bütün bunları görmək onlar üçün çox ağır olacaq.
Bu yazı Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Minsk
qrupunun həmsədri kimi ABŞ-ın prosesdə iştirakı barədədir. Amma müxbir
mətləbə birbaşa keçmir. Oxucunu maraqlandırmaq, faciənin miqyasını
cızmaq üçün o, yazıya qaçqın qadının arzusu ilə başlayır. Onun bu arzudan
qiymətli heç nəyi yoxdur. Bu arzu onun itirdiklərinin “əvəzidir”. Lidə yalnız
bir nəfəri çıxarmaqla müxbir, əslində, 50 min ağdamlı qaçqının taleyinə
güzgü salır, onları oxucuya yaxın edir. Çünki müxbir yaxşı bilir: rəqəmləri
unutmaq asandır, insanları çətin...
Oxucunun unuda bilməyəcəyi ikinci bir məqam əhvalatdır.
Ə
hvalatın nəqli
Əhvalat, əslində, yazının içindəki hadisədir. “Zerkalo”nun müxbiri N.
Məcidova korroziyadan bəhs edən “Deşiklər öz qurbanlarını gözləyir”
yazısını şahidi olduğu bir hadisə ilə başlayır:
Örnək 3. Deşiklər öz qurbanlarını gözləyir. N. Məcidova, “Zerkalo”,
fevral 1997.
Avtomobil Nobel prospekti ilə gedirdi. Və birdən biz və
sürücü hiss etdik ki, maşın boşluğa yuvarlanır. Gurultu
eşidildi. Geriyə çevrilib baxdıqda bizim arxamızca gələn
maşının havadan asılı qalmış arxa təkərlərini gördük və bir
neçə saniyənin içərisində maşın gözdən qeyb oldu.
Maşınımızı saxladıq və biz hadisə yerinə qaçdıq. Böyük bir
asfalt parçası tüstülənirdi və bizim gözümüzün qarşısında
buz kimi əriyib tökülürdü. Çuxurun dərinliklərindən göyə
Lid
Ə
hvalatın
nəqli
buxar dumanı qalxdı.
çindəki altı sərnişinlə çuxura
yuvarlanmış maşın bu “qazanda” bişirdi.
Sonra bəlli oldu ki, adamların bədənləri faktiki olaraq bu
buxarın içində bişmiş və onlardan heç birini xilas etmək
mümkün olmayıb. Mütəxəssislərdən soruşub öyrəndik ki,
torpağın altından keçən qızdırıcı boru xəttində korroziya
nəticəsində deşik açılmış və asfaltın altında çatlar əmələ
gəlmişdir. Nəhayət, günün birində asfalt təzyiqə davam
gətirməyərək parçalanmışdır. Yolda çat bunun nəticəsində
baş vermişdir.
Keçid abzası
Müəllifin özünün şahidi olduğu bir əhvalatın nəqli ilə başlanan bu
yazı oxucunu korroziya probleminin ciddiliyinə hər hansı bir statistik
rəqəmdən daha çox inandırır.
Səhnənin canlandırılması
Yazını oxucu üçün görümlü etməyin ən sadə yollarından biri məkan
rakurslarından istifadə etməkdir. Məkan rakursları hadisənin baş verdiyi
yerin – səhnənin sözlə cizgilənməsidir.
Örnək 4. Qafqazdakı etnik müharibədə qisasın yeni qatları. F. X.
Klines, “Nyu York Tayms”, 8 mart 1992 (ixtisarla).
Ağdam, Azərbaycan. 5 mart. Burada – vadidəki məsciddə
mürdəşir Haqverdi Hacıyev güllələnmiş uşaqların, eybəcər
hala salınmış yaşlıların cəsədlərini yuduqca adama elə gəlir
ki, onun əllərindən gəlib keçən Dağlıq Qarabağ uğrunda
Ermənistanla 4 ildən bəri aparılan elan edilməmiş
Lid – Səhnənin
canlandırılması
müharibədə Azərbaycanın yaşadığı ağrı-acılar və
məğlubiyyətlərdir.
