3.
“Kitab pasajı”nda olun. “Kitab pasajı”nda bir gün” adlı
soyuq xəbərin rakursunu tapın.
4.
Aşağıdakı mövzularda soyuq xəbər hazırlamaq üçün
mənbələri sayın: “Uşaq bağçaları özəlləşdirilmədən sonra”,
“M. F. Axundov adına Milli kitabxana təmirdən sonra”.
5.
Aşağıdakı xəbərin soyuq xəbərə çevrilmə yollarını arayın.
Yanmış ərazilər insan sağlamlığı üçün təhlükə yaradır. N.
Söhbətqızı. “Ayna”, 18 iyul 2006.
Tərtər rayon xəstəxanasının həkimləri son günlər xəstəxanada
vaxtından əvvəl doğuş və ölüdoğulma hallarının çoxaldığını
deyirlər.
Son aylar ermənilərin işğalı altında olan Azərbaycan ərazilərinin
yandırılması təkcə kəndlərin, meşələrin məhvi ilə nəticələnməyib,
bölgədə yaşayan insanların sağlamlığına da ciddi təhlükə yaradıb.
Belə ki, yanan ərazilərdən çıxan tüstü və zəhərli qaz çöküntüləri
cəbhəyanı kəndlərdə yaşayan astmalı xəstələrə əziyyət verir, hətta
sağlam sakinlərin də bu xəstəliyə düçar olmasına səbəb olur
(APA). Tərtər Mərkəzi rayon xəstəxanasının (MRX) terapevti
Mətanət Hüseynzadənin sözlərinə görə, son günlər sözügedən
xəstəlikdən əziyyət çəkmələri barədə xəstəxanaya müraciət
edənlərin sayı çoxalıb.
"Astmadan əziyyət çəkən xəstələr tüstüdən, tozdan qoruna
bilmirlər. Ona görə də boğulma, çətin tənəffüs etmə halları həddən
artıq çoxalıb", - deyə o əlavə edib. Terapevt qeyd edib ki, ətraf
mühitin çirklənməsi, təkcə astmadan əziyyət çəkən xəstələr üçün
deyil, bütövlükdə insan sağlamlığına təhlükədir.
Tərtər rayon xəstəxanasının nevropatoloqu Şükür Məmmədov isə
bildirib ki, ürək qan-damar sistemindən əziyyət çəkən xəstələr
arasında isə ölüm halları müşahidə edilməkdədir. Buna səbəb
kimi, işğal altında olan ərazilərdə törədilən yanğınları göstərən
nevropatoloqun fikrincə, qoşunların təmas xəttinə yaxın yerlərdə
yaşayanların baş verən hadisələri birbaşa gözləri ilə görməsi,
onların psixologiyasına, yanğınlar nəticəsində yaranan zəhərli qaz
və tüstü çöküntüləri isə adamların ürək qan-damar sisteminə mənfi
təsir edir.
Rayon mərkəzi xəstəxanasından onu da bildiriblər ki, son günlər
xəstəxanada vaxtından əvvəl doğuş və ölüdoğulma halları da
çoxalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə işğal olunmuş
ərazilərdə, ermənilər tərəfindən yandırılan meşələrin ilk ekoloji
xəritəsini hazırlamağa başlayıb. Nazirliyin mətbuat xidmətinin
yaydığı məlumata görə, hazırlanacaq xəritədə yanğınların əhatə
olunduğu ərazilər göstəriləcək. "Hazırda xəritə üzərində
təkmilləşdirmə işləri aparılır. Xəritə üzərində aparılan işin gələn
həftə yekunlaşacağı gözlənilir", - deyə məlumatda bildirilir. Xəritə
hazır olduqdan sonra Xarici şlər Nazirliyi və beynəlxalq
təşkilatlara təqdim ediləcək.
Ümumiyyətlə, sözügedən nazirliyin ilkin hesablamalarına görə,
yanğınlar nəticəsində ekoloji baxımdan Azərbaycana 4,5 milyon
dollar məbləğində ziyan dəyib.
6.
sti və soyuq xəbərdə qaynaq informasiyanın fərqli və
oxşar cəhətləri hansılardır? Soyuq xəbərdə qaynaq
informasiyanın yeri haradadır, onu oxucuya təqdimetmə
formaları necə ola bilər?
Ədəbiyyat:
17.
Adee K.W., Ault H. Phillip, Emery E. Reporting and Writing News,
NY, Harper & Row, 1983, p. 130-140.
18.
Brooks S.B., Kennedy G., Moen R.Daryl, Ranly D. News Reporting
and Writing., NY, Bedford/St.Martin’s, 2002, p.188-205.
19.
Mencher M. News Reporting and Writing. USA, Brown &
Benchmark, 1997. p. 186-218.
FƏS L 8. ZƏR QƏDR N B LƏNLƏR
Çörəyi ver çörəkçiyə...
Xalq məsəli
Bu fəsildə
açıqlanacaq suallar:
•
Jurnalistikada ixtisaslaşma
nədir?
•
xtisaslaşmanın üstünlüyü
nədədir?
•
Beynəlxalq həyat,
iqtisadiyyat, səhiyyə,
mədəniyyət, kriminal və
idman xəbərlərini necə
yazmalı?
Kimdir onlar?
Onlar zərgər deyillər. Amma zər qədrini yaxşı bilirlər. Çünki zər nədir
bilirlər. Onlar siyasətçi ilə siyasətçi, sənətkarla sənətkar, həkimlə həkim,
biznesmenlə biznesmen, idmançı ilə idmançı kimi, bir sözlə, hamı ilə öz
dilində danışsalar da, nə siyasətçidirlər, nə sənətkar, nə həkim, nə
biznesmen, nə də idmançı. Onlar, sadəcə, ixtisaslaşmış jurnalistlərdir...
Jurnalistikada ixtisaslaşma iki cürdür: sahəyə görə və məkana görə.
Sahəyə görə ixtisaslaşmanın diapazonu genişdir: beynəlxalq həyat, siyasət,
Dostları ilə paylaş: |