Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   63   64   65   66   67   68   69   70   71

qəzeti  ilk  dəfə  əlinə  alması  ehtimalını  nəzərdən  qaçıraraq  haqqında 
danışdıqları  adamın  yalnız  soyadını  işlədirlər.  Tutaq  ki,  Kapello, 
Raykaard,  Blatter  və  s.  Amma  kimlərinsə  bu  məşhur  adamların  adını 
bilməməsi  mümkündür.  Odur  ki,  məşqçilərin,  hakimlərin,  klub 
rəhbərlərinin,  bir  sözlə,  futbol  təsərrüfatında  çalışan  adamların  ad  və 
soyadı  tam  şəkildə,  heç  olmasa,  yazının  əvvəlində  bir  dəfə 
işlədilməlidir. 
 
Sözçülükdən  qaçmalı.  Xəbər  yazmaq  texnikasına  yiyələnməli. 
Eyni  xəbərin  iki  versiyası  idman  jurnalistikasında  peşəkarlıq  və  qeyri-
peşəkarlıq  arasındakı  fərqi  görməyə  imkan  verəcək.  Naşı  yazılmış 
birinci xəbərin həcmi ikincidən iki dəfə çoxdur: 
 
Rəşad Sadıqov “Neftçi”də oynaya bilə
Xəbər  verdiyimiz  kimi,  Türkiyə  Super  Liqasında  –  “Kayserispor”da 
forma  geyən  həmyerlimiz  Rəşad  Sadıqov  komandanın  son  üç  oyununu 
ehtiyat  oyunçular  skamyasından  izləməli  olurdu.  Əlbəttə,  belə  vəziyyət 
Sadıqovun  ürəyincə  olmayacaqdı.  Yığmamızın  biabırçı  Ukrayna  matçından 
sonra  Türkiyəyə  qayıdan  Rəşad,  çempionatın  növbəti  oyunundan  sonra 
qalmaqala səbəb olub. Futbolçumuzun “Kayserispor” un qələbəsindən sonra 
davranışı  klub  rəhbərliyinin  xoşuna  gəlməyib.  Nəticədə  ciddi  narazılıq 
ortaya  çıxıb  və  Rəşad  klubla  müqaviləsini  pozub.  Müdafiəçinin  yenidən 
“Neftçi”yə qayıdacağı gözlənilir. 
 
Rəşad Sadıqov “Kayserispor”dan ayrıldı 
Milli komandamızın kapitanı Rəşad Sadıqov “Kayserispor”la yollarını 
rəsmən  ayırıb.  Dünən  aldığımız  məlumata  görə,  futbolçu  onunla  klubun 


vitse-prezidenti  Türkər  Horoz  arasında  yaranmış  problemdən  sonra  bu 
qərara gəlib. Sadıqovun bu gün Bakıya qayıdaraq, “Neftçi”nin düşərgəsində 
məşqləri davam etdirəcəyi gözlənilir. 
 
                                                                                                   
               


Fəsil 9. Gerçək axtarışında  
 
 
 
 
Səhv etmək qorxusu sizi gerçək axtarışından 
çəkindirməməlidir. 
                                                                                                               
Helvetsi                                   
 
Bu bölümdə  
açıqlanacaq suallar: 

 
Araşdırma jurnalistikası 
nədir? 

 
Araşdırma jurnalistikası 
necə başlanıb? 

 
Araşdırma 
jurnalistikasında 
qaynaqlar hansılardır? 

 
Araşdırma prosesi: 
çətinliklər, maneələ
   
“Vudsteyn” əhvalatı 
 
        Onları  “zibil  eşənlər”  -  “muckrakers”lər  adlandırırlar.  Bu  mübahisəli 
damğanı onlara ABŞ prezidenti Teodor Ruzvelt 1906-cı il 10 fevral nitqində 
vurub.  Amerika  çap  mediasında  jurnalist  araşdırması  çox  işlək  yazı 


formatlarından  hesab  olunur.  Amerika  Respublikası  qurulanda  indiki  keçid 
demokratiyalarına  çox  oxşayırdı;  vicdansız,  prinsipsiz  partiyalar    mətbuatı, 
rüşvətdə batan çinovniklər, ilkin kapitalın hərisliklə toplanması, ədalətsizlik 
və  s.  Danışacağımız  araşdırma  jurnalistikası  bu  xaosda  qayda 
yaratmağa çalışan sosial instituta çevrildi. Semyuel Lenqhorn Klemens – 
Tom  Soyeri  fikirləşmiş  sevimli  Mark  Tven  də  müəyyən  mənada 
mareykerlərin  “əcdadı”  sayılır. 
stənilən  elmi  ədəbiyyatda  araşdırma 
klassikləri  kimi  siz  Makklyur,    Stefens,    Lonq,    Uorrenin  adlarına  rast 
gələcəksiniz. “Vudstayn  fenomeni” ilə tanış olacaqsınız.                                                                  
 
 
 
 
 
 
 
 
Maraqlıdır 
 “VUDSTAYN  FENOMEN ”  iki  jurnalistin  adı  ilə  bağlıdı.  ROBERT 
VUDVORT  və  KARL  BERNSTAYN.  Yəqin  eşitmisiniz  -  “Votergeyt 
Qovluğu”. Bu iş 1973-cü ildə prezident Niksonun imriçmentinə səbəb oldu. 
Uzaq  1972-ci  ildə  Amerika  biri-birinə  dəymişdi.  ki  sadə  jurnalist  oğlan 
araşdıraraq  üzə  çıxarmışdılar  ki,  Ağ  Evin  agentləri  rəqib  demokrat 
partiyasının seçkigabağı ştabına soxulublar.  
Ş
tab  “Votergeyt”  mehmanxanasında  yerləşirdi.  “WASHINGTON  POST” 
qəzetinin  əməkdaşlarının  hər  bir  cəhdi  Ağ  Ev  administrasiyası  tərəfində
güclü  etirazla  qarşılaşırdı.  Vudvord  və  Bernstayn  heş  nəyə  baxmayaraq 
addım-addım  bu  qaranlıq  işi  çözürdülər.  nformasiya  verməkdən  qorxan 
insanlara  “sizin  adınız  heç  vaxt  çəkilməyəcək”  deyirdilər.  Önəmli 
informatorlardan  birinin  adı  “DƏR N  BOĞAZ”  –  “DEEP  THROAT”  idi. 
Amma  Vudvort  bu  informatorun  adını  heç  kimə  açmadı.  Bu  küylü 
olaylardan  sonra  “Votergeyt  Qovluğu”  XX  əsr  jurnalistikasının  qələbəsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə