kompensasiya etmək üçün hər hansı üzv dövlətin təcrübədə tam
bərabərliyi təmin etmək məqsədi ilə spesifik tədbirləri mühafizə və ya qəbul
etməsinə mane olmur".
50
İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktivin 5-ci maddəsində
əlilliyi olan şəxslərə münasibətdə spesifik tədbirlərlə əlaqədar ümumi
qaydanı konkret olaraq ifadə edən müddəalar yer alıb və həmin
müddəaların tələbinə əsasən, işəgötürənlər fiziki və ya ruhi çatışmazlıqları
olan şəxslərə məşğulluq məsələlərində bərabər imkanların təmin edilməsi
üçün "ağlabatan şərait" yaratmalıdırlar. Bu, "müvafiq tədbirlər" şəkilində
ifadə edilib, elə tədbirlər ki, "işəgötürənin üzərinə qeyri-mütənasib yük qoy-
mamaq şərti ilə, konkret halda ehtiyac olduqda əlilliyi olan şəxsin iş
tapmasına, əmək fəaliyyətində iştirak etməsinə və ya peşə vəzifəsində
irəliyə çəkilməsinə, yaxud peşə təlimi almasına imkan yaratmış olsun". Bu
tədbirlər sırasına iş yerində əlil arabasının hərəkətinə imkan yaradan lift
və ya maili yerlərin, yaxud əlillər üçün tualetin təşkil edilməsi daxildir.
Nümunə: Tlimmenos Yunanıstana qarşı işdə milli qanunvericilik
məhkumluğu olan şəxslərin sertifikatlı mühasib peşəsində
çalışmasının qarşısını alırdı, çünki məhkumluq bu peşənin
funksiyalarını yerinə yetirən şəxsin dürüst və etibarlı olmadığına
dəlalət edirdi. Bu işdə ərizəçi milli hərbi xidmət keçərkən hərbi forma
geyməkdən imtina etdiyi üçün məhkum olunmuşdu. Bunun səbəbi
ondan ibarət idi ki, o, pasifizmə sadiq olan Yahova (Yeqova) Şahidləri
dini qrupunun üzvü idi. AİHM bu qənaətə gəldi ki, məhkumluğu
dürüstlük və ya etibarlılıq məsələsi ilə əlaqəli olmayan şəxslərin bu
peşədə çalışmasının qadağan olunması üçün heç bir əsas yoxdur.
Bu işdə hökumət belə vəziyyətlər üçün istisna qayda nəzərdə tutma-
maqla ərizəçiyə qarşı ayrı-seçkiliyə yol vermiş və onun ayrı-seçkiliyə
məruz qalmamaq hüququ ilə birgə götürülmüş halda öz dininə etiqad
etmək hüququnu (AİHK-ın 9-cu Maddəsində nəzərdə tutulmuş
hüququ) pozmuşdu.
41
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
50. İrqi bərabərlik haqqında Direktiv, maddə 5; İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv,
maddə 7; Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktiv, maddə 6; həmçinin bu
məsələnin bir qədər fərqli şəkildə ifadə edildiyi bu direktivə də bax: Gender bərabərliyi haqqında Direktiv
(yeni redaksiyada), maddə 3.
Nümunə: Kiprin Bərabərlik Qurumunun icraatındakı işdə görmə
qabiliyyətində əngəl olan şikayətçi mülki qulluğa qəbul üçün verilən
imtahanda iştirak etmişdi.
51
. Şikayətçi imtahan işini bitirmək üçün
əlavə vaxt istəmiş və ona əlavə 30 dəqiqə vaxt verilmişdi, amma bu
müddət hər kəsə verilən fasilənin müddətindən çıxılmışdı. Bərabərlik
Qurumu bu qənaətə gəldi ki, xüsusi durumda olan namizədlər üçün
"ağlabatan şərait" yaradılmasına ehtiyac olub-olmadığını araşdırmaq
üçün standart prosedur mövcud deyil və faktlar göstərdi ki,
şikayətçinin digər namizədlərlə ədalətli şəkildə yarışa biləcəyi şəraitin
yaradılması üçün yetərli addımlar atılmayıb. Bərabərlik Qurumu
dövlətə tövsiyə etdi ki, fərdi qaydada ağlabatan şərait yaradılmasına
ehtiyacın olduğu bu cür halların araşdırılması üçün standart prose-
durun tərkib hissəsi qismində ekspertlər qrupu yaratsın.
Nümunə: əlil arabası ilə hərəkət edən bir kişi konkret vəzifəyə təyin
edilmədiyinə görə Fransa məhkəmələrində Təhsil Nazirliyinə qarşı
iddia qaldırmışdı.
52
Şikayətçinin iş ərizəsi namizədlərin siyahısında
üçüncü idi. Birinci iki namizədin vəzifə təyinatı üçün ərizəsi rədd
edildikdən sonra iş təklifi şikayətçiyə deyil, dördüncü namizədə
edilmişdi. Əvəzində ərizəçiyə əlil arabası ilə hərəkət edənlər üçün
uyğunlaşdırılmış başqa bir departamentdə iş təklif edilmişdi. Dövlət bu
qərarı onunla əsaslandırdı ki, ağlabatan şərait yaratmaq öhdəliyini
yerinə yetirmək üçün binalarda dəyişikliklər edilməsinə vəsait
qoyuluşu ictimai maraqlara uyğun deyil. Məhkəmə bu qənaətə gəldi
ki, Təhsil Nazirliyi əlilliyi olan şəxslər üçün ağlabatan şərait yaratmaq
öhdəliyini yerinə yetirməyib və idarəetmə mülahizələri bu öhdəliyin
icrasını məhdudlaşdıra bilməz.
"Xüsusi tədbirlər" termini bəzən elə fərqli rəftarın baş verdiyi halları əhatə
edən termin kimi işlədilir ki, bu zaman fərqli rəftar "müdafiənin şamil
olunduğu əsasların" tətbiq dairəsinə düşən şəxslərin xeyrinə olur (onları
42
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
51.Bərabərlik Qurumu (Kipr), Ref. A.K.I. 37/2008, 8 oktyabr 2008-ci il. Qərarın ingiliscə qısa icmalını bu
mənbədən tapmaq olar: Ayrı-seçkilik Sahəsində Avropa Hüquq Ekspertləri Şəbəkəsi, 8 (iyul 2009-cu il).
"Ayrı-seçkiliyin yolverilməzliyinə dair Avropa hüququnun icmalı", səh. 43.
52. Ruan İnzibati Məhkəməsi, Boutheiller v. Ministère de l’éducation işi, qərar № 0500526-3, 24 iyun
2008-ci il. Qərarın ingiliscə qısa icmalını bu mənbədən tapmaq olar: Ayrı-seçkilik Sahəsində Avropa
Hüquq Ekspertləri Şəbəkəsi, 8 (iyul 2009-cu il). "Ayrı-seçkiliyin yolverilməzliyinə dair Avropa hüququnun
icmalı", səh. 46.
əlverişsiz vəziyyətə salmır); məsələn, konkret vəzifəyə kişi deyil, qadın
cinsinə mənsub olduğuna görə qadın seçilir və işəgötürən öz personalı
arasında qadınların təmsilçiliyinin azlığını aradan qaldırmaq siyasəti
yürüdür. Bu halı ifadə etmək üçün istifadə olunan terminologiyaya bunlar
daxildir: "pozitiv" və ya "əks yönümlü" ayrı-seçkilik, "güzəştli rəftar",
"müvəqqəti xüsusi tədbirlər" və ya "müsbət tədbir".
53
Bu ifadələr bu
tədbirlərin adətən ayrı-seçkiliyə məruz qalan şəxslərə qarşı qərəzlilik
əleyhinə mübarizə üçün qısa müddətə tətbiq edildiyini və müstəsna vasitə
kimi qəbul edildiyini və digərlərini də eyni mövqeyi paylaşmağa ruhlandıran
nümunəvi modellər yaratmaq məqsədi daşıdığını göstərir.
Əlverişsiz vəziyyətdə olan qrupların xeyrinə pozitiv tədbirlərin görülməsi
BMT-nin insan hüquqlarına dair müqavilələrinin şərhinə görə cavabdeh
olan bir neçə monitorinq orqanı tərəfindən qəbul edilmiş rəhbər prinsiplər
vasitəsilə daha da gücləndirilib. Bu orqanlar vurğulayıblar ki, belə tədbirlər
müvəqqəti xarakter daşımalı, sözügedən qeyri-bərabərliyin qarşısının
alınması üçün zəruri olan müddətləri və hüdudları aşmamalıdır.
54
BMT-nin
İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin bildirdiyinə görə, belə
tədbirlərin yolverilən hesab edilməsi üçün onların yeganə məqsədi mövcud
qeyri-bərabərlikləri ləğv etməkdən və gələcəkdə tarazlığın pozulmasının
qarşısını almaqdan ibarət olmalıdır.
55
BMT-nin Qadınlara qarşı hər növ ayrı-
seçkiliyin ləğv edilməsi üzrə Komitəsi qeyd edib ki, bu cür "müvəqqəti xü-
susi tədbirlər" qadınlarla "güzəştli rəftarı; məhz onların işə qəbul edilməsini,
işləməsini və peşə vəzifəsində irəliyə çəkilməsini; müəyyən zaman
çərçivəsində onların saylarının hədəflənən həddə çatdırılmasını; və kvota
sistemlərini" özündə ehtiva edir.
56
AƏM-in aşağıda müzakirə olunacaq
43
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
53. Misal üçün bax: BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, "32 saylı ümumi tövsiyə: İrqi
ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya nəzərdə tutulmuş xüsusi tədbirlərin
mənası və tətbiq dairəsi", UN Doc. CERD/C/GC/32, 24 sentyabr 2009-cu il; BMT-nin İqtisadi, sosial və
mədəni hüquqlar üzrə Komitəsi, "32 saylı ümumi şərh: Təhsil hüququ", UN Doc. E/C.12/1999/10, 8
dekabr 1999-cu il; BMT-nin Qadınlara qarşı hər növ ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, "25 saylı
ümumi tövsiyə: Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndi (müvəqqəti xüsusi tədbirlər), UN Doc.
A/59/38(SUPP), 18 mart 2004-cü il; BMT-nin İnsan Hüquqları Komitəsi, "18 saylı ümumi şərh: Ayrı-seçk-
iliyin yolverilməzliyi", UN Doc. A/45/40(Vol.I.)(SUPP), 10 noyabr 1989-cu il; BMT-nin İrqi ayrı-seçkiliyin
ləğv edilməsi üzrə Komitəsi, "Qeyri-vətəndaşlara qarşı ayrı-seçkiliyə dair 30 saylı ümumi tövsiyə, UN
Doc. HRI/GEN/1/Rev.7/Add.1, 4 may 2005-ci il.
54. Yenə orada.
55. BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, "32 saylı ümumi tövsiyə: İrqi ayrı-seçkiliyin
bütün formalarının ləğv edilməsi haqqında Konvensiya nəzərdə tutulmuş xüsusi tədbirlərin mənası və
tətbiq dairəsi", UN Doc. CERD/C/GC/32, 24 sentyabr 2009-cu il; 21-26-cı bəndlər.
56. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, "25 saylı ümumi tövsiyə:
Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndi (müvəqqəti xüsusi tədbirlər), UN Doc. A/59/38(supp), 18 mart
2004-cü il, 22-ci bənd.
Dostları ilə paylaş: |