Bunları da yadda saxla...
•
Məhkəmə prosesində iştirak etmədən ittiham aktındakı materiallar əsasında yazı
hazırlama. Əgər belə bir halla qarşılaşarsansa, bil ki, ittiham aktında
təqsirləndirilənlərin ifadələrinə yer verilir. Prosesin digər iştirakçılarının
mövqeyinə və fikirlərinə yer ayrılmır. Bu isə o deməkdir ki, ittiham aktı əsasında
yazılmış yazıda balans pozulacaq.
•
Yaxşı olar ki, ailə-məişət, boşanma və s. bu kimi məhkəmə işlərinin qəzet
səhifələrində yer almasına o qədər də meylli olmayasan. Əgər bunlardan yazmalı
olsan belə, mövzuya fərqli bir rakursdan yanaş. nsanların şəxsiyyətini deyil,
boşanmanın səbəblərini araşdır. Məsələ sensasiya xarakteri deyil, ictimai maraq
daşımalıdır.
MƏDƏN YYƏT
Sevda smayıllı (1954) 1974-cü ildən peşəkar jurnalist fəaliyyəti ilə
məşğuldur. “Televiziya tələbə tribunası”, “Xoş gördük, tələbə!”,
“Kitab köşkü”, “Palitra” kimi televerilişlərin ssenari müəllifi və
aparıcısı, uzun illər çalışdığı “ şıq” nəşriyyatında mədəniyyətdən
bəhs edən bir çox kitabın redaktoru olub. Hazırda “Azadlıq”
radiosunda efirə gedən “ z” mədəniyyət proqramının aparıcısıdır.
Məhz mədəniyyət məsələlərinin işıqlandırılmasında uğurlarına və
peşəkar səylərinə görə, 2006-cı ildə Həsən bəy Zərdabi mükafatına
layiq görülüb.
Çox istərdim ki, jurnalist olmaq istəyən adam bir şeyi qulağında sırğa
eləsin: ən böyük xəbər insandır və bəlkə də, olayları yaradan yox,
olaylardan bəhs edən insandır! Son dönəmlər daha çox mədəniyyət
mövzularına toxunduğumdan fikrimi elə o çərçivədə açıqlamağa çalışım:
düzünü deyim ki, mədəniyyəti daha anlaşıqlı qavramağım xeyli zaman alıb
və əslində, lap yaxınlarda – 2005-ci ildə baş tutub.
…“Azadlıq” radiosu üçün
çəri şəhərin memarlığından veriliş
hazırlayırdım. “Qoruq şəhərə” baş çəkəndə dəhşətə gəldim: ağır tikililər,
beton konstruksiyalar çəri şəhərin kövrək səthini “əzib-göynədirdi”. Bu bir
yana, çəri şəhərdə içərişəhərli tapa bilmirdim. Deyəsən, qazanc ehtirasları
və mədə şıltaqlıqları bu bənzərsiz orta cağ şəhərini ən böyük abidəsiz – yerli
insansız qoymuşdu. Bəzən raket kimi şığıyan, bəzənsə ləngər vuran və sanki
mey-məzə dağıdan yerli ləhcə qulağa dəymirdi. Nərd oynayan yaşlıların,
dolanbaclarda qaçdı-tutdu oynayan və top qovan uşaqların səsi gəlmirdi.
Ağbirçək görəndə qızaran, səsini alçaldıb sayqıyla salamlaşan və yolunu
dəyişən cavanlar sanki heç olmamışdı. çəri şəhər küsmüş, soyumuş və
özünə qapanmışdı. Və birdən… ünsiyyət dolu tanış ləhcə hər şeyi dəyişdi.
Qız Qalası çevrəsində turistlər arasında rastlaşdığım qocaman həmkarım
Tofiq Axundov əsl Kopperfild sehrbazlığı ilə çəri şəhəri dindirdi və həm
məni (yəni verilişi), həm də turistləri xilas etdi… Turistlər bu insanla Qız
Qalasından çox maraqlandılar. Mədəniyyətin məhz insanlar olduğunu onda
tam anladım.
Mədəniyyətdən yazarkən başqa bir güclü impulsu tanınmış filosof
Rəhman Bədəlovdan almışam. O, mədəni insandan danışarkən həmişə
“qlobal düşün, lokal yaşa” düsturunu yada salır. Bu “lokal” anlayışı
müxtəlif kontekstlərdə anlaşılmalıdır: bəzi hallarda etnos, digər hallarda
bölgə, şəhər, hər hansı “kiçik zona”, bir başqa halda, sadəcə, şəhər məhəlləsi
və s. və i.a. Rəhman Bədəlovun fikrincə, qlobal aləmdə lokal kontekstin
saxlanılması indiki cağın başlıca məsələlərindən biridir və istər
mədəniyyətlə, istər mədəni siyasətlə birbaşa bağlıdır. “Azərbaycanda əks
meyl – “lokal düşünüb qlobal yaşamaq” dəbdədir və dərinə işləyən əyalət
ruhu ilə mədəni iddiaların belə eybəcər pərçimi nəinki eybəcər, hətta
dağıdıcı ola bilər”. Müsahibim Rəhman Bədəlov belə deyir.
Cılız düşüncə ilə gen yaşamanın faciəsini başqa bir müsahibim, əslən
Güney Azərbaycandan olan və indi Almaniyada yaşayan ünlü rəssam
brahim Əhrari də gözəl anladıb: “Mədəniyyəti əlindən alınmış və ya
mədəni yaddaşını itirmiş insan qarışqa kimi onurğasızdır, ayaq altda
ə
zilir. Mədəniyyət yaşamın onurğa sütunudur”. Şərhə ehtiyac varmı?
Bir an da insanı unutma, əziz dost!
Bələdçi: mədəniyyətdən yazırsansa...
Sevda smayıllı bələdçiliyə müxtəlifliklə başladı ...
Müxtəlifliyə sayqı göstər və müxtəlifliyin insanlar üçün əvəzsiz sərvət
olduğunu yaddan çıxarma.
Mədəni olmaq müxtəlifliyə açıq olmaq deməkdir (“mədəniyyət” sözü
öz kökünü ərəbcədəki “mədinətin”, yəni “şəhər” kəlməsindən
götürübsə, demək bu anlayışın təməlində “kənd və şəhər”, yaxud
“qapalı və açıq” qarşıdurması var).
Məlumat bazanı zənginləşdir (kağız və elektron formatda kitabxana,
ekspert və yaradıcı insanların, muzey işçilərinin, çeşid-çeşid “sonuncu
mogikanların” ünvanları və s. və i.a.).
Dil bilgilərini gəlişdir (ancaq unutma ki, heç bir ensiklopediya canlı
Dostları ilə paylaş: |