Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   52   53   54   55   56   57   58   59   ...   71

iqtisadiyyat, səhiyyə, təhsil, mədəniyyət, kriminal, idman və s.  Məkana görə 
ixtisaslaşma isə bu sahələrin gerçəkləşdiyi yerlərdir. Onların sayı sahələrdən 
qat-qat  çoxdur:  Prezident  Aparatı,  Milli  Məclis,  Nazirlər  Kabineti, 
nazirliklər,  Respublika  Prokurorluğu,  məhkəmələr,  bələdiyyələr,  məktəblər, 
xəstəxanalar və s. və i.   
 
xtisaslaşma  jurnalistə  müəyyən  bir  sahəni  həmin  sahənin  peşəkarı 
kimi  dərindən  bilmək  imkanı  verir.  xtisaslaşmış  jurnalistlər  yazdıqları 
sahənin  bilicisinə  çevrilirlər.  Onları  aldatmaq,  gözlərindən  pərdə  asmaq 
mümkün deyil. Bu yerdə uzun illər “Vaşinqton Post”a rəhbərlik etmiş Katrin 
Qrahamın xatirələrindəki bir məqam yada düşür.  
Uoterqeyt  əhvalatını  qələmə  alan  xanım  Qraham  yazırdı  ki, 
Demokratların  qərargahında  baş  verən  hadisə  barədə  xəbər  hazırlamaq 
tapşırığı  1935-ci  ildən  qəzetin  Vaşinqtonda  polis  müxbiri  olan  Al  Levisə 
tapşırılır.  1972-ci  il  iyun  ayının  17-də  Uoterqeyt  əhvalatı  baş  verəndə  Al 
Levis  artıq  37  il  idi  ki,  eyni  yerdə  polis  müxbiri  işləyirdi  və  onun  burada 
tanımadığı  adam  yox  idi.  Al  Levisin  polislərlə,  xüsusilə  polis  rəisi  ilə 
dostcasına münasibəti ona hadisə yerində səhərdən axşamacan qalmağa, ilk 
uğurlu yazını yazmağa kömək etdi. 
39
 
 
Bu  misal  Qərb  jurnalistikasında  ixtisaslaşmanın  oynadığı  rola  bariz 
nümunədir.  Bəs  Azərbaycanda  vəziyyət  necədir?  xtisaslaşma  vacibdirmi? 
Peşəkarlar özləri nə düşünürlər?  
 
Bu  fəsildə  sizin  qonaqlarınız praktiklər özləri olacaqlar.  Onlar nəinki 
təcrübələrini  bölüşəcək,  həm  də  sizə  dəyərli  tövsiyələri  ilə  bələdçilik 
edəcəklər.    
BEYNƏLXALQ HƏYAT 
 
                                                  
39
 Graham K. Personal History. NY, Vintage Books, 1997. p. 460-461.  


 
Nurani  (Tofiqəxanım  Fazil  qızı  Qasımova,  1970)  orta  məktəbi  qızıl, 
Azərbaycan  Tibb  Universitetini  fərqlənmə  diplomu  ilə  bitirib. 
Aspirantura  təhsilini  1995-ci  ildə  yarımçıq  qoyub.  Jurnalist 
fəaliyyətinə  1992-ci  ildə  öncə  “Yurddaş”,  daha  sonra  “Bakines” 
qəzetlərində  başlayıb.  1993-cü  ildə  “Azərbaycan”,  1994-2001-ci 
illərdə  “Ayna”-“Zerkalo”  qəzetlərində  çalışıb,  2000-ci  ildən  “Exo” 
qəzetinin  siyasi  icmalçısı,  2001-ci  ildən  bu  qəzetin  Beynəlxalq  həyat 
ş
öbəsinin  müdiridir.  Həsən  bəy  Zərdabi  mükafatına  (1996),  “Yeni 
Nəsil”  Jurnalistlər  Birliyinin  “Media  açarı”  mükafatının  “ lin  ə
yaxşı  jurnalisti”  (1996,  1997),  “ lin  ən  yaxşı  beynəlxalq  jurnalisti” 
(1998) nominasiyalarına, Qadın Jurnalistlər Assosiasiyasının “Bahar 
simpatiyası”  və  “ lin  ən  yaxşı  jurnalisti”  (2000)  mükafatlarına  layiq 
görülüb. Kipr probleminə dair kitab müəllifidir. 
 
 
 
Azərbaycanda 
beynəlxalq 
jurnalistika 
yalnız 
müstəqillik 
qazanıldıqdan sonra gəlişməyə başladı. Jurnalistikanın bu qoluna öz varlığını 
sübut  etmək,  qəzet  səhifəsinə  yol  tapmaq  o  qədər  də  asan  başa  gəlmədi. 
Beynəlxalq  mövzularda  yazmaq  ancaq  “mərkəzin”,  yəni  Moskva 
qəzetlərinin  işi  idi,  Azərbaycan  jurnalistlərinə  pambıq,  neft  və  istehsalat 
qabaqcıllarından  yazmaqdan  başqa,  bir  şey  qalmırdı.  Xoşbəxtlikdən,  az  bir 
zamanda  məlum  oldu  ki,  Azərbaycanın  unikal  geostrateji  vəziyyəti,  neft 
ehtiyatları,  dünyanın  siyasi  və  iqtisadi  proseslərinə  inteqrasiya  olunması 
bizdən  dünyada  baş  verənləri  və  bütün  bunların  Azərbaycana  necə  təsir 
etdiyini öyrənməyi tələb edir. Bizim ölkəmizin vəziyyətinə məs., Venesuela 
və  Boliviyadakı  ölkədaxili  siyasi  yaşantılar,  Türkiyənin  Avropa  ttifaqına 
qəbulu, Kiprlə danışıqlar, Balkanlardakı vəziyyət və s. təsir göstərə bilər. Və 


bu  zaman  “o  şey  ki  Yupiterə  caizdir,  öküzə  caiz  deyil”  prinsipini  öz 
ölkəmizə tətbiq edə bilmərik... 
 
Nəzəri  cəhətdən  beynəlxalq  jurnalistikada  da  janrlar  var:  intervülər, 
məqalələr,  reportajlar,  qısa  xəbərlər...  Amma  bununla  yanaşı,  beynəlxalq 
jurnalistikanın öz spesifikası mövcuddur. Bir sıra səbəblər, başlıcası iqtisadi 
çətinliklər üzündən, Azərbaycan K V-nin hələ ki yetərli sayda xarici müxbiri 
və  geniş  müxbir  şəbəkəsi  yoxdur.  Elə  buna  görə  də  material  üçün  qəzetlər 
informasiya  agentliklərinə,  televiziya  kanalları  isə 
nternet  vasitəsilə 
beynəlxalq videomübadiləyə üz tutur. Heç də həmişə eksklüziv informasiya 
əldə  etmək  mümkün  deyil.  Bundan  da  çətini  yüksək  keyfiyyətli  eksklüziv 
almaq imkanıdır.  
 
Silahlı münaqişələrin işıqlandırılmasına diqqət yetirmək lazımdır.  raq 
müharibəsi  buna  yaxşı  bir  örnəkdir.  Nəhəng  informasiya  şəbəkələri 
müharibəyə  bütöv  briqadalar  göndərir.  Bir  jurnalist  Qətərdə,  Dohadakı 
Amerika  mətbuat  mərkəzində  əyləşir,  o  biri  isə  cəbhə  xəttinin  hər  iki 
tərəfində    işləyir...  Belə  olan  halda  qəzet  münaqişə  zonasına  öz  müxbirini 
göndərsə belə, bu cür briqada ilə rəqabətə girmək nəzəri cəhətdən mümkün 
deyil.  Hətta  eksklüziv  əldə  edilərsə  də,  “əlaqələndirici  mərkəzin 
informasiyası” ilə işləmək məcburiyyətindəsən.  
 
Beynəlxalq  jurnalistikada  ölkədaxili  siyasi  olayların  və iqtisadiyyatın 
işıqlandırılmasında  informasiyanın,  habelə  analiz  və  şərhlərin  işlənib 
hazırlanması  böyük  rol  oynayır.    Çünki  məhz  bu  proses  zamanı  Kanada 
Kvebekində  separatizm  dalğasının  növbəti  qalxanışının,  Balkanlardakı 
müharibənin  və  Latın  Amerikasındakı  daxili  didişmələrin  Azərbaycana 
təsirini müəyyənləşdirmək imkanı yaranır.  
 
Beynəlxalq  jurnalistikada  ön  tarixçəni  bilməyin  və    yazmağın  böyük 
önəmi  var.  Məs.  Azərbaycanda  AXCP  ilə  “Müsavat”  arasında  növbəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə