kom-
pleks şəkildə öyrənməlisən. Bu, iqtisadi panoramı tam görməyə imkan 
verəcək. Seminar və konfranslarda iştirak et. Bu isə sənə iqtisadi pro-
seslər barədə öz mövqeyinin formalaşmasında, eləcə də müxtəlif mə-
sələlərə  dair  mütəxəssis  rəylərinin  alınması  üçün  istiqamətin  düzgün 
müəyyənləşdirilməsində lazım olacaqdır. 

 
Daim mütaliə et, iqtisadi ədəbiyyatı öyrən, iqtisadi terminləri, onların 
mənalarını mənimsə, qeydlər apar, gündəlik tut. 

 
Hökumətin  qəbul  etdiyi  dövlət  proqramlarını,  fərman,  sərəncam  və 
qərarları diqqətdə saxla.  

 
qtisadiyyatın  fəaliyyətini  tənzimləyən  qanunvericilik  aktlarını  öyrən. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə