Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   63   64   65   66   67   68   69   70   71

hakimiyyətdən  sui-istifadədir.  O,  hər  zaman  olub.  Son  on  illərdə  isə  onun 
coğrafiyası  və  intensivliyi  dəfələrlə  artıb.  1970-ci  illərin  ortalarından 
etibarən  korrupsiyanın  toruna  düşməyən  ölkə  qalmayıb.  Hollandiyada 
mətbuat  korrupsiyaya  qurşanmış  siyasətçilərin  və  rəsmilərin  ifşası  ilə  fəal 
məşğul olur. Gündəlik və həftəlik qəzetlər, eləcə də televiziya  nformasiya 
Azadlığı  haqqında  Aktın  köməkliyi  ilə  dövlət  məmurlarının  rüşvət  və 
saxtakarlıqda əli olması faktlarını üzə çıxarır. Son iyirmi ildə ən azı 10 nazir 
bu səbəbdən istefa verməli olub.  
            Mən  1975-ci  ildə  Amsterdamdakı  “Vrij  Nederland”  həftəliyinin 
xüsusi  araşdırmaçı  jurnalistlər  komandasının  üzvü  olmuşam.  Bu  qrup 
Şahzadə  Culiananın  əri  və  Holland  ordusunun  müfəttişi  Şahzadə  Betriksin 
atası mərhum Şahzadə Bernhardın korrupsiyaya qoşulması barədə xeyli yazı 
yazmışdı.  O,  Amerikanın bir  sıra  aviasiya  şirkətlərindən orduya  yeni qırıcı 
təyyarələrin  alınması  üçün  rüşvət  almışdı.  Bu  araşdırmalardan  sonra 
şahzadə vəzifəsini və bir sıra imtiyazını itirdi.  
 
Jurnalist araşdırmasında qaynaqlar 
         lk qaynaqlarınız: adamlar, adamlar, adamlar...  stənilən informasiyaya 
sağlam skeptisizmlə yanaşın. Hər şeyi iki dəfə yoxlayın. Telefon nömrələri, 
ad  və  soyadları,  küçə  və  təşkilatların  adlarının  hamısını  sorğu 
kitabçalarından dəqiqləşdirmək olar. 
          nformasiya  qaynağınızla  ehtiyatlı  olun.  Əmin  olun ki, o,  nə  dediyini 
bilir.  Hətta  ikinci  bir  nəfər  də  verilən  informasiyanı  təsdiqləyirsə,  bu  onun 
gerçək olduğu deyil. Özünüz üçün qayda qoyun; olay haqqında gerçəkdə


bilgisi olan şəxsdən sitat verin. Məs. qəza yerindən bir qədər aralı olan yol 
polisi əməkdaşı qəza haqqında dəqiq bilgisi olmaya da bilər. 
        Mürəkkəb  materialda  faktlar  və  hətta  sitatların  üzərindən  bir  də 
keçərək  yoxlayın,  əmin  olun  ki,  yazılanları  düz  başa  düşdünüz.  Düzgün 
anladığınızı  başa  düşməyin  digər  üsulu  intervü  vaxtı  müsahibdən  cavabını 
bır də təkrar etməyi xahiş edin. Bu sizə çapa gedəcək faktların gerçəkliyini 
yoxlamağa bir imkan da verəcək. 
        Ehtimallara  yer  qoymayın.  Ehtimal  araşdırma  jurnalistikası  üçün 
deyil. 
        Yazının son variantını diqqətlə oxuyun. Məzmunda səhvləri düzəldin, 
müxtəlif  baxış  bucaqlarına  proporsional  yer  ayrıldığına,  məntiqi  vurğunun 
düzgün qoyulduğuna diqqət edin. 
      
Dəqiq,  düzgün,  aydın  araşdırma  apararkən  dayanacağınız  önəmli 
ölçülərdi  bunlar.  Material  o  vaxt  vicdanlı  sayıla  bilər  ki,  problem  bütün 
baxış bucaqlarından araşdırılıb. 
        Araşdırma  çoxlu  qaynağa  –  insanlara,  müşahidələrə,  sənədlərə 
əsaslanır.  Çox  vaxt  hakimiyyət  orqanlarının  gizlətmək  istədiyi  faktlar 
araşdırma  əsnasında  üzə  çıxır.  Bəzənsə  materiallarda  məhz  o  orqanlardan 
alınmış  faktlar  gedir.  Jurnalist-araşdırmaçı,  Boston  Universitetinin 
mühazirəçisi  Maykl  Berlinin  fikrincə,  reportyorun  bu  sahədə  əsas  silahı 
aşağıdakılardır: 
1.
 
nsanlar – informasiya qaynağı kimi; 
2.
 
Müxtəlif tipli sənədlər və onlarla işləmək bacarığı; 
3.
 
Səbir və məharətlə keçirilmiş müsahibə; 


4.
 