“ Fevralın 26-dan 200 meyit yumuşam”. Haqverdinin
dəhşət içində kəfənə bürüdüyü başı kəsilmiş növbəti kişi
meyiti Ermənistanla Azərbaycan arasında intiqam və qan
qisasının yeni təzahürüdür. O deyir: “Meyitlərin
bəzilərindən əsər-əlamət qalmasa da, biz onları dəfn
etməliyik”.
Dağlıq Qarabağ qaynadıqca, anklavın erməni çoxluğu
özünüidarəni Azərbaycanın əlindən tamamilə almaq üçün
başladığı kampaniyanı davam etdirdikcə Azərbaycan
müharibəni uduzur.
Keçid abzası
Bu üç cümlə oxucunun təxəyyülünü işə salmaqla onu yazıya dəvət
edir. Bir sözlə, oxucu oxuduqlarını görür. Yəni yazı oxucunun gözünə
çevrilir.
Oxucu yazı ilə eşidə də bilər.
Örnək 5. Cah-cəlallı adadan. Dünyanın inciləri. S.Kinzer. “Nyu York
Tayms”, 16 sentyabr 1997 (ixtisarla).
Lahıc, Azərbaycan. Bu uzaq Qafqaz kəndini qeyri-adi edən
əyri-üyrü çaylaq daşları döşədilmiş küçələr boyunca düzülən
misgər emalatxanalarından ətrafa yayılan cingiltili və incə
çəkic səsləridir.
çəri girəndə görürsən ki, dünyanın ən məşhur misgərləri
boşqablara, sinilərə, dolçalara, camlara və kuzələrə naxış
vurmaq üçün neçə-neçə əsr əvvəllər olduğu kimi dədə-baba
Lid
qaydasınca bapbalaca çəkiclərdən istifadə edirlər.
Misgərlər dünyanın Lahıc adlanan möcüzəsinin ən qiymətli
varisləridir.
Keçid abzası
Kəndi dövrələyən uca dağlar bu yerləri təsərrüfat üçün
əlverişsiz edib. Bu səbəbdən yerli əhali qədimdən
sənətkarlıqla məşğul olmağa başlayıb. Misgərlik isə bu kəndə
daha çox şöhrət gətirib. Lahıclıların əlləri qızıldır, ən adi
şeyləri belə misilsiz gözəllik nümunəsinə çevirə bilirlər.
Qaynaq
informasiya,
ön tarixçə
S. Kinzer Lahıcın ruhunu vermək üçün misgər dükanlarından yayılan çəkic
səslərinin cingiltisini seçirdisə, G. Zotov üçün Beyrut bomba səsləri ilə
başlayır.
Örnək 6. srail Hizbullahı niyə varlandırır? G. Zotov, “Аргументы и
факты
”, 16-22 avqust 2006 (ixtisarla).
Bomba gur səslə partlayır, elə bil pəncərədən royal tullayırlar:
“bum-m-m” və bu səsi müşayiət edən pəncərə şüşələrinin
cingiltisi. Bir qədər keçir, bomba düşən yerdən toz dumanı
qalxır. Nə fəryad səsləri gəlir, nə inilti. ndi, günortadan sonra
mən günəşli küçə ilə addımlayıram və bir nəfər belə olsun insana
rast gəlmirəm. Adətən tıxacdan boğulan dağıdılmış şose də
bomboşdur. Bütün mağazalar bağlıdır, vitrinlər partlayışın
zərbəsindən sınıb. Bu şəhərdə həyat yalnız dar məhəllə
küçələrində yaşanır. Burada alverçilər ucalan tüstülərə həyəcanla
baxa-baxa qəhətə çəkilmiş benzinin litrini 3 dollara satırlar.
Buna oxşar bir səhnəyə mən dəhşət filmlərindən birində rast
gəlmişəm: xəstəxanadan qaçmış insan nəhəng bir meqapolisə
Lid
Dostları ilə paylaş: |