göstərməli, yaxud da "qadınlara təsiri kişilərə təsirindən daha çox" olmalıdır
[De Weerd, née Roks və başqalarının işi]
37
.
38
2.3.3. Əmsal şəxs
Birbaşa ayrı-seçkilikdə olduğu kimi, bu halda da konkret qaydanın, meyarın
və ya praktikanın nəticəsinin analoji vəziyyətdə olan digər şəxslərə
əhəmiyyətli dərəcədə mənfi təsir göstərib-göstərmədiyinin məhkəmə
tərəfindən müəyyənləşdirilməsi üçün əmsal şəxsin mövcud olması
gərəkdir. Məhkəmələrin bu haldakı yanaşması birbaşa ayrı-seçkilikdəki
yanaşmasından fərqlənmir.
2.4. Təqib etmə və ayrı-seçkilik qoyma barədə
göstəriş vermə
2.4.1. Avropa İttifaqının ayrı-seçkiliyin yolve-
rilməzliyinə dair direktivlərində nəzərdə tu
tulan təqib etmə və
ayrı-seçkiliyə mə-
ruz qoyma barədə
göstəriş vermə
Avropa
İttifaqının
ayrı-seçkiliyin
yolverilməzliyinə dair qanunvericiliyinin
tərkib hissəsi olan təqib etməni və ayrı-
35
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
37. AƏM, De Weerd, née Roks, and Others v. Bestuur van de Bedrijfsvereniging voor de Gezondheid,
Geestelijke en Maatschappelijke Belangen and Others, iş № C-343/92 [1994] ECR I-571, 24 fevral
1994-cü il.
38. Baş vəkilin 31 may 1995-ci il tarixli rəyi, AİƏM-in qərarının 57-58-ci bəndləri, Nolte v. Landesver-
sicherungsanstalt Hannover, iş № C-317/93 [1995] ECR I-4625, 14 dekabr 1995-ci il. AİHM tərəfindən
qəbul edilmiş analoji yanaşmaya aid nümunə üçün bu işə bax: D.H. və başqaları Çexiya Respublikasına
qarşı [BP], (ərizə № 57325/00), 13 noyabr 2007-ci il (bu iş 5.2.1-ci bölmədə müzakirə olunur).
39. Bax: İrqi bərabərlik haqqında Direktiv, 2-ci maddənin 3-cü bəndi; İrqi bərabərlik haqqında Direktiv, 2-
ci maddənin 3-cü bəndi; İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv, 2-ci maddənin 3-cü
bəndi; Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktiv, maddə 2(c); Gender
bərabərliyi haqqında Direktiv (yeni redaksiyada), 2-ci maddə, 1(c) bəndi.
Ayrı-seçkiliyin yolverilməzliyinə dair
direktivlərə əsasən, təqib etmə o halda
ayrı-seçkilik sayılır ki:
• "müdafiənin şamil olunduğu əsasla"
əlaqədar olan,
• şəxsin ləyaqətinə toxunmaq niyyəti ilə
törədilən və ya bu cür nəticə doğuran
• və (və ya) qorxu, düşmənçilik,
hörmətdən salma, alçaltma mühiti və
ya təhqiramiz mühit yaradan arzuol-
unmaz rəftar baş vermiş olsun.
39
seçkiliyə məruz qoyma barədə göstəriş verməni qadağan edən müddəalar
son dövrlərdəki irəliləyişlərin təzahürüdür və daha əhatəli müdafiəyə şərait
yaradılması məqsədi ilə qəbul edilib.
Təqib etmə Avropa İttifaqının ayrı-seçkiliyin yolverilməzliyinə dair
direktivlərində xüsusi bir ayrı-seçkilik növü kimi qeyd edilir. Əvvəllər ona
birbaşa ayrı-seçkiliyin xüsusi bir təzahürü kimi baxılırdı. Onun direktivlərdə
xüsusi bir başlıq altında verilməsi konseptual düşüncədə dəyişikliklə
əlaqədar deyil və ayrı-seçkilik xarakterli rəftarın xüsusilə zərərli olan bu
formasına ayrıca diqqət yetirməyin vacibliyinə əsaslanır.
Gender bərabərliyi haqqında direktivlərdə həmçinin seksual təqib ayrı-
seçkiliyin xüsusi növü kimi göstərilir və qeyd edilir ki, bu halda "söz ilə,
sözsüz və ya fiziki" yolla ifadə olunan arzuolunmaz rəftar "seksual" xarak-
terli rəftardır.
40
Bu anlayışa əsasən, təqibin baş verdiyini sübut etmək üçün müqayisə
oluna bilən nümunəyə ehtiyac yoxdur. O, mahiyyət etibarı ilə təqibin aldığı
formanın (söz vasitəsilə, sözsüz və ya fiziki yolla baş verən pis rəftar) və
potensial nəticələrinin (insan ləyaqətinin alçaldılması) hüquqa zidd olması
səbəbindən təqibin özünün hüquqa zidd olduğunu əks etdirir.
Aİ səviyyəsində təqibə dair rəhbər müddəaların çoxu Aİ Komissiyasının "İş
yerində qadınların və kişilərin ləyaqətinin müdafiəsinə dair tövsiyə"sinin
icrası haqqında Aİ Şurasının 19 dekabr 1991-ci il tarixli Bəyannaməsindən,
o cümlədən Seksual təqibə qarşı mübarizəyə dair prosessual məcəllədən
qaynaqlanır.
41
Aİ qanunvericiliyində mütəhərrik xarakter daşıyan obyektiv
və subyektiv yanaşma qəbul edilib. Birincisi, təqibin baş verib-vermədiyini
müəyyənləşdirmək üçün qurbanın həmin rəftarı necə başa düşdüyü nəzərə
alınır. İkincisi, hətta qurban təqibin nəticələrini real olaraq hiss etməsə belə,
şikayətçi (qurban) sözügedən rəftarın hədəfi olduğu müddətdə onun təqibə
məruz qaldığı qənaətinə gəlinə bilər.
36
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
40. Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktiv, maddə 2(d); Gender bərabərliyi
haqqında Direktiv (yeni redaksiyada), 2-ci maddə, 1(d) bəndi.
41. Aİ Komissiyasının "İş yerində qadınların və kişilərin ləyaqətinin müdafiəsinə dair tövsiyə"sinin icrası
haqqında Aİ Şurasının 19 dekabr 1991-ci il tarixli Bəyannaməsindən, o cümlədən Seksual təqibə qarşı
mübarizəyə dair prosessual məcəllə, OJ C 27, 04.02.1992 p. 1; Aİ Komissiyasının "İş yerində qadınların
və kişilərin ləyaqətinin müdafiəsinə dair 92/131/EEC saylı tövsiyəsi".
Rəftarın təqib təşkil edib-etməməsi məsələsinə aid faktlar adətən iş
AƏM-ə verilənə qədər milli səviyyədə həll olunur. Buna görə də məhkəmə
işlərinin aşağıdakı nümunələri milli məhkəmələrin praktikasından
götürülüb.
Nümunə: İsveç Apellyasiya Məhkəməsinin icraatındakı işdə şikayətçi
bir küçük almağa cəhd etmişdi. Satıcı alıcının homoseksual olduğunu
anlayan kimi küçüyün rifahını əsas gətirərək satışı həyata
keçirməkdən imtina etmiş və bildirmişdi ki, homoseksuallar heyvan-
larla cinsi əlaqədə olurlar. Küçüyün satışından imtina, mallar və
xidmətlərlə əlaqədar birbaşa ayrı-seçkilik hesab edildi və İsveç
Apellyasiya Məhkəməsi konkret olaraq bu qənaətə gəldi ki, bu imtina
seksual oriyentasiya zəminində təqib təşkil edir
42
.
Nümunə: Macarıstanın Bərabər Rəftar Qurumunun icraatındakı işdə
iki müəllimdən şikayət edilmişdi, onlar Roma (qaraçı) şagirdlərə
demişdilər ki, məktəbdəki pis rəftarları barədə millətçi təşkilat olan
"Macarıstan keşikçiləri"nə xəbər verəcəklər, bu təşkilat qaraçılara
qarşı ifrat zorakılıq hərəkətləri törətməklə tanınırdı.
43
Bu işdə qərara
alındı ki, müəllimlər "Macarıstan keşikçiləri"nin irqçi baxışlarını
dolayısı ilə təqdir etmiş olublar və qorxu və təhdid mühiti yaradıblar ki,
bu da təqib təşkil edir.
Bundan əlavə, ayrı-seçkilik əleyhinə direktivlərin hamısında deyilir ki, "ayrı-
seçkiliyə yol vermə barədə göstəriş vermə" "ayrı-seçkilik" təşkil edən əməl
sayılır.
44
Lakin bu direktivlərin heç birində bu terminin mənası açıqlanmır.
Bu terminin ayrı-seçkilik təcrübəsinə qarşı hər hansı əhəmiyyət kəsb
37
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
42. Seksual oriyentasiya zəminində ayrı-seçkilik əleyhinə Ombudsman A.S.-ə qarşı, iş № T-3562-06,
Svea Apellyasiya Məhkəməsi, 11 fevral 2008-ci il. Qərarın ingiliscə qısa icmalını bu mənbədən tapmaq
olar: Ayrı-seçkilik Sahəsində Avropa Hüquq Ekspertləri Şəbəkəsi, 8 (iyul 2009-cu il). "Ayrı-seçkiliyin
yolverilməzliyinə dair Avropa hüququnun icmalı", səh. 69.
43. Bərabər Rəftar Qurumu (Macarıstan), 654/2009 saylı qərar, 20 dekabr 2009-cu il. Qərarın ingiliscə
qısa icmalını bu mənbədən tapmaq olar: Ayrı-seçkilik Sahəsində Avropa Hüquq Ekspertləri Şəbəkəsi,
"Yeni hesabat": www.non-discrimination.net/content/media/HU-14-
HU_harassment_of_Roma_pupils_by_teachers.pdf.
44. İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv, 2-ci maddənin 4-cü bəndi; Mallar və
xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktiv, 4-cü maddənin 1-ci bəndi; Gender bərabərliyi
haqqında Direktiv (yeni redaksiyada), 2-ci maddənin 2(b) bəndi; İrqi bərabərlik haqqında Direktiv, 2-ci
maddənin 4-cü bəndi.
Dostları ilə paylaş: |