... 2006-cı il iyun ayının 26-da bir qrup tələbə-jurnalist “Şəhərdə bir
gün” mövzusunda yazı yazmaq üçün paytaxta xəbər “ovuna” çıxmışdı. Çox
keçmədi ki, onlar asta yerişlərinə haram qatmalı oldular: “Zabitlər evi”nin
yerləşdiyi bina yanırdı...
Səhəri gün dərsin əsas mövzusu yanğın idi. Tələbələr topladıqları
informasiyanı – gördüklərini və soruşub-öyrəndiklərini bölüşürdülər. Dərsin
sonunda isti xəbər hazır olanda məlum oldu ki, onlar demək istədiklərinin
hamısını deyə bilməyiblər. Samirə israr edirdi ki, liddə iyunun 26-nın Silahlı
Qüvvələr günü olması vurğulanmalıdır, çünki yanan “Zabitlər evi”dir. Bu
yerdə radə və Aygün deyirdilər ki, yanan təkcə “Zabitlər evi” deyil, ona
görə də belə bir qarşılaşdırma mübahisəlidir. ki daşın arasında yanan
binanın sakinləri ilə söhbətləşməyə macal tapan Vəfa ilə Əhməd binanın
qəsdən yandırıldığını istisna etmirdilər. Amma onların müsahiblərindən heç
biri adının çəkilməsinə razılıq verməmişdi. Ruslan və Sevil yanğının
səbəblərini araşdırmağı təklif edirdilər. Nəsibə ilə Sevdanı narahat edən
başqa bir məsələ idi: əgər yanğın mərkəzdən uzaqda baş versə idi, onu neçə
saata söndürmək olardı? Axı yanğınsöndürənlər dəniz suyundan istifadə
etmişdilər. Təhminə deyirdi ki, yanğının səbəbi köhnə binanın təhlükəli
elektrik xətləridirsə, onda hadisənin təkrarlanma ehtimalı böyükdür. Şəhərdə
o qədər köhnə bina var ki... Səbinə, Nailə və Durna oxuculara yardımçı
olmaq məqsədilə “Yanğın zamanı nə etməli ?” sualını cavablandırmağı təklif
edirdilər.
Tələbələr suallara və ehtimal olunan cavablara yer axtarırdılar.
Çevrilmiş piramidanın xəbər yükü dolmuşdu. ndi onu “Əlcəyin nağılı”ndakı
əlcəyə çevirmək cəhdləri başlanmışdı. “Çevrilmiş piramidanı nə qədər
genişləndirmək olar? Genişləndirsək, ondan əsər-əlamət qalarmı?” sualları
mübahisəyə səbəb olduğu bir vaxt Xavər incik-incik: “Mənə qulaq
asmadınız. Mən yanğından pişiyini xilas edən, onu şala büküb əzizləyən bir
qadın gördüm”, - dedi. Xavərin müşahidəsi mübahisəyə son qoydu:
“Çevrilmiş piramida yaxşıdır. Amma bizim yazmaq istədiklərimiz və
qaldırılan suallar piramidalıq deyil”...
Çevrilmiş piramida isti xəbər yazmağın ən effektiv forması olsa da,
indiki vəziyyətdə bizim oxucuya demək istədiklərimizi çatdırmaq üçün
kifayət deyildi. Belə çıxır ki, biz oxucuya isti xəbər deyil, nəsə fərqli bir
xəbər vermək istəyirik. Bu fərqli xəbər nə idi? Bu xəbər yanğınla bağlı olsa
da, birbaşa “Zabitlər evi”ndəki yanğın barədə deyildi. Bizi düşündürən
məsələləri bir də xatırlayaq: köhnə evlərin elektrik xətlərinin təhlükəsizliyi,
yanğınsöndürən maşınların su ilə təchizi, yanğının qəsdən baş verməsi
ehtimalı, “yanğın zamanı nə etməli?” sualının cavabı, hətta pişiyini xilas
edən qadının kimliyi və sakinlərin sonrakı taleyi. Bu sualları qaldırmaq
olardı. Amma oxucuya təkcə sual deyil, həm də cavab lazımdır. Cavabsa
vaxt tələb edir. O vaxta qədər yanğın söndürülür, külü qalır. Oxucular
yanğını unutsalar da, müxbirlər onlara rahatlıq verməyən sualları
unutmurlar. Bu suallar onların hafizələrində közərir. Səbirli və ardıcıl olanlar
suallara cavab axtarırlar, mənbələrlə işləyirlər, cəsarətlilər isə daha dərinə –
araşdırma jurnalistikasına baş vururlar. Və günlərin birində yanğının tüstüsü
çəkilib, külü göyə sovrulanda oxucular sensasiyalı açıqlama, ya araşdırma
ilə tanış olurlar. Soyuq xəbərlər belə yaranır. Soyuq xəbər közdən yaranan
xəbərdir. Ona nəfəs verən və külə çevrilməyə qoymayanlar jurnalistlərdir.
“Soyuq xəbər”, “Feature” ya “Oчерк”? Necə adlandıraq?
Qərbdə (ABŞ, Qərbi Avropa) ona “fiçə” (feature) deyirlər, Şərqdə
(Rusiya, Mərkəzi və Şərqi Avropa) “oçerk” (очерк), Qərblə Şərqin kəsişdiyi
Azərbaycanda isə yaşlı nəsil “oçerk”, cavanlar bəzən “fiçə”, bəzən “soyuq
xəbər”, bəzənsə mübahisədən və artıq izahdan qaçmaq üçün heç nə. Kimin
qərbli, kimin şərqli, kiminsə Qərblə Şərqin körpüsü olması necə
mübahisəlidirsə, nəyin fiçə, nəyin oçerk, nəyinsə də soyuq xəbər adlanması
o qədər söz-söhbətlidir. Amma “Qərb” ya “Şərq” adlandırmağımızdan asılı
olmayaraq, ABŞ ABŞ-dır, Avropa Avropa, Rusiya Rusiya, Azərbaycan da
Azərbaycan. Lap fiçə ilə oçerk kimi.
“Feature” “cizgi” sözündəndir, yəni hansısa bir hadisəni sözlə
cizgiləmək. “Oчерк”in də kökündə eyni söz durur – “черта”. “Очертить”
də sözlə cizgiləməkdir. stər Qərb jurnalistikası olsun, istərsə də Şərq, dəxli
yoxdur, istər “fiçə” adlansın, istər “oçerk”, universal jurnalistikada (Rendalı
xatırlayın) bu yazıları dəyərləndirən ölçülər eynidir. Biz sizinlə bu ölçüləri
öyrənəcəyik və fiçə - oçerk terminoloji qarmaqarışıqlığına son qoymaq
üçün daha neytral olan “soft news”, yəni “soyuq xəbər” terminini
işlədəcəyik.
Soyuq xəbərin ölçüləri
Soyuq xəbərlər üçün ümumi olan cəhətlər bunlardır:
•
Hadisəyə – isti xəbərə qayıdış. Soyuq xəbər isti xəbərdən doğan
yazıdır. sti xəbər yazılsa da, bizi nə isə, məs. cavabsız qalan suallar,
geriyə dönməyə vadar edir.
•
Rahatlıq, arxayınlıq. Soyuq xəbər tələsik yazılmır. Könüllü geri
qayıtdığımız üçün bizi tələsdirən də yoxdur. Amma “yoxa çıxdığımız”
üçün bizi tənbeh edən tapıla bilər. Elə buna görə də qayıdışımızı
əsaslandırmalıyıq. Əliboş dönməməliyik. Əlidolu qayıtmaq azdır, elə
şey gətirməliyik ki, ona ehtiyac olsun.
Dostları ilə paylaş: |