Əxlaq və sosial cavabdehlik hissi. 
          Reportyor  öz  işini  yaxşı  bacarmalıdı.  Münasibətlərdə,  işində  səliqə 
və  sağlam  təfəkkür  xüsusilə  vacibdir.  Çünki  araşdırmalar  jurnalistə  çoxlu 
düşmən  qazandırır.  Onlar  ən    xırda  fakt    yanlışlığına  belə  “ilişə”  bilərlər. 
Sizin apardığınız bütün araşdırmanı diskreditə edərlər. 
        Jurnalist  araşdırması  hər  yerdə  aparıla  bilər.  Dövlət  orqanlarında, 
kommersiya 
strukturlarında, 
məktəblərdə, 
polis 
idarələrində, 
məhkəmələrdə, xəstəxanalarda, şəhərlərdə və əyalətdə. 
             Cəmiyyətə 
xidmət, 
ədalət 
uğrunda 
mübarizə 
jurnalist 
araşdırmasının  motivlərindəndir.  K V  üçün  araşdırma  jurnalistikası 
“ictimai dəyərlərin qoruyucusu” reputasiyası deməkdi. Bununla siz həm 
də oxucularınızın inamını qazanmış olursunuz. 
         Jurnalist  materiallarında heç vaxt öz şəxsi fikrini bildirməməlidi. Bu, 
Qərb  jurnalistikası  üçün  aksiomdu.  Kiminsə  rüşvət  aldığını,  ya  rüşvət 
verdiyini  iddia  etməkdənsə,  jurnalist  dəqiq  faktlar  üzərində  qurulmuş 
möhkəm  strukturlu  material  yaratmalı,  oxucuya  bu  pozuntuların 
mexanizmini, haradan qaynaqlandığını göstərməlidi. Amma unutmamalıyıq 
ki, jurnalist qanun və etika çərçivəsindən çıxmamalıdı. Heç bir oğurlanmış 
sənədlər.  
UNUTMAYIN:  nformasiya üçün heç bir rüşvət vermək, özəərazilərə 
qanunsuz 
daxil 
olmaq 
olmaz. 
Yoxsa 
sizin 
araşdırdığınız 
obyektlərindən fərqiniz olmaz ki! 
Araşdırma öncəsi 


       Kitablar,  qəzetlər,  jurnallar  oxuyun  (mən  bilirəm  nə  deyirəm,  əziz 
tələbələrim), sənədli filmlər izləyin. Kitabxanalardan, arxivlərdən, elektron 
informasiya  daşıyıcılarından  yararlanın.  Nəzərə  alın  ki,  informasiya  axını 
il-ildən  güclənir,  əgər  siz  bu  axından  bir  neçə  ay  belə  kənarda  qalsanız, 
təzələnmək,  yenilənmək,  peşəkar  kimi  lazımlı  olmaq  şanslarınız  çox  aşağı 
düşür.  Yeni  texnologiyalarla  maraqlanmayan,  az  məlumatlı  jurnalist  kimə 
lazımdı?!  Hər  şeydən  başqa,  siz  öz  pul  qazanmaq  imkanlarınızı 
daraldırsınız.  
       zləyin,  müşahidə  edin  ətrafınızı,  toplumu.  Siyasətçiləri  fərqli 
ortamlarda müşahidə edin.  nsanlarla neçə danışır?  şə nə vaxt gəlir? Məişət 
vərdişləri  necədi?  Redaksiyanızın  önünə  tikilən  göydələn  neçə  aya  tamam 
oldu?  Kortej  keçəndə  marşrut  taksidə  neçə  dəqiqə  gözlədiniz?  Tələbə 
yoldaşın niyə əsgərliyə qetmədi? Güclü yağışlardan sonra krandan neçə gün 
bulanıq  su  gəldi?  Avqust  ayının  neçəsində  bulvarda  temperaturu  göstərən 
elektron  tablo  söndü  və  s.  Bu  yerlərdən  çəkilmiş  fotolar  isə  sizin 
müşahidələri sənədə çevirə bilər. 
        Söhbət  edin.  Bəzi  araşdırmalar  sənədlərdən  başlanır,  sonra  adamlara 
keçir, bəziləri adamlarla başlanıb sonra keçir sənədlərə.  
        Amerikalı  jurnalist  araşdırmaçı  Oliv  Tolli  yazır:  “Kimsə  gecə  yarı 
...dəvətsiz ... arvad –uşağı qorxudaraq... evimə basqın edib məni oyatsa, nə 
var,  nə  var,  bir  neçə  sual  verəcəyəm,  təbii  ki,  xoşuma  gəlməz.  Məncə, 
adamlarla  dil  tapmaq  olar.  Biz  adamlarla  özümüzlə  necə  davranmaq 
istədiyimiz kimi davransaq, bu qayda 99 faiz işləyər”.  
          stənilən  halda  müsahibə  yaxşı  planlaşdırılmalıdı.  Jurnalist  hansı 
sualları verəcəyini, söhbətdə  müsahibi dindirə bilmək üçün hansı psixoloji 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə