atalarına müavinətin ödənilməməsi ilə əlaqədar olaraq ayrı-seçkiliyə
məruz qaldıqlarını iddia edirdilər və AİHM bunu qəbul etdi. Beləliklə,
uşaqlar atalarının bioloji ata statusu ilə əlaqədar olaraq ayrı-seçkiliyə
məruz qalmışdılar.
Nümunə: P. S. Və Cornwall County Councila qarşı işində şikayətçi
kişi cinsiyyətini qadın cinsiyyətinə dəyişmək prosesində olduğu
zaman işəgötürəni tərəfindən işdən azad edilmişdi. AƏM bu qənaətə
gəldi ki, işdən azad edilmə ona qarşı əlverişsiz rəftar təşkil edir.
29
Əmsal şəxsə gəlincə, AƏM bildirdi ki, "şəxs, cinsiyyətini dəyişmək
niyyətində olduğuna və ya dəyişdiyinə görə işdən azad edilirsə,
cinsiyyətini dəyişməzdən əvvəl mənsub olduğu cinsə aid olan
şəxslərlə müqayisədə əlverişsiz rəftara məruz qalmış olur". Rəftarın
səbəblərinə gəlincə, baxmayaraq ki, şikayətçinin qadın və ya kişi
olması səbəbindən fərqli rəftara məruz qaldığını sübuta yetirmək
mümkün deyildi, fərqli rəftarın cins anlayışı ilə əlaqədar olduğunu
sübut etmək olardı.
2.3. Dolayı ayrı-seçkilik
Həm İnsan hüquqları haqqında Avropa Konvensiyasında (AİHK), həm də
Avropa İttifaqı (Aİ) hüququnda təsdiq edilir ki, ayrı-seçkilik təkcə oxşar
vəziyyətdə olan insanlara qarşı fərqli rəftarın deyil, həm də fərqli vəziyyətdə
olan insanlara qarşı eyni rəftarın nəticəsi
ola bilər. Sonuncunu "dolayı" ayrı-seçkilik
adlandırırlar, çünki bu halda rəftarın özü
deyil, onun nəticələri fərqli olur, belə ki, o,
fərqli xüsusiyyətlərə malik insanlar üçün
fərqli nəticələrə səbəb olur. İrqi bərabərlik
haqqında Direktivin 2-ci maddəsinin 2(b)
bəndində deyilir ki, "dolayı ayrı-seçkilik o
halda baş verir ki, neytral kimi görünən
qayda, meyar və ya praktika müəyyən irqi
və ya etnik mənşəli insanları digər şəxs
32
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
Dolayı ayrı-seçkiliyin
elementləri bunlardır:
• oxşar vəziyyətdə olan digər
şəxslərlə müqayisədə
• "müdafiənin şamil olunduğu
əsasların" tətbiq dairəsinə
düşən hər hansı qrupa
əhəmiyyətli dərəcədə mənfi
təsir göstərən
• neytral qayda, meyar və ya
praktika.
____________________________
29. AƏM, P. v. S. and Cornwall County Council, iş № C-13/94 [1996] ECR I-2143, 30 aprel 1996-cı il.
lərlə müqayisədə xüsusilə əlverişsiz vəziyyətə salır"
30
. Avropa İnsan
Hüquqları Məhkəməsi (AİHM) özünün son dövrlərə aid bəzi qərarlarında
diqqəti dolayı ayrı-seçkiliyin bu anlayışına cəlb edərək bildirib ki, "fərqli
rəftar neytral tərzdə ifadə edilmiş, amma bununla belə hər hansı qrup üçün
qeyri-mütənasib dərəcədə zərərli nəticələr doğuran ümumi siyasət və ya
tədbir formasını ala bilər".
31
2.3.1. Neytral qayda, meyar və ya praktika
Dolayı ayrı-seçkiliyi müəyyən etmək üçün birinci tələb neytral (tərəfsiz) kimi
görünən qayda, meyar və ya praktikanın mövcudluğundan ibarətdir. Başqa
sözlə, hər bir kəsə şamil olunan bir tələb mövcud olmalıdır. Aşağıda əyani
nümunə üçün iki məhkəmə işi verilir. Əlavə misallar üçün sübutetmə
məsələlərinə və statistik məlumatların roluna aid olan 5-ci fəslə bax.
Nümunə: Şönhaytın işində natamam iş günü ilə çalışan işçilərin
pensiyaları hesablanarkən tam iş günü ilə çalışan işçilərdən fərqli
dərəcələr tətbiq olunurdu.
32
Bu fərqli dərəcələr iş yerində sərf edilən
saatlar arasındakı fərqə əsaslanmırdı. Belə ki, natamam iş günü ilə
çalışan işçilər, hətta iş stajlarının müddəti tam iş günü ilə çalışan
işçilərdən fərqli olsa belə, onlardan az pensiya alırdılar, bu isə o
demək idi ki, natamam iş günü ilə çalışan işçilərə əslində daha az
pensiya ödənilir. Pensiyaların hesablanması üzrə neytral qayda nata-
mam iş günü ilə çalışan bütün işçilərə eyni tərzdə tətbiq edilirdi. Lakin
natamam iş günü ilə çalışan işçilərin təxminən 88%-i qadın olduğuna
görə bu qayda kişilərlə müqayisədə qadınlar üçün qeyri-mütənasib
dərəcədə mənfi nəticələr doğururdu.
Nümunə: D.H. və başqaları Çex Respublikasına qarşı işdə şagirdlərin
ümumi (adi), yoxsa xüsusi məktəblərə göndərilməsinin mümkün-
33
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
30. Analoji olaraq bu mənbələrə bax: İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv, 2-ci
maddə, 2(b) bəndi; Gender bərabərliyi haqqında Direktiv (yeni redaksiyada), 2-ci maddə, 1(b) bəndi;
Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktiv, maddə 2(b).
31. AİHM, D.H. və başqaları Çexiya Respublikasına qarşı [Böyük Palata], (ərizə № 57325/00), 13
noyabr 2007-ci il, 184-cü bənd; AİHM, Opuz Türkiyəyə qarşı, (ərizə № 33401/02), 9 iyun 2009-cu il, 183-
cü bənd; AİHM, Zərb Adəmi Maltaya qarşı, (ərizə № 17209/02), 20 iyun 2006-cı il, 80-ci bənd.
32. Avropa Ədalət Məhkəməsi (AİƏHM), Hilde Schönheit v. Stadt Frankfurt am Main and Silvia Becker v.
Land Hessen, bir icraatda birləşdirilmiş işlər № C-4/02 və C-5/02 [2003] ECR I-12575, 23 oktyabr 2003-
cü il.
lüyünü müəyyənləşdirmək üçün onların zehni qabiliyyətini və təhsilə
uyğunluq imkanlarını qiymətləndirmək məqsədi daşıyan bir sıra
testlərdən istifadə edilmişdi.
33
Bu xüsusi məktəblər zehni çətinlikləri və
ya dərsləri öyrənməkdə digər əngəlləri olanlar üçün nəzərdə
tutulmuşdu. Bu test xüsusi məktəblərə yerləşdirilməsi düşünülən
bütün uşaqlara tətbiq edilirdi. Lakin praktikada bu test ümumi (adi)
Çexiya əhalisi üçün nəzərdə tutulmuşdu və nəticə etibarı ilə Roma
(qaraçı) şagirdlərin dərsləri qavrama qabiliyyəti daha aşağı olurdu ki,
bunun da nəticəsində Roma şagirdlərin 50 faizindən 90 faizinə qədəri
ümumi təhsil sistemindən kənarda təhsil alırdı. AİHM bu qənaətə gəldi
ki, bu, dolayı ayrı-seçkilik nümunəsidir.
2.3.2. Neytral qayda, meyar və ya praktika
Dolayı ayrı-seçkiliyi müəyyən etmək üçün ikinci tələb ondan ibarətdir ki,
neytral kimi görünən qayda, meyar və ya praktika "müdafiənin şamil
olunduğu qrupu" xüsusilə əlverişsiz vəziyyətə salmalıdır. Belə ki, dolayı
ayrı-seçkilik birbaşa ayrı-seçkilikdən onunla fərqlənir ki, burada rəftara
deyil, onun nəticələrinə diqqət yetirmək lazımdır.
Müdafiənin şamil olunduğu qrupun analoji vəziyyətdə olan qruplarla
müqayisədə fərqli rəftarın mənfi təsirinə qeyri-mütənasib dərəcədə məruz
qaldığını göstərən statistik dəlilləri nəzərdən keçirərkən AƏM və AİHM
mənfi təsirə məruz qalanların xüsusilə böyük qismini "müdafiənin şamil
olunduğu qrupun" üzvlərinin təşkil etdiyinə dair sübutların olub-olmadığını
araşdırır. Bu məsələ sübutetmə məsələlərinə aid olan 5-ci fəsildə ətraflı
nəzərdən keçiriləcək. Burada isə Noltenin işində cinsi zəmində ayrı-seçk-
ilik barədə danışarkən Baş vəkilin bildirdiyi rəydə yer alan və AƏM
tərəfindən istifadə edilən aşağıdakı ifadələri vurğulayaq:
"Tədbirin ayrı-seçkilik hesab edilməsi üçün o, "kişilərə nisbətən xeyli çox
sayda qadınlara" [Rinner-Künün işi]
34
, yaxud "qadınlara nisbətən kişilərin
əhəmiyyətli dərəcədə az faizinə" [Nimtsin işi
35
və Kovalskanın işi]
36
təsir
34
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
33. AİHM, D.H. və başqaları Çexiya Respublikasına qarşı [Böyük Palata], (ərizə № 57325/00), 13
noyabr 2007-ci il, 79-cu bənd.
34. AƏM, Rinner-Kühn v. FWW Spezial-Gebäudereinigung, iş № C-171/88 [1989] ECR 2743, 13 iyul
1989-cu il.
35. AƏM, Nimz v. Freie und Hansestadt Hamburg, iş № C-184/89 [1991] ECR I-297, 7 fevral 1991-ci il.
36. AƏM, Kowalska v. Freie und Hansestadt Hamburg, iş № C-33/89 [1990] ECR I-2591, 27 iyun 1990-
cı il.
Dostları ilə paylaş: |