Xəbərin yazıldığı 2001-ci illə Dağlıq Qarabağ hadisəsinin başladığı 1988-ci
ili 13 il ayırır. Demək, müəllifin verdiyi qaynaq informasiya – ön tarixçə bu
illərin ən önəmli hadisələrini əhatə etməklə, oxucuda aydın təsəvvür
yaratmalıdır.
UNUTMAYIN: Ön tarixçə “Tarixi-Nadir” olmamalıdır, o dünənlə bu günü
birləşdirən ən vacib informasiyanı verməlidir. Qaynaq informasiya adətən,
keçid abzasından sonra, yaxud əsas hissənin əvvəlində yazılır. sti xəbərdə
qaynaq informasiya çevrilmiş piramidanın ucunda – sonuncu bölmədə
yerləşdirildiyi halda, soyuq xəbərdə qaynaq informasiya bir qədər önə keçir.
Bu yazının məntiqindən doğur. Çünki soyuq xəbərin verdiyi yeni
məlumatları, incələmələri, məsələyə münasibətdə fərqli mövqeləri “həzm
etmək” üçün belə bir informasiyanın daha tez çatdırılması önəmlidir.
Qaynaq informasiya xəbər boyu mövzuya uyğun olaraq paylaşdırıla bilər.
Örnək 9. Ölüm ayağında olan şəhər həkimlərə qapı açmır. S. Levin.
“Nyu York Tayms”, 9 may 1997.
Sumqayıt, Azərbaycan. – “Onların heç bir yaşları yox idi,
bəlkə də, bir-iki aylıq olardılar. Körpə idilər”, - yaşlı kişi
şəhər qəbiristanlığının bir küncünü göstərir.
Onlardan qalan tənha və kiçik başdaşılarının cərgəsidir.
Lid
1980-ci illərdə Sumqayıt “ölü zona” kimi tanınırdı.
Keçid abzası
32 kimya və metal zavodu ildə 120 min ton zəhərli tullantı
atırdı. Dünyaya gələn hər min körpənin 36-ı bir yaşına
çatmamış ölürdü. Sovet ttifaqı dağılandan sonra nəhəng
zavodlar bağlanmağa başlayanda Dünya Valyuta Fondunun
rəsmiləri 330 min əhalisi olan Sumqayıtın köçürülməsini və
şəhərin boşaldılmasını təklif etdi. Plan qəbul olunmasa da,
Qaynaq
informasiya,
ön tarixçə
Xəzər sahilindəki bu şəhərin üzərindən çarəsizlik dumanı
çəkilməyib. Zavodlar bağlanıb, işsizlik baş alıb gedir.
Solmuş şəhər sakitdir. Tozlu, ürək darıxdıran küçələrdə ara-
sıra köşklər gözə dəyir. Uşaq ölümü indinin özündə də
ABŞ-dan 3 dəfə yüksəkdir.
Təhlildən göründüyü kimi, oxucu qaynaq informasiya ilə yazının
əvvəlindəcə, bir cümləlik keçid abzasından sonra tanış olur. Bu qaynaq
informasiya lidi və xəbərin mövzusunu açıqlamaq üçündür. Bu
informasiyada Sumqayıtın tarixinə toxunulmur. Çünki söhbət hələlik uşaq
ölümünün yüksək olması, şəhərin insan yaşayışına yaramaması barədədir.
Oxucu üçün yazının bu məqamında şəhərin tarixini yazmaq uzun-uzadı,
darıxdırıcı ola bilər. Müəllif bu qaynaq informasiyadan sonra BMT-nin
Azərbaycan hökuməti ilə birlikdə Sumqayıtda başladığı nəhəng layihəyə
keçir. Yazının əsas hissəsi bu layihə, onun Sumqayıtın yenidən
dirçəlməsində rolu və qarşıya çıxan çətinliklər barədədir. Yalnız bu yerdə
oxucuya ikinci qaynaq informasiya təqdim olunur. O daha dərin və tarixidir.
Çünki məqsəd BMT-nin layihəsini dünənlə bağlayan kökləri tapmaqdır:
Sumqayıt Bakının şimalındadır, onu paytaxtdan yarım saatlıq yol
ayırır. kinci dünya müharibəsi bitəndə buralarda üzümlüklər, elektrik
stansiyası və xlor zavodu vardı. Sonra Sovet rəsmiləri burada heyrətamiz
sənaye şəhəri salmaq qərarına gəldilər. Neft kimyası, sintetik materiallar,
yuyucular və s. Bəzi zavodlar Bakıdan buraya köçürüldü, qalanları isə
tikildi.
Zavodlar sürətlə ucaldıqca, əhalinin sayı da 4 mindən 200 minə
qalxdı. Sumqayıt iqtisadi möcüzə adlandırılırdı və buna müəyyən mənada
ə
sas vardı. Amma heç kim dilinə gətirmirdi ki, Sumqayıtda nəfəs almaq
mümkün deyil, küçəyə çıxanda adam boğulur.
Bu ön tarixçə oxucuya yeni, daha geniş məlumat verməklə onu
yazının əsas hissəsində qaldırılan sualları anlamağa kömək edir. Qaynaq
informasiya yardımçı informasiya olduğundan onu oxucuya birbaşa deyil,
məqamına görə vermək mümkündür. Bu zaman qaynaq informasiyanı
düzgün paylaşdırmaq gərəkdir.
UNUTMAYIN: Soyuq xəbərdə ön tarixçə önəmli komponentlərdən biri
olsa da, o yardımçı informasiyadır. Əsas məlumat bizim mövzu ilə bağlı
öyrəndiyimiz yeni faktlar və münasibətlərdir. Soyuq xəbər mənbələrin
çoxluğu ilə fərqlənir. Mənbələrin çoxluğu müxtəlif baxışlar deməkdir. Bu
zaman balans gözlənilməlidir. Mənbə naminə mənbə axtarmayın.
Soyuq xəbərdə mənbələrin sayı minimum 4 olmalıdır. “Ölüm
ayağında olan şəhər həkimlərə qapı açmır” yazısında mənbələrin sayı
dörddür: Azərbaycan Prezidenti H. Əliyev, BMT-nin Azərbaycandakı
rezident-əlaqələndiricisi P.Lembo, “Kaiser’s Engeneering” şirkətinin icraçı
direktoru Q. Morrey və təqaüdçü Ə. Mustafayev. Mənbələr bir-birlərini
tamamlamalı, yazının dolğun və bitkin olmasına xidmət etməlidir. Belədə
yazını bitirmək çətin olmur.
Dördüncü addım: tamamlamalı
Yazının sonu sonuncu akkorddur. Yazının lidi kimi sonluğu da
yaddaqalan olmalıdır. “Ölüm ayağında şəhər həkimlərə qapı açmır” yazısı
təqaüdçü, 97 yaşlı əmək veteranı, Sumqayıtın özülünü qoyan Əli
Mustafayevin sözləri ilə bitir: “Lembonun ən böyük azarkeşlərindən biri
Sumqayıtın özülünü qoyan, “indiki azərbaycanlıların ancaq özlərini
fikirləşdiklərini” deyən 97 yaşlı Əli Mustafayevdir.
Dostları ilə paylaş: |